Zuko - Wikipedia
Zuko (çin. 祖寇 zǔ kòu və ya 蘇科 sū kè) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı.
Zuko | |
' | |
Atəş (Od) Xalqı | |
Cins | kişi |
Yaş | 16 (Avatar: Aanq haqqında əfsanə) 87-90 (Avatar: Korra haqqında əfsanə) |
Məşğuliyyət | Şahzadə, Od Lordu |
İlk gəlişi | Pilot seriyası |
Səsli aktyor | Dante Basko Elayca Rankorn Brüs Deyvison Stiven Fu Vinsent Ton |
Aktyor | Dev Patel (2010 filmi) Dallas Lyu (2024 serialı) |
Ailəsi | Ozay (atası) Ursa (anası) Azula (bacısı) Ayro (əmisi) Lu Ten (əmi oğlu) İdzumi (qızı) II Ayro (nəvəsi) |
Yaradılması və konsepsiyası
redaktəSeriala Zukonun əlavəsi icra prodüser Erik Kolmanın fikri idi. Erkən istehsal zamanı, baş antaqonist Od Lordu Ozay olmalı idi. Kolman isə məsləhət verib ki, onlara Avatar yığmasını təqib edən personaj lazımdır. Zuko əvvəl yetkin olmalı idi, amma Kolman onun yaşını azaldıb. Bundan sonra Brayan Konietzko ona çapıq vermək istəmiş və Kolman bununla razılaşıb. Beləliklə, serialın yaradıcıları Konietzko və DiMartino Kolmanı "Zukonun xaç atası" adlandırıb.[1]
Əlavə məlumatı verən Avatar Extras serialında deyilib ki, əvvəl Kataranın personajı Zukonu sevməli idi.[2] Lakin, DiMartino və Konietzko bunu inkar ediblər.[3][4] Zukonun şahzadə həyatından uzaqlaşması və qaçqın həyatını yaşaması Buddanın təcrübəsini əks etdirir.[2]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Basco, Dante (host), Varney, Janet (host), DiMartino, Michael Dante (guest host), Konietzko, Bryan (guest host). (June 25, 2021). "Origin Stories with Mike DiMartino and Bryan Konietzko Pt. 1". Avatar: Braving the Elements. Episode 2. iHeartRadio.
- ↑ 1 2 "The Cave of Two Lovers". Avatar: The Last Airbender, Extras. Season 2. Episode 22. Nickelodeon.
- ↑ Bergantino, David. Sozin's comet : the final battle. Patrick Spaziante. New York: Simon Spotlight/Nickelodeon. 2008. ISBN 978-1-4169-5827-7. OCLC 228807461.
- ↑ "Avatar Spirit". AvatarSpirit.net. 2007-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.