Cepni Boyu - Wikipedia
Çəpni boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri[2] və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki iyirmi iki Oğuz boyundan iyirmi birincisi.[1]
Mahmud Kaşğari görə Çəpni boyu damğası[1] | ||||||
Yaşadığı ərazilər | ||||||
---|---|---|---|---|---|---|
| ||||||
Dili | ||||||
Dini | ||||||
Mənşəyi | ||||||
Oğuz (Türk) | ||||||
Qohum xalqlar | ||||||
F. Rəşidəddin məlumat verir ki, Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası (onqonu) Ağ Sunqur quşu olan olan 4-cü oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli vuruşan kimi təsvir olunur (10, s. 66). Çəpnilərin bizim ərazilərə Orta Asiyadan səlcuq türklərinin tərkibində gəldiyi, Xorəzmşah Cəlaləddinin 1221-1231-ci il hərbi yürüşlərində fəal iştirakı qaynaqlarda göstərilir.
Öz izlərini Kəlbəcər rayonunda bir kəndin adında saxlamışdır. Kəndin adı Çəpli şəklindədir. Lev çayının sahilində, dağlıq ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni) adı ilə bağlıdır. Şamaxı rayonunda da bu etnonimlə əlaqədar Cabanı adlı kənd vardır. Cabanı Şamaxının dağətəyi ərazisində yerləşir. Toponim özündə türkdilli qədim çəbni (variantları çəbən, çibni, çəpni, çəbni, çapanim vəç s.) tayfasının adını əks etdirir.
Çəpni etnonimin izləri müxtəlif fonetik görüntülərdə Azərbaycanın bir çox bölgələrində qorunub saxlana bilmişdir: Cabanı (Şamaxı), Çəpni (Göyçay), Çepni (Quba qəzasının Şabran mahalında), Çəpli (Kəlbəcər). Kürdəmir rayonunun Karrar kəndi üç əsas hissədən ibarətdir: Karrar, Çəpni və Mollalar.
"Çəpni" tayfaları tarixi məlumatlara görə dalaşqan, sözləri və işləri çəp gələn (çəpləşən) tayfalardan olduğu üçün belə adlandırılmışdır. Ə.Rüstəmov Qafan rayonu ərazisində bu adda bir Azərbaycan kəndinin də olduğunu və həmin mənanı göstərdiyi üçün biz də onun fikrini yuxarıda göstərdiyimiz kimi müdafiə edirik.
İstinadlar
redaktə- ↑ 1 2 Besim Atalay (ed.), Divanü Lügati't - Türk, Cilt I, Türk Tarih Kurumu Basımevi, 2006, ISBN 975-16-0405-2, p. 57.
- ↑ Magnarella, Paul, Tradition and change in a Turkish town, Schenkman Pub. Co., 1981, p 35.