Cad - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Çad (ərəb. تساد; fran. Tchad) və ya rəsmi adı ilə Çad Respublikası (ərəb. جمهوریة تشاد; fran. République du Tchad) – Mərkəzi Afrikada dövlət. Çad dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Liviya, şərqdən Sudan, cənubdan Mərkəzi Afrika Respublikası, qərbdən isə Niger, Nigeriya və Kamerunla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ncamena, ümumi sahəsi 1,284,000 kvadrat kilometr, əhalisinin sayı 16 milyon nəfərdən çoxdur.
Çad | |||||
---|---|---|---|---|---|
République du Tchad جمهورية تشاد | |||||
| |||||
Unité, Travail, Progrès (fr. Birlik, İş, Tərəqqi) | |||||
Himn: La Tchadienne |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Ncamena-1 260 min (2015-ci il) | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Mahamat Debi | ||||
Baş Nazir | Succès Masra | ||||
Sahəsi | Dünyada 21-ci | ||||
• Ümumi | 1284000 km² | ||||
• Su sahəsi (%) | 1,9 | ||||
Əhalisi | |||||
• Əhali | 12 milyon nəfər (73-cü) | ||||
• Siyahıyaalma (20.V.2009) | 11 039 873 nəf. | ||||
• Sıxlıq | 9,3 nəf./km² | ||||
• Ümumi | 11.779.981.332 $[2], 12.704.149.842 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 29,5 milyard dollar (126-cı) | ||||
• Adambaşına | 2 600 dollar (194-cü) | ||||
İnternet domeni | .td[3] | ||||
ISO kodu | TD | ||||
BOK kodu | CHA | ||||
Telefon kodu | +235 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktə1.284.000 kvadrat kilometr ərazisi ilə Çad, dünyanın ən böyük 21-ci ölkəsidir. Ərazisinin ölçüsü Perudan böyük, CAR-dan azca kiçikdir. Çad Mərkəzi Afrikada, Liviyanın cənubunda yerləşir. Böyük hissəsi Saxara səhrasından ibarət olan ölkənin 6 həmsərhəddi var: Kamerun 1,094 km, Mərkəzi Afrika Respublikası 1,197 km, Liviya 1,055 km, Niger 1,175 km, Nigeriya 87 km, Sudan 1,360 km-dir. Çadın ən böyük şəhərləri paytaxt Ncamena, Sarh, Mundu və Abeşedir. Ölkə ərazisində cənubda tropik, şimalda səhra iqlimi hakimdir. Mərkəzdə geniş, quru ovalıqlar, şimalda səhra, şimal-qərbdə dağlar, cənubda düzənliklər yerləşir. Ölkənin ən yüksək zirvəsi dəniz səviyyəsindən 3415 m yüksəklikdə yerləşən Tibesti massivinin Emi-Kusi zirvəsidir. Neft, Uran, Natrium, Kaolin, balıq (Çad gölü) başlıca təbii sərvətlərdəndir. Ölkədə şimalda isti, quru və tozlu küləklərin hökm sürməsi; dövri quraqlıqlar; əkin sahələrinin çəyirtkə hücumlarına məruz qalması; susuzluq təbii fəlakətlərdəndir. Dövrümüzdə Çad da daxil olmaqla bir sıra (xüsusilə Liviya, Əlcəzair, Misir, Sudan) Afrika ölkələrində yeni yeraltı su qaynaqlarının tapılmasına maraq artmışdır.
İnzibati bölgü
redaktəÇad 22 regiona bölünür.
