Yuci Naka - Wikipedia
Yuci Naka (中 裕司, Naka Yūji?); 17 sentyabr 1965, Hirakata, Osaka prefekturası), həmçinin YU2 and Muuu Yuji — Yaponiya geymdizayneri və proqramçısı. Keçmişdə o, "Sonic Team" komandasının rəhbəri olmuşdur, ancaq hal-hazırda "Prope" şirkətinin başçısıdır. "IGN" saytının hazırladığı "tarixin ən yaxşı 100 videooyun müəllifləri" siyahısında Yuci Naka 47-ci yerdədir.[1]
Yuci Naka | |
---|---|
yap. 中裕司 | |
Doğum tarixi | 17 sentyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | video oyun tərtibatçısı[d], video oyun prodüseri[d] |
Fəaliyyət illəri | 1984-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYuci Naka 17 sentyabr 1965-ci ildə Yaponiyanın Osaka şəhərində anadan olmuşdur. O, proqramçılığı videooyun jurnalları üçün kodlar yayımlayaraq öyrənmişdir. Əldə etdiyi təcrübə onu orta məktəbdə təhsil alarkən proqramçılıq üzrə təlim almağa təşviq etmişdir.[2] Orta məktəbdən məzun olduqdan sonra Yuci Naka ali təhsil almaqdan imtina etmiş və Osaka şəhərində qalmışdır. Bu dövrdə o, maaşı az olan müxtəlif işlərdə çalışmışdır.
İlkin olaraq, Yuci Naka "Namco" şirkətində işləmək istəyirdi, ancaq şirkət sadəcə ali təhsilli şəxsləri işə alırdı. Buna görə də o, "Sega" şirkətində köçəkçi proqramçı olaraq işə alınmışdır. O tezliklə "Girl's Garden" videooyunu üzərində işlədi ki, bu oyuna görə Naka çoxlu tərif almışdır. Yuci Naka "Sonic the Hedgehog" videooyun seriyasındakı əməyinə, eləcə də "Nights into Dreams...", "Burning Rangers" və "Phantasy Star Online" videooyunlarındakı fəaliyyətinə görə tanınır.
Yuci Naka EyeToy platforması üçün satışa çıxarılmış populyar "Sega Superstars" videooyununun hazırlanmasında da iştirak etmişdir. O bir neçə videooyunda kameo olaraq rol almışdır.
Yuci Naka 23 may 2006-cı ildə müstəqil "Prope" şirkətini təsis etmişdir.[3] 2018-ci ilin yanvar ayında Yuci Naka "Square Enix" şirkətində işə götürülmüşdür.[4]
Üzərində işlədiyi oyunlar
redaktəİstinadlar
redaktə- ↑ "Yuji Naka". games.ign.com (ingilis). IGN. 30 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.
- ↑ Şepanyak. "Imagine Publishing". Retro Gamer (=35): 74.
- ↑ "Confirmed: Yuji Naka Leaves Sega". www.edge-online.com. Edge. 8 may 2006. 30 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.
- ↑ Fillips, Tom. "Sonic creator Yuji Naka joins Final Fantasy maker Square Enix". www.eurogamer.net. Eurogamer. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.
- ↑ Naka, Yuji. "Yuji Naka / 中 裕司 on Twitter: "[iPhone] PROPE Ltd.started to distribute the game "Legend of Coin" for iOS & Android at 12 December,2017. An epic story like none ever seen before in a coin game.Over 200 monsters to train and summon!"". twitter.com. Twitter. 12 dekabr 2017. 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2019.