Yaponperestlik - Wikipedia
Yaponpərəstlik (yap. 親日, shinnichi) — yapon mədəniyyətinə, adamlarına və ya tarihinə ehtiram və sevgi.[1]
Tarix
redaktəXVIII və XIX əsrlər
redaktəYaponpərəst (Japanophile) ifadəsi Yaponiya hələ xarici ticarət üçün açılmayanda, XVIII əsrin sonunda - erkən XIX əsrdə işlənilirdi. Karl Peter Tunberq və Filip Frans fon Zibold Yaponiyanın florasını, incəsənətini və başqa obyektlərini Avropaya təqdim etməkdə bir rol oynamışdılar. Bu Yaponiyaya qarşı marağını artırıb.[2][3]
XX əsr
redaktəXX əsrin ilk onilliyində Britaniyanın bir sıra sazıçısı Yaponiyanı tərifləyirdilər. Məsələn üçün, 1904-cü ildə Beatris Uebb yazırdı ki, Yaponiya təmkin və maarifləndirmənin doğan ulduzudur (ing. self-control and enlightenment), onun yenilikçi kollektivizmi (ing. innovating collectivism) və ziyalı peşəkar elitasını (ing. lightened professional elite) mədh edirdi. Herbert Uells oxşar şəkildə, Müasir Utopiya romanındaki elitanı samuray adlandırıb. Bunların səbəblərdən biri o idi ki, Britaniya sənayyəsi öz üstünlüyü itirirdi, Yaponiya ilə Almaniya isə nəsbətən yüksəlirdilər. Almaniya o vaxt bir düşmən kimi, Yaponiya isə potensial müttəfiq kimi görünürdü. Britaniyalılar səmərəliliyi məhsuldarlıqda problemlərinin çözümü kimi görürdülər. Və 1906-cı ildə Alfred Stedın Böyük Yaponiya: Milli səmərəliliyin tədqiqatı (ing. Great Japan: A Study of National Efficiency) adlı kitabının nəşrindən sonra, Britaniyanın mütəxəssisləri də Yaponiyaya maraq göstərməyə başladılar. Halbuki, bu maraq Birinci Dünya Müharibəsi başlayarkən bitib.[4]
İspaniya legionun yaradıcısı, General Xose Milyan Astray qeyd edirdi ki, samurayların buşido kodeksı ona çox təsir etmişdi. O, yazırdı ki, "İispaniya legionçusu da samuraydır və o, buşido əsaslarını işlədir: onur, cəsarət, sadiqlik, mərdlik və qurban olma ruhu". Həmçinin əlavə etmişdi ki, İspaniya kodeksın prinsiplərini əməl etsə, Yaponiya kimi böyük güc ola bilər.[5] Xose Milyan Astray İnadzo Nitobenin Buşido: Yaponiyanın ruhu kitabını tərcümə edib, onun proloqunu yazmışdı.[6]
XI əsr
redaktəErkən 2000-cı illərdə Yaponiya pop mədənniyətinə ehtiram göstərənləri adlandırmaq üçün ingilis dilində slenq sözləri meydana çıxmışlar. Wapanese (translit. uapanese: ing. white Japanese - ağ yapon və ya ing. wannabe Japanese - yapon olmaq istəyən) ifadəsi ilk dəfə 2002-ci ildə yapon mədəniyyəti ilə maraqlanan ağ adamı izah etmək üçün istifadə edilmiş. Weeaboo (translit. uiabu; daha sonra, qısaca weeb - translit. uib) ifadəsi isə ilk dəfə Nikolas Qurevitçin bir komiksində nəsə xoşagəlməz izah etmək üçün istifadə olunub.[7] Nəşr olunmamış bir magistr dissertasiyasıda deyilir ki, 4chan saytı bu ifadəni tezliklə wapanese əvəzinə istifadə etməyə başlayıb.[8]
İstinadlar
redaktə- ↑ Japanophile // Webster's Third New International Dictionary, Unabridged. Merriam-Webster. 200. 2013-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
one who especially admires and likes Japan or Japanese ways
- ↑ William R. Johnston. William and Henry Walters, the Reticent Collectors. JHU Press. 1999. səh. 76. ISBN 0-8018-6040-7.
- ↑ Robin D. Gill. Topsy-Turvy 1585. Paraverse Press. 2004. səh. 25. ISBN 0-9742618-1-5.
- ↑ Bruce Cumings. Archaeology, Descent, Emergence: American Mythology and East Asian Reality // Parallax Visions: Making Sense of American-East Asian Relations. Duke University Press. 1999. səh. 25. ISBN 0-8223-2924-7.
- ↑ Jensen, Geoffrey. Irrational Triumph: Cultural Despair, Military Nationalism, and the Ideological Origins of Franco's Spain. Reno, Nevada: University of Nevada Press. 2002. səh. 150. ISBN 0874174813.[ölü keçid]
- ↑ Beeby, Allison; Rodríguez, María Teresa. "Millán-Astray's Translation of Nitobe's Bushido: The Soul of Japan" (PDF). Autonomous University of Barcelona. 2009. 6 July 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 June 2017.
- ↑ Chris Kincaid. "Am I a Weeaboo? What does Weeaboo Mean Anyway?". Japan Powered. 2015-08-30. 2015-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
- ↑ Davis, Jesse Christian. "Japanese animation in America and its fans" (PDF). 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 December 2015.