№ | Regionlar | Regionlar (по франц.) |
İnz. mərkəz | İnz. mərkəz (по франц.) |
Sahəsi, км² |
Əhalisi, (2009) nəfər. |
Sıxlıq, nəfər./km² |
---|---|---|---|---|---|---|---|
1 | Batha | Batha | Ati | Ati | 88 000 | 527 031 | 5,99 |
2 | Şari-Baqirmi | Chari-Baguirmi | Masenya | Massenya | 46 000 | 621 785 | 13,52 |
3 | [[Hacer-Lamis|Hadjer-Lamis | Masakori | Massakory | 29 000 | 562 957 | 19,41 | |
4 | Vadi-Fera | Wadi Fira | Biltin | Biltine | 51 000 | 494 933 | 9,70 |
5 | Bahr-эel-Qazal | Barh El Gazel | Mussoro | Moussoro | 53 000 | 260 865 | 4,92 |
6 | Borku | Borkou | Fayya-Larjo | Faya-Largeau | 241 000 | 97 251 | 0,40 |
7 | Ennedi | Ennedi | Fada | Fada | 211 000 | 173 606 | 0,82 |
8 | Qera | Guéra | Monqo | Mongo | 62 000 | 553 795 | 8,93 |
9 | Kanem | Kanem | Mao | Mao | 75 000 | 354 603 | 4,73 |
10 | Lak | Lac | Bol | Bol | 23 000 | 451 369 | 19,62 |
11 | Qərbi Loqon | Logone Occidental | Mundu | Moundou | 9 000 | 683 293 | 75,92 |
12 | Şərqi Loqon | Logone Oriental | Doba | Doba | 24 000 | 796 453 | 33,19 |
13 | Mandul | Mandoul | Kumra | Koumra | 17 000 | 637 086 | 37,48 |
14 | Şərqi Mayo-Kebi | Mayo-Kebbi Est | Bonqar | Bongor | 19 000 | 769 198 | 40,48 |
15 | Qərbi Mayo-Kebi | Mayo-Kebbi Ouest | Pala | Pala | 14 000 | 569 087 | 40,65 |
16 | Orta Şari | Moyen-Chari | Sarh | Sarh | 41 000 | 598 284 | 14,59 |
17 | Vadday | Ouaddaï | Abeşe | Abéché | 30 000 | 731 679 | 24,39 |
18 | Salamat | Salamat | Am-Timan | Am Timan | 66 000 | 308 605 | 4,68 |
19 | Sila (Dar-Sila) | Sila | Goz-Beyda | Goz Beïda | 37 000 | 289 776 | 7,83 |
20 | Tancila | Tandjilé | Lai | Laï | 17 000 | 682 817 | 40,17 |
21 | Tibesti | Tibesti | Bardai | Bardaï | 130 000 | 21 970 | 0,17 |
22 | Ncamena | Ville de Ndjamena | Ncamena | Ndjamena | 1 000 | 993 492 | 993,49 |
Ümumi | 1 284 000 | 11 175 915 | 8,70 |
Tarixi
redaktə6 min il bundan əvvəl müasir Çadın ərazisində ovçuluqla məşğul olan neqroidlər yaşayırdılar. Mədəniyyətlərin kəsişmə nöqtəsi olan Çadda ən qədim sivilizasiya Sao dövrü olub, daha sonra Kanem imperatorluğu qurulmuşdur. E.ə. 1000-ci illərədək səhra ticarət yollarını əlində tutan imperatorluğuna müsəlman ərəblər tərəfindən son qoyulmuşdur. XX əsrin əvvələrində Fransanın müstəmləkəsi olan ölkə kətan istehsalına təşfiq edilmişdir. II Dünya Müharibəsi zamanı 15000 çadlı Fransa cəbhəsində döyüşmüşdür. Uzun zaman Fransadan asılı olan Çad 11 avqust 1960-ci ildə müstəqillik əldə etmiş və ölkənin ilk prezidenti PPT-nin lideri François Tombalbaye olmuşdur. Çad müstəqillik qazandıqdan sonra ölkə daxilində xristian və müsəlman əhali arasında qarşıdurmalar yaranmışdır. 1963-ci ildə prezident Tombalbaye ölkədə tək partiyalı idarə sistemi yaratmışdır. Həmin dövrdən sonra ölkədə hakimiyyət uğrunda mübarizə başlamışdır. Və nəhayət 1975-ci ildə Tombalbaye hərbi çevrilişlə hakimiyyətdən devrilmiş və öldürülmüşdür. Yerinə General-mayor Feliks Malloum keçmişdir. 1977-ci ildə Aozovu sərhəddini işğal edən Liviya, iki il sonra Çadın içərilərinə girsə də geri çəkilməyə məcbur olmuşdur. Liviyanın dəstəyini alan Xalq Silahlı Qüvvələri lideri Qoukouni Oueddei öz prezidentliyini elan edir. Ardınca qurulan keçici Milli Birlik Hökuməti 1982-ci ildə Hissen Habre idarəsindəki Şimal Silahlı Qüvvələri tərəfindan devrilir. Hissen Habre 1990-cı ilin dekabr ayına qədər iqtidarda qalır. Həmin tarixdə edilən çevrilişlə dövlətin yeni prezidenti İdris Debi olur. 1991-ci ilin oktyabr ayında İ.Debiyə qarşı H.Habre tərəfdarları tərəfindən uğursuz çevriliş cəhdi edilir. Ölkədə hələ də daxili çaxnaşmalar davam edir.
