Yusif Xan Gurcu - Wikipedia
Yusif xan Laçın xan oğlu Gürcü (Gürcüstan – 1824, Ərak) — gürcü əsilli hərbi xadim, Qaradağ valisi.[1] Eyni zamanda general rütbbəsi ilə Naxçıvanda əsgəri qüvvələrin komandanı (sərtib) olmuşdur (1824). Ərak şəhərinin qurucusudur.
Yusif xan Gürcü | |
---|---|
fars. یوسفخان گرجی | |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1824 |
Vəfat yeri | |
Fəaliyyəti | zabit |
Dini | şiəlik |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKəngərli sənədləri kitabındakı 13 saylı reskriptdə İran şahzadəsi Abbas mirzə Qovanlı-Qacar “Naxçıvan mülkədarlarının Naxçıvandan kənarda olan başqa torpaq və mülkləridə zəbt etmək istədiklərini” Yusif xana bildirir və bu məsələnin ayırd olunmasından ötrü Təbriz hökumətinin ona göstəriş hazırladığını nəzərə çatdırırdı.
Yusif xan Gürcü bahaduran dəstəsinin yaranmasında iştirak etmişdi. 1810-cu ildə sərhəng rütbəsi almışdır.
Əminə Pakrəvan yazır: "Həmədan alayının Tüfəngçi birimlərinin komutanlığı Həmədanlı Qaragözlülərə tapşırıldı. Məhəmməd xan Əmirnizamla Yusif xan Gürciyə də topxananın komutanlığı verildi".
Yusif xan Gürcü Abbas mirzənin Xorasan səfərində iştirak etmişdi. Əminə Pakrəvan daha sonra yazır: "Ancaq Kirmanda hökumət edən Xosrov mirzəyə daha çətin görəv verilmişdi. Xosrov mirzə, Yusif xan Topçu ilə bir yerdə Azərbaycan ordusunun böyük bir hissəsini topları ilə bir yerdə Kirman və Xorasan arasında yerləşən qumsal çöllükdən keçirib Xorasana sövq etməli idilər".
Yusif xan Əmir Topxanə kimi Qacarlar ordusunun artilleriyasına başçılıq edirdi.
Yusif xanın Qulamhüseyn xan adlı oğlu vardı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "اراک". roosta.ir. 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2012.. (fars.)