Cesteci Eli Pasa - Wikipedia
Çeştəçi Əli Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Çeştəçi Əli Paşa | |
---|---|
Əvvəlki | Qara Mustafa Paşa |
Sonrakı | Qara Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Anadolu əyaləti, Osmanlı imperiyası |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra zağarcı və yeniçəri kəndxudası oldu. Ardından 1623-cü ilin avqustunda yeniçəri ağası, 9 oktyabrda isə vəzir rütbəsilə Misir bəylərbəyi təyin edildi. Ancaq sələfi Qara Mustafa Paşanın tərtiblədiyi hərbi ayaqlanmayla bölgəyə buraxılmadı və geri dönməyə məcbur oldu. Sultan Muradın 11 yaşlı uşaq olması, dövlət idarəsinin isə dövlət təcrübəsi olmayan Validə Kösəm Sultanın əlində olması səbəbilə bu məsələnin üzərinə gedilmədi. 16 fevral 1624-cü il tarixli fərmanla Əli Paşa Anadoluda çıxan üsyanları yatırmaqla vəzifələndirildi. Misir əyaləti isə yenidən Mustafa Paşaya həvalə edildi. Əli Paşa isə haqqında gəzən şaiyələr və əsgərlər üzərindəki sərt tədbirləri səbəbilə 1626-cı ildə edam edildi.
Mənbə
redaktə- Sicill-i Osmani I, səh. 297