Yalcin Refiyev - Wikipedia
Yalçın İlqar oğlu Rəfiyev (tam adı:Rəfiyev Yalçın İlqar oğlu;) — COP29-un baş danışıqçısı[1], Azərbaycanın xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev | |
---|---|
Yalçın İlqar oğlu Rəfiyev | |
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1987-ci il |
Doğum yeri | Şəmkir şəhəri, Azərbaycan |
Həyatı
redaktəYalçın İlqar oğlu Rəfiyev 9 fevral 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər” fakültəsinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010-2011-ci illərdə İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində Ali Kursunda, 2014-2016-cı illərdə isə Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis” proqramı üzrə magistr proqramında təhsil alıb.
Ailəlidir, iki övladı var.[2]
Fəaliyyəti
redaktəDiplomatik fəaliyyəti
redaktəPeşəkar fəaliyyətə 21 sentyabr 2007-ci il tarixində Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsində referent vəzifəsində başlayıb.
- 2009 – 2011-ci illərdə XİN-in Təhlükəsizlik Problemləri İdarəsinin attaşesi;
- 2011 – 2013-cü illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin üçüncü katibi;
- 2013– 2015-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin ikinci katibi;
- 2016 – 2017-ci illərdə AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin birinci katibi;
- 2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi;
- 2018-ci ilin avqust ayından 2019-cu ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəis müavini;
- 2019-cu il sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək AR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
- Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2023-cü il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub.
- Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2021-ci il tarixli sərəncamı ilə “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” rütbəsi verilib.[3]
Təltifləri
redaktə9 iyul 2019-cu il tarixində Diplomatik xidmət orqanlarındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı təltif olunub.[4]
İstinadlar
redaktə- ↑ "Yalçın Rəfiyev: COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var". 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
- ↑ "Yalçın Rəfiyev". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
- ↑ Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.