Yakob Bryonnum Skavenius Estrup - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Yakob Bryonnum Skavenius Estrup (16 aprel 1825[1], Soryo[d][2] – 24 dekabr 1913[1]) — Danimarka siyasi və dövlət xadimi. Siyasi fəaliyyətinə görə "Danimarka Bismarkı" ləqəbini almışdır.
Yakob Bryonnum Skavenius Estrup | |
---|---|
dan. Jacob Brønnum Scavenius Estrup | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1825[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 dekabr 1913[1] (88 yaşında) |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktə1854–55-ci illərdə Folkstinqin, 1864-cü ildən isə fasilələrlə Landstinqin deputatı olmuşdur. 1865–69-cu illərdə Daxili İşlər Naziri, 1875–94-cü illərdə Baş nazir və Maliyyə naziri vəzifələrində çalışmışdır. Sağ mühafizəkar qüvvələrin Höyre partiyasına liderlik etmişdir. Bu ərəfədə lider kimi "Danimarka Bismarkı" ləqəbini almışdır.
Yakob Estrupun idarəçiliyi dövründə hakim Höyre partiyası ilə müxalif Venstre partiyası arasında kəskin qarşıdurma yaşanmışdır. Venstrenin nümayəndələri tərəfindən dövlət büdcəsinin dəfələrlə qəbul edilməməsinə cavab kimi Estrup ilk dəfə 1877-ci ildə formal olaraq parlamentin təsdiqini tələb etməyən müvəqqəti maliyyə qanunları təcrübəsinə əsaslandı. Bu, vergilərin artmasına, 1880-ci və 1890-cı illərin əvvəllərində siyasi mühitin gərginləşməsinə və kəndli həyәcanlarına səbəb oldu. Höyrenin mötədil qruplaşması ilə Venstrenin sağ qanadı arasındakı kompromis Estrupun istefasına gətirib çıxartdı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Jacob Brønnum Scavenius Estrup // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Эструп Якоб Брённум Скавениус // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.