Əhalisi
redaktəƏhalinin etnik yayılması: Müsəlmanlar (Ərəb, Toubou, Hadjerai, Fulbe, Kotoko, Kanembou, Baquirmi, Boulala, Zaqhava və Maba); Müsəlman olmayanlar (Sara, Nqambaye, Mbaye, Qoulaye, Moundanq, Moussei, Massa); yerli olmayanlar 150,000 (1,000 Fransız). Ölkədə ən çox əhali (687000 nəfər) yaşayan şəhər paytaxt Ncamenadır.
Din: Müsəlman 55 %, Xristian 35 %, animizm 7 % digər (yerli) inanclar 3 %.
Dillər: Fransızca (rəsmi), Ərəbcə (rəsmi), Sara ve Sanqo (şimalda), həmçinin, 100-dən çox dil və ləhcə istifadə olunmaqdadır.
İqtisadiyyatı
redaktəÇad Afrikada aclığın geniş yayıldığı ölkələrdəndir və dünyanın ən kasıb 5 ölkəsindən biridir. Coğrafi uzaqlığı, quraqlıqlar, infrastruktur sisteminin yoxluğu və siyasi qarışıqlıq quru ilə çevrili olan Çadın iqtisadi inkişafında mənfi faktorlardandır. Ölkədə neft, boksit, uran, qızıl, qalay, tantal, mis və.s təbii sərvətlər var. Əhalinin təxminən 85 %-i əkinçilik və heyvandarlıqla məşğuldur. Ölkədə çoxlu miqdarda darı yetişdirilir. Fıstıq, xurma və düyü mühüm məhsullar arasındadır. Pambıq, ixracatın 80 %-ini, fıstıq isə geri qalan hissəsini təşkil edir.
Hayvandarlıq çöl və steplərdə ən mühüm fəaliyyətdir. Ölkədə təxminən 4 milyon inək, 4 milyon qoyun və keçi, 500 000 eşşək və at, 250 000 dəvə saxlanılır. Göl və çaylardan il ərzində ortalama olaraq 100 000 ton balıq tutulur.
İstehsal sənayesində; dəri, tekstil, şəkər, radio, velosiped və ayaqqabı əsas yer tutur. Çadın ən çox ticarət elədiyi ölkə Fransa və ABŞ-dır. Fransa, Çadın pambığını bazar qiymətindən baha qiymətə alır. Çadın əsas idxal etdiyi mallar motorlu vasitələr, maşınqayırma və neft məhsullarıdır.
Təhsili
redaktəÇadda təhsil sistemi oxşar Afrika ölkələri kimi çox zəifdir. Əhalinin müəyyən hissələri uşaqlarını məktəbə göndərsələr də, daha sonra ailənin maddi vəziyyəti, kənd təsərrüfatı işlərində uşaq əməyindən istifadə kimi oxşar səbəblərə görə uşaqlar təhsillərini yarımçıq qoyurlar. Təhsil sistemi Fransanın təhsil sisteminə bənzəyir. Ölkədə kişilərin 43 %-i, qadınların isə 13 %-i oxumağı-yazmağı bacarır.
Mədəniyyət
redaktə• Musiqi və rəqs — Xalq musiqisi qədim ənənəyə malikdir. Mahnılar və rəqslər adətən yerli insanların gündəlik həyatı ilə bağlıdır. Musiqi alətləri — alqaita (qaboya bənzər), balafon (ksilofona bənzər), müxtəlif ölçülərdə barabanlar (zərbli alət), klarnet, zənglər, müsəlman əhalinin yaşadığı ərazilərdə ud, zınqırovlar, qamışdan düzəldilmiş tütəyə bənzər üfürməli borular. Ölkədə xüsusilə üç barabandan və iki çalğıçıdan ibarət zərb ansamblları məşhurdur. Çadın ilk milli ansamblı 1970-ci ildə Tombalbayenin dövründə təşkil edilmişdir. Rəqsləri — Bahiya, Bayyan, Ndasson, Ndon mbessi (mərasim rəqsləri), Dara (əyləncəli rəqs), Sai, Basaka (bayram rəqsləri), Klyaq (ritual dəfn mərasimi rəqsi), Mdomlanq (ovçular rəqsi) və s.
