Yekaterina Karavelova - Wikipedia
Yekaterina Karavelova (bolq. Екатерина Великова Пенева–Каравелова) — müəllim, tərcüməçi, publisist, qadın hüquqları müdafiəçisi, Bolqarıstan Qadınlar Birliyinin təsisçisi, Yəhudilərin Müdafiəsi Komitəsinin qurucularından biri. Bolqarıstanlı siyasətçi Petka Karavelovanın həyat yoldaşı.
Yekaterina Karavelova | |
---|---|
bolq. Екатерина Каравелова | |
Doğum tarixi | 21 oktyabr 1860 |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1947 (86 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | müəllimə, yazıçı, tərcüməçi, qadın hüquqları fəalı[d], sufrajist, tibb bacısı, feminist[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəYekaterina Karavelova 21 oktyabr 1860-cı ildə Ruse şəhərində anadan olub, kürkçü Veliko Penev[1] və Stoyanka Penevanın[2] dörd övladının ən kiçiyi olub. 1870-1878-ci illərdə Yekaterina IV Moskva Qadınlar Gimnaziyasında oxumuş və onu qızıl medalla bitirmişdir. Eyni dövrdə Yekaterina məşhur riyaziyyatçı Sofiya Kovalevskaya ilə tanış olur. Gimnaziyanı bitirdikdən sonra Yekaterina Bolqarıstana qayıdır və Rusedə dərs deməyə başlayır və bir ildən sonra Kişi Gimnaziyasında qızlar üçün sinfin direktoru olur. Yekaterina Sankt-Peterburqda tibb təhsili almağı planlaşdırır, lakin 1880-ci ildə Moskvada oxuyarkən tanış olduğu Petka Karavelov ilə ailə qurur və ailəsi Sofiyaya köçür. Cütlüyün üç qızı dümnyaya gəlir - Rada (1880-1883), Viola (1884-1934) və Laura (1886-1913).
Sosial fəaliyyət
redaktəTezliklə Yekaterina Bolqarıstanın siyasi elitasının bir hissəsinə çevrilir, lakin 1881-ci ildə Battenberq Şahzadəsi Aleksandr tərəfindən Petka Karavelovun Bolqarıstanın Baş Naziri vəzifəsindən uzaqlaşdırılmasından sonra ailə Bolqarıstanı tərk edib Plovdivə köçmək məcburiyyətində qalır[3]. 1884-cü ildə Tırnovo konstitusiyasının bərpasından sonra Yekaterina və Petko Sofiyaya qayıdır. Sonra Yekaterina kitabçalar nəşr etməyə başlayır.
1899-cu ildə Yekaterina Karavelova Mama (Maika) qadın mədəniyyət təşkilatını təşkil edir. Yekaterina qadınların müstəqilliyi bilavasitə qadınların təhsilindən keçdiyini bildirir, ona görə də qızlar üçün “Mariya Luiza” peşə məktəbi açır. 1901-ci ildə Karavelova Vela Blaqoeva, Dimitrana İvanova, Anna Karima, Kina Konova, Yuliya Malinova və başqaları ilə birlikdə Bolqar Qadınlar İttifaqını qurur. 1903-cü ildə İlinden üsyanı məğlub edildikdən sonra Karavelova makedoniyalı qadınların həbsdən azad edilməsi üçün Qadınlar Komitəsinə rəhbərlik edir. Bir il sonra Yekaterina Londonda Makedoniya Konfransında iştirak edir[4]. Rus-yapon müharibəsi zamanı Karavelova Bolqarıstan Sanitar Komissiyasını, Balkan müharibəsi zamanı isə V. Leevski adına Universitetdə xəstəxana təşkil edib.
Yekaterina Karavelova 25 il Bolqarıstan Qadınlar Birliyinin sədri olub. Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqasının IV Konqresində (1-7 may 1924, Vaşinqton) Ketrin Bolqarıstanı təmsil edir. 1925-ci ildə Karavelova Liqanın sədri olur.
Yekaterina Karavelova Anton Straşimirov, Asen Zlatarov, Petko Staynov və başqaları ilə birlikdə Almaniyada Yəhudilərin Müdafiəsi Komitəsinin qurulmasında fəal iştirak edir.
Karavelova aktiv ictimai-siyasi fəaliyyətlə yanaşı, L. N. Tolstoy, F. M. Dostoyevski, V. Hüqon, Gi de Mopassan, Q. Flober və K. Dikkensin əsərlərinin bolqar dilinə tərcüməsi ilə məşğul olur. Karavelova 50-dən çox kitabça və məqalənin müəllifidir.
İstinadlar
redaktə- ↑ Кьосева, Цветана. Първите дами на царска България. — София: „Св. Климент Охридски“, 2010. — С. 15.
- ↑ Francisca de Haan, Krasimira Daskalova, Anna Loutfi. Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries. — Central European University Press, 2006. — 710 с. — ISBN 9789637326394.
- ↑ www.koprivshtitza.com ; [email protected]. "Копривщица". www.koprivshtitza.com. 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.
- ↑ "Documentary Exposition | BAUW - The Bulgarian Association of University Women" (ingilis). bauw-bg.com. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.