Ceqem Cayi - Wikipedia
Çeqem çayı (kab.-çərk. Шэджэм, qaraç.-balk. Чеге́м суу) — Kabarda-Balkariya Respublikasında, Şimali Qafqazda axan çay.[1] Çayın uzunluğu 103 kilometr, hövzəsinin sahəsi isə 931 km²-dir.
Çeqem çayı | |
---|---|
kbd/Шэджэм/krc/Чегем суу | |
| |
Ölkə | Rusiya |
Region | |
Şəhər | |
Mənbəyi | Başil |
Mənsəbi | Baksan çayı/Malka çayı/Xəzər dənizi |
• Yüksəkliyi | 26 km |
Uzunluğu | 103 km |
Su sərfi | 33,6 m³/san |
Hövzəsinin sahəsi | 931 km² |
|
|
DSR[rus.] | 07020000712108200004796 |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəÇay mənbəyini Elbrusun şərqindəki Baş Qafqaz silsiləsinin şimal yamacında, Başil buzlaqlarından götürür. Ən yuxarı hissədə, Qara-Auzusu çayı ilə birləşmədən əvvəl, Başil-Auzusu adlanır.[2]
Çay şimal-şərq istiqamətində, Çeqem dərəsi boyunca axır. Düzənliyə çıxan çay, burada Çeqem 1 və Çeqem 2 olmaqla iki kanala bölünür, sonra yenidən birləşərək Baksan çayına tökülür. Çeqem sürətli axan çaydır və xüsusilə yaz aylarında, dağlarda ən güclü qarların sürətli əriməsi nəticəsində çayın suyu bol olur, daşqınlar olur. Bu səbəbdən çay bəzən kənd təsərrüfatına ciddi ziyan vurur. Amma yenə də çayın suyundan bağçılıq təsərrüfatında geniş istifadə olunur. Çeqem çayı sürətli axara malik olduğundan balıqçılıq üçün yaramır.
Çayın yamacı 30 m-dən çoxdur.[3]
Çay yatağının bir hissəsi (təxminən 3 km) dar bir kanyon ərazisindən axır, çayın əsas gözəlliyi onun kanyonu və Çeqem şəlalələridir. Ancaq ən böyük şəlaləsi (78 m) Abay-Su şəlaləsi Başil-Auzusu qolunda yerləşir və əlçatmaz olduğu üçün turistlər arasında elə də populyar deyil. Çayda bir neçə iri qayalar və daşlar var. Bu səbəbdən çayın suyu tamamilə onların altına girir. Üstəlik çay şəlalələrin bir-birini əvəz etdiyi hissəyə malikdir. Belə ki, 200 metrdən hündürlükdən enən su, tezliklə başqa bir yoxuşa tökülür.
Çay yay aylarında daima turist və piknik keçirmək istəyən yerli sakinlərin ziyarət etdiyi məkandır. Dalğıc idmanı ilə məşğul olan idmançılar Çeqem çayına tez-tez yürüşlər təşkil edirlər. Üstəlik ekstrim həvəskarları və vəhşi turizmi sevənlərdə çay kənarında tez-tez dincəlməyə gəlirlər.
Su qeydiyyatı məlumatları
redaktəRusiyanın dövlət su reyestrinə görə, Çeqem çayı Qərbi Xəzər hövzəsi bölgəsinə aiddir, çayın su idarəetmə bölməsi Baksandır.
Çeqem çayı hövzəsi Terek və Volqa çayları arasındakı Xəzər dənizi hövzəsinin çaylarına aiddir.
Dövlət su reyestrində çayın su obyektinin kodu 07020000712108200004796-dır.
Qalereya
redaktə-
Çeqem dərəsi
-
Çeqem çayının rəngi
-
Çeqem çayı və Çeqem şəlaləsi
-
Dərə (Çeqemin yuxarı axarı) və Başil-Auzusu çayı
-
Qara-Auzusu dərəsi və çayı, Çeqemin qolu
-
Çeqem şəlalələrinin yan görünüşü
İstinadlar
redaktə- ↑ "Рәсәй гидротехник ҡоролмалар регистры һәм дәүләт һыу кадастры үҙәге".
- ↑ "РФ һыу реестры: Чегем 1-се". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
- ↑ Алексей Дмитренко. "Чегем" (rus). Библиотека Максима Мошкова. 1997. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-01.
Ədəbiyyat
redaktə- Гранильщиков, Юрий Владимирович. Чегем, Твибер, Безенги. По родным просторам. М.: Физкультура и спорт (издательство). 1986.