Zavala Monastiri - Wikipedia
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə[1] - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı.
xristian | |
Zavala | |
---|---|
Din | |
Yeparxiya | Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyası |
Statusu | milli |
Yerləşməsi | |
Ölkə | Bosniya və Herseqovina |
Bölgə | Bosniya və Herseqovina Federasiyası |
Əyalət | Herseqovina-Neretva Kantonu |
Kənd | Zavala |
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir.
Tarixi
redaktəZavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi.[1]
1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb. 1621-ci ildə gələcək serb iyerarxı Vasili Ostrojski Zavala monastırına kilsə şagirdi olaraq gəlir. XVII-XVIII əsrin əvvəllərində Türk-Venesiya müharibələri zamanı monastır bir neçə dəfə zədələnmiş, 1722-ci ildə isə dağıdılmışdır. XIX əsrdə hegumen İsaya (Şoiç) tərəfindən bərpa edilmişdir. İkinci Dünya müharibəsi zamanı monastır Ustaşe tərəfindən böyük ziyan gördü.[1] 1992-1995-ci illər Bosniya müharibəsi zamanı Zavala döyüş bölgəsi ərazisində olduğu üçün, məbəddən başqa monastırın bütün binaları dağıdılmışdı. 2000-2002-ci illər ərzində monastır tamamilə bərpa edilmişdir.[2]
Zavala monastır kilsəsi 2003-cü ildən Bosniya və Herseqovinanın milli abidələri siyahısına alınmışdır.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Епархија захумско-херцеговачка: Манастир Завала" (serb). 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Монастырь Завала". Путеводитель по Боснии и Герцеговине. 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Graditeljska cjelina crkve Vavedenja Bogorodice u Zavali, Opština Ravno" (serb-xorvat). Komisija za očuvanje nacionalnih spomenika BIH. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-15.