Yengice Hamami - Wikipedia
Yengicə hamamı - Şərur rayonunun Yengicə kəndində yerləşən tarixi memarlıq abidəsi .
Yeraltı hamam | |
---|---|
| |
39°32′48″ şm. e. 44°57′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Yengicə , Şərur rayonu, Naxçıvan Muxtar Respublikası |
Yerləşir | Yengicə |
Tikilmə tarixi | XVIII əsr |
Vəziyyəti | bərpa olunub |
Abidə XX əsrin 80-ci illərinə qədər hamam kimi fəaliyyət göstərib. 2018-ci ildə təmir edilib. Hazırda təyiantına uyğun istifadə edilmir
.Haqqında
redaktəHamam XVIII əsrin sonunda Şahtaxtılı Tovuz xanım tərəfindən tikdirilib[1]. Düzbucaqlı formada olan hamamın ümumi sahəsi 650 kavadratmetrdir. Bina 19x19x5 sm ölçüdə olan bişmiş kərpiclər və əhəngdən istifadə olunmaqla tikilib[2]. Hamam binası iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa bölünür. Binanln cənubunda hamamın ocaqxanası yerləşib. İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına açılır. Hamam döşəmənin altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə qızdırılıb. Bina günbəzin mərkəzində yerləşən baca və divarlarda açılmış kiçik pəncərələrlə işıqlandırılırdı[3].
Yengicə hamamı XX əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Sonradan istifadəsizlikdən və təmirsizlikdən hamamın binası dağılmış və qəzalı vəziyyətə düşüb[4].
Hamamın binası 2017-ci ilin mart ayından 2018-ci ilin sentyabr ayına qədər bərpa edilib[5]. Hazırda hamam təyinatı üzrə istifadə edilmir. Tarixi binada 7 fərqli sahə üzrə xidmət təşkil edilib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Şərurda qədim tarixi abidədə bərpa işləri aparılır" (az.). İki sahil. 24 noyabr 2017. 2 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.
- ↑ "Şərur rayonundakı Yengicə hamamı bərpa edilir" (az.). naxcivantv.az. 14 aprel 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.
- ↑ Naxçıvan abidələri ensiklopediyası (PDF). Naxçıvan. 2008. səh. 469. 2022-06-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-02.
- ↑ "Yengicə hamamı" (az.). anl.az. 2018. 2 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.
- ↑ Məhəmməd Fərəcov. "Yengicə kəndində qədim tarixi abidə olan Şərq hamamı ziyarət olunub" (az.). nuhcixan.az. 24 iyul 2019. 2 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2022.