Yucin Miller Van Rid - Wikipedia
Yucin Miller Van Rid (ing. Eugene Miller Van Reed; 17 may 1835, Ridinq, Pensilvaniya – 2 fevral 1873, Sakit okean) – hollandəsilli ABŞ biznesmeni, macəraçısı və diplomatı.[1] Havay krallığının Yaponiyadakı birinci konsulu olmuşdur.
Yucin Miller Van Rid | |
---|---|
| |
Doğum tarixi | 17 may 1835 |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1873 (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | iş adamı |
Həyatı
redaktəYucin Miller Van Rid 1858-ci ildə San-Fransisko şəhərində yapon dənizçi Cozef Heko ilə tanış olmuş və 1859-cu ildə ABŞ-nin Yaponiyadakı konsulluğunun katibi kimi onunla Yaponiyaya getməyə qərar vermişdir.[1][2] O, 1859–1872-ci illərdə Yaponiyanın Yokohama və Tokio şəhərlərində yaşamış,[1] 1866–1873-cü illərdə Havay krallığının Yaponiyadakı birinci baş konsulu olmuşdur.[3] Satsuma hanı ilə yaxın biznes əlaqələri quraraq ABŞ diplomatlarını təəccübləndirmişdir.[1] Yaponiyada "Yokohama Shimpo" qəzetini və "Moshio-gusa" jurnalını nəşr etdirmişdir.[2]
Van Rid müxtəlif biznes sahələri ilə məşğul olmuş, 1868-ci ildə Havay krallığına göndərilmiş ilk yapon işçi qrupunu təşkil etmişdir.[1] Onun başçılığı altında 148 yapon Havay adalarındakı şəkər plantasiyalarında işləməyə göndərilmişdir.[3] Van Rid, Havay hökuməti və yapon işəgötürənləri arasında olan razılıq Yaponiya, ABŞ və Havay arasında siyasi çətinliklərə səbəb olsa da, bu məsələ ABŞ-nin Yaponiyadakı səfiri Çarlz De Lonqun müdaxiləsindən sonra həll olunmuşdur.[1]
1873-cü ildə "Japan" gəmisi ilə ABŞ-yə qayıdarkən Sakit okeanın ortasında ölmüş və San-Fransiskoda yerləşən Mason qəbiristanlığında dəfn olunmuşdur.[3]
İncəsənətdə
redaktəUkiyo-e sənətçisi Sadahide 1861-ci ildə hazırladığı "Amerika: Van Rid" adlı əsərdə onu təsvir etmişdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Historical Dictionary of United States–Japan Relations
- ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who
- ↑ 1 2 3 4 "America: Van Reed" (ingiliscə). Asian Art Museum. 14 dekabr 2018 tarixində arxivləşdirilib.
Ədəbiyyat
redaktə- Van Sant, John; Mauch, Peter; Sugita, Yoneyuki. Historical Dictionary of United States–Japan Relations (ingiliscə). The Scarecrow Press. 2007. səh. 257. ISBN 9780810856080. İstifadə tarixi: 17 dekabr 2022.
- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1818. İstifadə tarixi: 17 dekabr 2022.