Yadigarli Sulduz - Wikipedia
Yadigarlı_(Sulduz) - Haqqında Məlumat
Yadigarlı (fars. يادگارلو) — (azərb. Yeddiyarlı) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Yadigarlı,Yeddiyarlı | |
---|---|
fars. يادگارلو | |
37°02′23″ şm. e. 45°31′40″ ş. u.HGYO | |
Ölkə | İran |
Tarixi və coğrafiyası | |
İlk məlumat | Sulduz bölgəsinin görməli kəndlərindən biri |
Əvvəlki adları | Yeddiyarlı,Yeddiyar |
Əhalisi | |
Əhalisi | 607 nəfər (2006) |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | Şiə müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98044 |
Əhalisi
redaktə2006-cı il məlumatına görə kənddə 607 nəfər[1] yaşayır (137 ailə). Kənddə yaşayanların 100 % azərbaycanlılardır, ancaq bu kənddə azərbaycan türklərinin iki boyu yaşamaqdadır:
- — Avşarlar (Əfşarlar): Avşarlar bu kəndi səfəvilər çağında düzəldiblər və bu kənd keçmişdə Sulduz düzənliyinin başqa yerləri kimin onların məskəni imiş.
- — Qarapapaqlar (Tərəkəmələr): Ancaq sonradan azərbaycan hökmdarı olan Abbasmirzə Qacar, borçalıdan qarapapaqları Sulduza gətirərək burada məskunlaşdırdı.
İndilikdə bu kənddə avşarlar və qarapapaqlar yaşamaqdadırlar. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, quşçuluq, ovçuluq, balıqçılıq və mal-qara saxlamaqdır. Habelə bu kəndin yaxınlığında Yeddiyarlı gölü yerləşir ki, minlərcə quş və balığın yaşayış yeridir və buraya çox gözəl görünüş verir.
Din
redaktəKənddə İmamzadə Əhməd, İmamzadə Seyyid Bəyim və İmamzadə Mir Heydər türbələri var.[2]
İstinadlar
redaktə- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
- ↑ "Viki Əhli Beyt". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.