Yunanistanin Sesi - Wikipedia
Yunanıstanın səsi (yun. Η Φωνή της Ελλάδας) — Yunan beynəlxalq ictimai radiostansiyası. ERT-ə (Yunan radio və televiziyası) daxildir.
Yunanıstanın Səsi | |
---|---|
Ölkə | Yunanıstan |
Tezlik | 9.420 kilohertz, 11.645 kilohertz, 9.935 kilohertz |
Yayım ərazisi | Beynəlxalq yayım |
Başlama tarixi | 1947-ci il |
Sahibi | Dövlət |
Rəhbərlik | Yunan Krallığının Nazirlər Şurası |
Sayt | webradio.ert.gr/i-foni-tis-elladas |
Tarixi
redaktəTarix öncəsi (1947-ci ilədək)
redaktəİlk qısadalğalı radio proqramları 1940-cı ilin oktyabr ayında, Yunan-İtalyan müharibəsi zamanı Afinanın mərkəzində və Balkan yarımadası istiqamətində quraşdırılmış kiçik bir ötürücü vasitəsilə yayımlanırdı.
Yunanıstanın səsi (1947–1999-cu illər)
redaktə1947-ci ildə ЕIPТ qısa dalğalarla yunan və 12 xarici dildə 7.5 kW ötürücü vasitəsilə Kipr, Misir, Türkiyə, Balkan yarımadası və Sovet İttifaqında beynəlxalq xarici dil radio bloklar şəbəkəsini işə saldı. 1972-ci ildə Avlisdə — Afinanın şimal-şərqində olduqca güclü bir ötürücü mərkəz açıldı. 2000-ci ilin əvvəllərində "Yunanıstanın Səsi" radiostansiyası xəbərləri dünyanın müxtəlif bölgələrinə həm yunan, həm də müvafiq ölkənin dilinə uyğun 50 dəqiqəlik blokları 10 dəqiqəlik əlavələrlə — qısa və orta dalğalı proqramlarla nümayiş etdirirdi. Məsələn, Sovet İttifaqı istiqamətində olan blok Moskva vaxtı ilə 17:00 və 21:00-da, saatın yarsından rus dilində xəbərlər proqramına qoşulurdu. Vaxtın qalan hissəsini isə Yunanıstanda baş verən hadisələr və yunan dilində musiqilər təşkil edirdi. 24 saat fəaliyyət göstərən beynəlxalq ERA 5 adlı radiostansiyanın buraxılışından sonra radiostansiyanın xaricidilli blokları ERA Beynəlxalq Şəbəkəsinə (yun. ΕΡΑ Διεθνες Δικτυο) qoşuldu.
ERA-5 və FILIA (1999–2013)
redaktə1999-cu ildə ERT ultrasəs və orta dalğalarla (665AM) imiqrantlar üçün fəaliyyət göstərən "Dostluq" yun. φιλία (106.7) radisotansiyasını yayımladı. Daha sonra ERA 5 yalnız yunan dilində yayımlanmağa başladı. Bu dövrdə Yunan radiostansiyasının Beynəlxalq Yayım Departamenti iki ayrı proqram buraxdı:
- ERA 5 — (2012-ci ildən Yunan radiosunun 5-ci proqrammı kimi) — Yunanıstanın Səsi etiketi altında — 24 saat ərzində yunan dilində xarici ölkələr üçün qısa dalğalarda (9420, 15 630 və 7475 Hs)və internetde ERT saytında nəzərdə tutulmuş peyklər (Hot bird).
- FILIA ("Dostluq") — FILIA Yunanıstanın Səsi etiketi altında — xarici ölkələr, turistlər və Yunanıstandakı xarici işçilər üçün 24 saat ərzində 12 dildə: İngilis, fransız, alman, ərəb, ispan, rus, rumın, türk, serb, bolqar, alban və polyak dillərində yayımlanan proqram. Bu proqram orta dalğada 665 AM (Yunanıstan və Cənub-Şərqi Avropa üçün), qısa dalğalarda 11645 və 12105 Hs (Avropa, Aralıq dənizi və Yaxın Şərq üçün), həmçinin birbaşa efirdə internet vasitəsilə ERT saytına ötürülür. Rus dilində 30 dəqiqəlik xəbərlər və şərhlər verilişi bazar ertəsindən cümə gününə qədər UTC ilə 8:30-dan (12:30 Moskvada yay vaxtı ilə) yayımlanır. Həftəsonu isə rus verilişləri musiqi və Yunan mədəniyyəti proqramlarını təqdim etməklə 2 saat əvvəl başalyır.
ΕΡΑ Αθήνας (2013–2015)
redaktə11 iyun 2013-cü il Yunanıstan Respublikasının Nazirlər Şurası ERT-in dağıdılmasına qərar verdi. ERA 5 proqramı artıq bağlanmşdır. FILIA 106.7 isə Yunanıstanda verilişləri gündəlik olaraq ultrasəs dalğaları ilə xarici dillərdə yayımlayan ΕΡΑ Αθήνας radiostansiyasına qoşulmuşdu.
Yunanıstanın səsi (2015-ci ildən)
redaktə11 iyun 2005-ci ildə ERT yenidən qısa dalğalarda (9420 Hs) yunan dilində xəbərləri, musiqili-informasiya verilişlərini "Xarici dil buraxılışı" proqramı ilə yayımlayan "Yunanıstanın Səsi" (Η Φωνή της Ελλάδας) adlı radiostansiyasına qoşuldu.