Caldiran Van - Wikipedia
Çaldıran — Van ilinin bir mahalıdır. Çaldıran Van ilinin (əslində Türkiyə Cümhuriyyətinin) ən soyuq mahalı olub qışı 6 ay qar altında keçirməkdədir.Türkiyədə bu günə qədər ölçülən ən aşağı istilik 9 Yanvar 1990 tarixində -46,4 dərəcə (Qaynaq Meteorologiya Saytı) ilə Çaldıran mahalındadır. İyul və Avqust ayları xaricində istilik, gecələri sıfırın altındadır. Mahalın dənizdən yüksəkliyi 2050 metrdir. (kayseri-Erciyes dağındakı xizək mərkəzinin rakımı 2200 metrdir). Çaldıran döyüşünün buradakı düzənlikdə edildiyini bilinsə də tarixçilər arasında görüş ayrılığı vardır. Necə ki mahalın şərqində olan İran sərhədləri içərisindəki məskunlaşma yerinin adı 2005-ci ildə Çaldıran düzü deyə dəyişdirilmişdir. Bu mahalda da bir az kiçik olmaqla birlikdə düzənlik mövcuddur. İranlılar, Çaldıran döyüşünün öz sərhədləri içərisindəki bu düzənlikdə edildiyini iddia etməkdədirlər.Ölkəmizdəki geniş Çaldıran düzənliyi İrandakı kiçik düzənlik ilə keçidlərlə əlaqəlidir. İki düzənlik arasında keçilə bilər, yüksək olmayan bir dağ bloku vardır. Ərazi quruluşu araşdırıldığında Çaldıran döyüşünün Türkiyədəki düzənlikdə edildiyi, bəlkə döyüşün qəti nəticəsinin isə İran tərəfindəki düzənlikdə alındığı qiymətləndirilə bilər.
Çaldıran | |
---|---|
Çaldıran | |
39°08′31″ şm. e. 43°54′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.046 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 65750 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |