Yamno Golu - Wikipedia
Yamno gölü (Polyak dili Jamno)- Baltik dənizi sahilində yerləşən Polşa gölüdür. Qərbi Pomor voyevodalığının Koşalinskom povyatesində yerləşmişdir. Baltik dənizindən qumlu sahillər ilə ayrılmışdır.
Yamno | |
---|---|
pol. Jamno | |
Ümumi məlumatlar | |
Tipi | Evtrofik |
Mütləq hündürlüyü | 1 m |
Eni | 3.4 km |
Uzunluğu | 10.1 km |
Sahəsi | 22,052 km² |
Dərin yeri | 3,9 m |
Orta dərinliyi | 1,4 m |
Yerləşməsi | |
54°16′24″ şm. e. 16°09′02″ ş. u.HGYO | |
Ölkə | Polşa |
Rayon |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müxtəlif məlumatlara görə gölün sahəsi 2205,2 ha-dan 2239,6 hektara qədər təşkil edir. Göl sahəsinə görə 9-cu yeri, regionda isə 3-cü yeri tutur. Yamnskim dənizi ilə kanallarla bağlanmışdır.
Yerləşməsi
redaktəGöl Melno Koşalinskoqo qminasından 8 km şimalda Koşalin şəhərinin ərazisində yerləşmişdir. Gölün orta dərinliyi 1,4 m, maksimal dərinliyi isə 3,9 m-dir.[1] Dəniz səviyyəsindən hündürlüyü 0,1 m-dir.[2] Gölün forması qeyri-müntəzəmdir. Qərb hissəsi basıq, şərqi isə enlidir. Göl körfəzin dəniz sahilində yaradılmışdır.
Təsviri
redaktəGölün su hövzəsinin ümumi sahəsi 502,8 km² təşkil edir.[2][2] Göllə iki çay- Dzerjensinka və Uness çayları birləşir. Göl Yaminskiy kanalı ilə Baltik dənizi ilə bağlanmışdır. Bu kanal da Unesse qəsəbəsindən 2 km məsafədə yerləşmişdir. Fırtınalar zamanı kanalın ağzı tez-tez yandırılır.
Sanitar vəziyyəti
redaktəTədqiqatlara əsasən 2006-cı ildə gölün suyu üçüncü sinfə daxil edilmişdir. Bu da 1996-cı il göstəriciləri ilə müqayisədə yaxşılaşmanı göstərir.[2]
Təbiəti
redaktəGöldə balıqlardan çapaq, xanı balığı, Avropa angvillası üstünlük təşkil edir. Həmçinin göldə durna balığı, lin, daban balığı, çömçə balığı, qustera, xanı balığı və dəniz foreli yaşayır. Burada çay ilanbalığına da rast gəlmək mümkündür. Bu növ Polşada ciddi qorunan növlərin sırasına daxil edilib.[3]
Tarixi
redaktə1313-cü ildə göl Ştaqnum-Yamundenze adını daşıyırdı. 1353-cü ildə göl Ştaqnum diktum Vusseken adlandırıldı- şərq sahilindəki Vusseken kəndinin şərəfinə adlandırılmışdır. O zamnlar göl dənizlə birləşmişdi və Koşalin şəhərinin təbii limanını təşkil edirdi. Cənub sahilində yerləşən Qollenberq dağı 173 m hündürlüklə liman üçün naviqasiya nişanı kimi xidmət edirdi. XVII əsrdə qumlu meşə zolağı dənizlə gölü ayırdı.
İstinadlar
redaktə- ↑ V.3. Jeziora. W: Raport o stanie środowiska w województwie zachodniopomorskim w latach 2006—2007. Wojewódzki Inspektorat Ochrony Środowiska w Szczecinie, 2008-12-30, s. 87, 93.
- ↑ 1 2 3 4 Jerzy Jańczak (red.): Atlas jezior Polski. T. 2. Poznań: Bogucki — Wydaw. Naukowe, 1997. ISBN 83-86001-43-7.
- ↑ "Wykaz wód powierzchniowych przeznaczonych do bytowania ryb, skorupiaków i mięczaków oraz umożliwiających migrację ryb, s. 12" (PDF). Regionalny Zarząd Gospodarki Wodnej w Szczecinie. 2022-09-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-16.
Ədəbiyyat
redaktə- Johannes Hinz: Pommern. Wegweiser durch ein unvergessenes Land. Bechtermünz, Augsburg 1996, ISBN 3-86047-181-3.