• Mətbəxi — Çad mətbəxinin ən məşhur yeməyi xalqın "eş" adlandırdığı yeməkdir. Yeməyin hazırlanmasında buğda unu və ya ölkədə yetişdirilən "qale" unu istifadə edilir. Əvvəlcə un, su ilə qarışdırılaraq bişirilir. bişmiş xəmir qaba qoyulur, yanına bamya, qurudulmuş ya da təzə ət, tomat, soğan, yağ, sarımsaq və qırmızı bibərdən hazırlanan sous tökülür. Daha sonra bişmiş xəmir sousa batırılıb yeyilir. Yerli əhali bu yeməyi qaşıqla yemir.
• Memarlıq — Ölkənin oturaq xalqları ənənəvi olaraq palçıq və bitki mənşəli materiallardan (budaq, qamış, palma yarpaqları və.s) tikilən, yağışa və suya davamlı damı olan daxmalarda yaşayırlar. Konusşəkilli, dairəvi və düz formada olan bu daxmaların içi sərin, divarları möhkəm olur. Ölkənin köçəri xalqları isə sökülüb yenidən quraşdırıla bilən çadırlarda yaşayırlar. Bu çadırlar bir-birinə bərkidilmiş budaq və taxta parçalarından düzəldilən çərçivələrin boşluqlarının dəvə dərisi, xurma yarpaqları və həsirlə örtülməsiylə hazırlanır. Şəhərlərdə isə evlər kərpic və dəmir-beton konstruksiyalardan inşa edilir.
• Təsviri sənət — Çadda təsviri sənət qədim tarixə malikdir. Belə ki, ölkənin daxilində paleolit və neolit dövrünə aid qayalara qazınmış çoxlu rəsmlər tapılmışdır. Həmçinin, Çadın cənubunda VIII–X əsrlərə aid qədim mədəniyyət izləri (keramik qab-qacaqlar, üzərində insan və heyvan təsvirləri olan gil və bürünc heykəlciklər, gildən düzəldilmiş insan başları və.s) tapılmışdır. Çadda bu gündə dulusçuluq və bu kimi sənət növləri ilə geniş məşğul olurlar.
• Teatr — Müasir milli teatr (xalq hekayə deyənləri daxil olmaqla), zəngin ənənəvi incəsənət kökləri üzərində qurulmuşdur. Ölkədə ilk daimi teatr truppası "Canq" 1970-ci ildə yaradılmışdır. "Canq" sözü yerli dildə "balet" mənasını verir.
• Ədəbiyyat — Çad ədəbiyyatı folklor ənənəsinə söykənir və 1960-cı illərə dək ərəb dilində, müstəmləkə dövründə isə fransız dilində inkişaf etmişdir. Ölkədə yerli dillərin (ərəb və latın qrafik simvollarına əsaslanan) ilk əlifbası 1976-cı ildə yaradılmış, məhz bu dövrdən sonra Çad ədəbiyyatı yerli dillərdə inkişafa başlamışdır. Çadda nəşr olunmuş ilk ədəbi əsər Cozef Brahim Seyidin "Çad bir Uşaqdır" (1967) romanı olmuşdur. Çadın digər tanınmış şair və yazıçıları M.Mustafa (ləqəbi Baba Mustafa), Antuan Banqui, Koulsi Lamko, H.Bryuno, K.Qaranq (ləqəbi K.Cimeta) və başqalarıdır.
Mənbə: encyclopaedia.biga.ru
Nəqliyyatı
redaktəÇadda nəqliyyat xidmətləri çox məhduddur. Ölkədə avtomobil yollarının yalnız 1 %-i asfaltlanmışdır. Ölkədə dəmiryolu yoxdur. Böyük təyyarələrin enməsinə uyğun Ncamena hava limanından başqa 40-a qədər kiçik hava limanları vardır. Çad üçün hava nəqliyyatı iqtisadi cəhətdən əhəmiyyətli rol oynayır.
İstinadlar
redaktə- ↑ 1 2 9 // Constitution of Chad.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ https://icannwiki.org/Country_code_top-level_domain.
- ↑ http://chartsbin.com/view/edr.