Zevqma - Wikipedia
Zevqma (yun. Ζεῦγμα) ― Türkiyənin müasir Qaziantep ilində yerləşən qədim yunan şəhəri. Adı Fırat çayını həmin yerdən keçən[1] və zevqma adlandırılan ponton körpüsü səbəbi ilə belə qoyulmuşdur.[2] Zevqma mozaika muzeyində yerdəki mozaika var və dünyanın ən böyük mozaika muzeylərindən biridir.
Zevqma | |
---|---|
37°03′31″ şm. e. 37°51′57″ ş. u.HGYO | |
Yer | Belkis, Qaziantep ili, Türkiyə |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
İnşaatçı | I Selevk Nikator |
Əsası qoyulub | E.ə. 300 |
Yer qeydləri | |
Vəziyyəti | Qismən su altında qalıb |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəZevqma I Selevk Nikator tərəfindən eramızdan əvvəl 3-cü əsrin əvvəllərində[3] Fərat üzərindəki ilk körpünün olduğu yerdə qurulmuşdur.[4][5]
E.ə. 64-cü ildə şəhəri Romalılar idarə edirdi. Zevqma strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşdiyindən Romalılar üçün böyük əhəmiyyət daşıyırdı. Şəhərdə 70 000-ə qədər insan yaşayırdı və şəhər Romalılar üçün hərbi və ticarət mərkəzinə çevrilmişdi.[2] Zevqma 253-cü ildə Sasanilər tərəfindən dağıdılsa da, daha sonra yenidən bərpa edilmişdir.
Zevqma Son qədim dövrdə piskoposluq idi. Lakin VII əsrdə fars və ərəb basqınları səbəbi ilə şəhərin tərk edildiyi görünür. Orta əsrlərdə şəhərdə müvəqqəti olaraq ərəblər yaşayırdılar.
17-ci əsrdə dağıntıların yaxınlığında türk kəndi olan Belkis inşa edilmişdir.
Bu gün
redaktəZevqma Qaziantep ilinin Nizip ilçəsinə 10 km məsafədəki[6] Belkıs məhəlləsində yerləşir.[7][8]
Zevqmada 1987-ci ildən başlayan qazıntı işləri günümüzdə Ankara Universiteti tərəfindən davam etdirilir.[9] Qazıntılar zamanı çıxarılan mozaikalar təxminən 2 500 kvadrat metrlik sahəni əhatə edir.[10] Bu mozaikalar bir müddət Qaziantep Arxeologiya muzeyində sərgilənmiş, 2011-ci ildə isə Zevqma mozaika muzeyinə daşınmışdır.[11]
Zevqma 2012-ci ildən bəri UNESCO-nun Ümumdünya İrsi İlkin siyahısında yer alır. Ərazidəki mövcud arxeoloji qalıqlara Yunanistan aqorası, Roma aqorası, iki ziyarətgah, stadion, teatr, iki hamam, Roma legioner bazası, Roma legionunun inzibati tikililəri, yaşayış məhəllələrinin əksəriyyəti, Yunan və Roma dövrünə aid şəhər divarları və şərq, cənub və qərb nekropolları daxildir.[12]
2014-cü ildə Zevqmada üç böyük şüşə mozaika tapılmışdır və bunlardan birində doqquz muza təsvir olunmuşdu.[13]
2020-ci ilin fevralında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumatda Zevqma mozaika muzeyinin 2019-cu ildə rekord səviyyədə, 340 569 ziyarətçi topladığı bildirilmişdir.[14]
Qalereya
redaktə-
Zevqma gölü
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları və bənd
-
Zevqma yaxınlığındakı bənd
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
-
Zevqma qazıntıları
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Museum of Roman Mosaics to Open in Turkey". www.luxurytravelmagazine.com (ingilis). 2016-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
- ↑ 1 2 Liddell, Henry Corc; Skott. "ζεῦγμα" (ingilis). 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25..
- ↑ "10 Şubat 2011 tarihli CNN Türk haberi" (türk). www.cnnturk.com. 3 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2011.
- ↑ "Zeugma Antik Kenti Hakkında Bilgi, Tarihi, Efsanesi" (türk). www.hurriyet.com.tr. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2021.
- ↑ "Türkçe Bilgi: Zeugma". Türkçe Bilgi. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Temmuz 2021.
- ↑ "10 Şubat 2011 tarihli CNN Türk haberi" (türk). www.cnnturk.com. 3 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2011.
- ↑ "Zeugma Antik Kenti" (türk). Kültür Portalı. 2014-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Temmuz 2021.
- ↑ "Zeugma Antik Kenti: Nerede, Nasıl Gidilir ve Tarihçesi" (türk). 2016-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2021.
- ↑ "Arkeolojik alan: Zeugma" (ingilis). UNESCO. 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2021.
- ↑ "Zeugma Mozaik Müzesi" (türk). Kültür Portalı. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2021.
- ↑ "Gaziantep Arkeoloji Müzesi" (türk). www.yerelnet.org.tr. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2021.
- ↑ Centre, UNESCO World Heritage. "Archeological Site of Zeugma". UNESCO World Heritage Centre (ingilis). 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
- ↑ "Stunning Mosaics Uncovered in Ancient City of Zeugma | Archaeology | Sci-News.com". Breaking Science News | Sci-News.com (ingilis). 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
- ↑ AA, Daily Sabah with. "Record number of tourists visit Turkey's Zeugma Mosaic Museum". Daily Sabah (ingilis). 2020-01-22. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-05.
Əlavə oxu
redaktə- ICOMOS Heritage at Risk 2001/2002: Zeugma, Turkey, Icomos Heritage at Risk 2001/2002.
- Özgen Acar. "Troubled Waters". Archaeology Magazine, Volume 53 Number 5. September–October 2000.
- Stephen Kinzer. "A Race to Save Roman Splendors From Drowning". The New York Times. 3 iyul 2000.
- Lisa Krause. "Website Pulls Together the Strands of Turkey's Past". National Geographic News. 2 fevral 2001.
- "Museum of Roman Mosaics to Open in Turkey". Luxury Travel Magazine.
- Kennedy, David. The Twin Towns of Zeugma on the Euphrates: Rescue Work and Historical Studies (Journal of Roman Archaeology Supplementary Series). Portsmouth, RI: Journal of Roman Archaeology, 1998.