Zahide Xatun - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri.
Zahidə xatun |
---|
Həyatı
redaktəOndan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir. Mənbələrdəki məlumatın təhlili Zahidə xatunun bundan sonra, görünür, Cahan Pəhləvanın hələ 1175-ci ildə Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şəhərin hakimi olduğunu təsdiq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Zahidə xatunun hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Zahidə xatun Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər". Son atabəy Özbək dövründə Naxçıvan Zahidə xatunun qızı, Özbəyin ata bir bacısı Cəlaliyyənin mülkü olmuşdur.
Ədəbiyyat
redaktə- Bünyadov Z. M., Azərbaycan Atabəyləri dövləti [1136–1225], B., 1985;
- An – Nasavi Şixabaddin, Jizne opisanie sultana Djalal ad-Dina Mankburnı, B. 1973;
- A l – X u s e y n i S a d r a d d i n A l i, Ax bar ad-da u lat as-Sel d cu kiyə, M.,1980.