Yadigar Sadiqli - Wikipedia
Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) —azərbaycanlı ictimai-siyasi xadim. Müsavat Partiyasının sabiq başqan müavini, III Respublika Platformasının həmtəsisçisi və qurucu heyət üzvü.
Yadigar Sadıqlı | |
---|---|
Müsavat Partiyası başqanının müavini | |
2014 – 2018 | |
Başqan | Arif Hacılı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1968 (56 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, tarixçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000–2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb.[1]
Fəaliyyəti
redaktə2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004–2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011–2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014–2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub.[1] Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. Sadıqlı ardınca seçkini ədalətsiz adlandırıb.[2]
2023-cü ilin dekabrından bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "III Respublika Platforması" Hərəkatının həmtəsisçisi, qurucu heyət üzvüdür.[3]
13 dekabr 2023-cü il tarixində Müsavat Partiyası üzvlüyündən istefa vermişdir.[4][5]
200-dən artıq elmi və publisitik məqalələrin müəllifi olan Y. Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)"[6], 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.[7]
Həbs edilməsi
redaktə2013-cü il iyunun 27-də Lənkəran şəhərində həbs edildi. O, rəsmi məlumatlara əsasən iyunun 25-də Lənkəran şəhərində çayxanaların birində mobil telefonla həmin şəhər sakini Rəşid Kərimovu vuraraq xuliqanlıq törətməkdə ittiham edildi. Həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən siyasi məhbus hesab olundu. Lənkəran şəhər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli Qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edildi. Şirvan şəhər Apellyasiya Məhkəməsinin 22 iyul 2014-cü il tarixli Qərarına əsasən isə həbs cəzası 4 ilə, Ali məhkəmənin 13 yanvar 2015-cui il tarixli qərarı ilə 3 il 6 aya endirildi. 2 il 8 ay və 20 günlük həbsdən sonra 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azad edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Yadigar Sadıqlı". 3republic.org (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ "Yadigar Sadıqlı: "Ədalətsiz seçkilər oldu"". Apa.az (az.). 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ Quliyeva, Ülviyyə. "Yadigar Sadıqlı BŞBPİ-də şahid qismində ifadə verib". Voice of America (az.). 2024-07-22. İstifadə tarixi: 2024-10-25.
- ↑ "Yadigar Sadıqlı Müsavatdan istefa verdi". modern.az (az.). 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
- ↑ Vahid, Firuzə. "Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verib". Apa.az (az.). 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
- ↑ "Yadigar Sadıqlının kitabı işıq üzü gördü". Meydan TV (az.). 2019-12-15. İstifadə tarixi: 2024-10-25.
- ↑ Bəşir, Türkan. "Tarixçi Yadigar Sadıqlının "Yaxın Şərqin tarixi" kitabının təqdimatı keçirilib". Voice of America (az.). 2023-01-15. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-25.
Xarici keçidlər
redaktə- Rəsmi bloqu
- Rəsmi Facebook hesabı
- Rəsmi “Tarixçi” Telegram kanalı
- Rəsmi Facebook səhifəsi
- Bakı Mətbuat Klubundakı yazıları
- Məmmədəliyev, Əsəd. ""İsa Qəmbərin iki səbəbdən başqan gəlməyəcəyini düşünürdüm..." - Yadigar Sadıqlı". Teleqraf.com (az.). 2024-04-05. İstifadə tarixi: 2024-10-25.