Zehra Sayers - Wikipedia
Zəhra Sayers (türk. Zehra Sayers; 1953) — Molekulyar biologiya, struktur biologiya və biofizika sahələrində çalışan türk-ingilis alimi. Sabancı Universitetinin Molekulyar Biologiya, Genetika və Biomühəndislik proqramının qurucu üzvü olan Sayers bir müddət Sabancı Universitetinin rektoru vəzifəsini də icra edib. Eyni zamanda, Elm Məsləhət Şurasının sədri kimi Yaxın Şərq Sinxrotron Radiasiya Təcrübə Elmi və Tətbiqləri (SESAME) layihəsində iştirak edib. O, 2019-cu ildə AAAS Diplomacy in Science Award mükafatına layiq görülüb[3].
Zəhra Sayers | |
---|---|
Doğum tarixi | 1953 |
İş yerləri | |
Təhsili |
|
Təhsil
redaktəSayers 1974-cü ildə Boğaziçi Universitetinin Fizika fakültəsini bitirmiş və 1979-cu ildə London Universitetində[4][5] biofizika üzrə doktorluq dərəcəsini tamamlamışdır. Daha sonra Open Universitetində[6] və Uppsala Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi çalışmışdır. 1986-cı ildə Avropa Molekulyar Biologiya Laboratoriyasında (EMBL) çalışmışdır. 1996-cı ildə Almaniyanın Hamburq Universitetində habilitasiya diplomu almışdır.
Karyera
redaktə1998-ci ildə Türkiyəyə qayıdan Sayers Sabancı Universitetinin qurucu professoru olur, 2011-ci ildə Vəqflərin İnkişafı Proqramının direktoru, 2018-ci ildə isə rektor seçilir. Onun araşdırmaları: molekulyar biofizika, bioloji makromolekulların rentgen strukturu təhlili, sinxrotron şüalanma tətbiqləri, rekombinant zülal istehsalı və zülal kimyası sahələrini əhatə edir. O, Sabancı Universitetində biofizika, struktur biologiya və hüceyrə biologiyası kurslarını tədris edir və Türkiyədə fənlərarası kurrikulumun dizaynı və inkişafı üzərində işləyən müasir pedaqoji yanaşmalarla maraqlanır.
2000-ci ildən Yaxın Şərq Sinxrotron Radiasiya Təcrübə Elmi və Tətbiqləri (SESAME) layihəsində iştirak etmiş və 2001–2018-ci illərdə SESAME Laboratoriyasının Elmi Məsləhət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2013-cü ildə o, TEDxCERN-də layihədə iştirak edən beynəlxalq əməkdaşlıqlar haqqında məruzə edir. 2017-ci ildə SESAME layihəsinə verdiyi töhfələrə görə EuroScience Rammal Mükafatına layiq görülüb. O, 2019-cu ildə AAAS Elmdə Diplomatiya Mükafatına layiq görülən ilk türk olur və elə həmin il BBC-nin 100 Qadın siyahısına daxil olur[7].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 https://fens.sabanciuniv.edu/en/faculty-members/detail/35.
- ↑ 1 2 http://www.akademikmiras.org/en/destekleyen-akademisyen/30/prof-dr-zehra-sayers.
- ↑ people.sabanciuniv.edu. "Zehra Sayers". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2023.
- ↑ "Zehra Sayers | Mühendislik ve Doğa Bilimleri Fakültesi". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2023.
- ↑ Z. Sayers. "Random walk behaviour of Amoeba proteus in response to electric fields and other stimuli". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2023.
- ↑ www.akademikmiras.org. "Prof. Dr. Zehra Sayers". (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2023.
- ↑ "BBC 100 Women 2019: Who is on the list this year?". BBC News. (#archive_missing_date) tarixində arxivləşdirilib.