Xarici Agent Rusiya - Wikipedia
Xarici agent (rus. иностранный агент) — Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status.[1][2] Anlayış 2012-ci ildə "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklərin qəbulundan sonra ortaya çıxdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və qanunun tərəfdarları qanunun ABŞ-nin FARA qanunundan[ing.] daha yüngül olduğunu bildirirlər.
Xarici agent | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə"Qeyri-kommersiya təşkilatları haqqında" qanun
redaktə29 iyun 2012-ci ildə təqdim olunan "Qeyri-kommersiya təşkilatları haqqında" qanuna dəyişikliklər 13 iyul 2012-ci il tarixində Rusiya Federasiyası Dövlət Duması tərəfindən qəbul edildi.[3]
2 dekabr 2022-ci il tarixinə qədər "xarici agent" kimi tanınan rusların 18%-nə cinayət işi açılıb.[4]
KİV — Xarici agentlər
redaktə25 noyabr 2017-ci ildə ABŞ Ədliyyə Departamentinin Russia Today və Sputnik xəbər agentliklərinin xarici agent kimi qeydiyata almasına cavab olaraq Rusiya, kütləvi informasiya vasitələrinin xarici agent kimi qeydiyata alına biləcəyi qanunu təsdiqlədi."Xarici agent" anlayışı aşağıdakılara şamil edilmir:
- qeydiyyatdan keçmiş dini qurumlara
- dövlət korporasiyaları və dövlət şirkətləri, habelə onların yaratdığı QHT-lərə
- Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqında[rus.], Ticarət və Sənaye Palatasında və digər biznes birliklərində çalışan əcnəbilərə
Xarici agent statusu almış bəzi məşhur şəxslər
redaktəReaksiyalar
redaktəRusiya
redaktəRusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin və bir sıra qeyri-hökumət qrupları qanunun konstitusiya müddəalarını pozduğunu iddia etdilər.[10]
Beynəlxalq
redaktəAvropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı qanunla bağlı narahatlığını ifadə edərək bildirib ki, "Qanun QHT ictimaiyyətinə pis təsir göstərə bilər, xüsusən də bu qanun düzgün şəkildə tədbiq olunmazsa."[11]
Mədəniyyətdə
redaktəOxxxymiron — "Agent"(rus. Агент) mahnısı[12]
İstinadlar
redaktə- ↑ "Путин подписал новый закон об «иноагентах». Такой статус теперь смогут присвоить кому угодно". Meduza (rus). 2022-07-14. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
- ↑ "Putin Signs Expanded 'Foreign Agents' Law". The Moscow Times (ingilis). 2022-07-14. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
- ↑ "Процедура принятия закона". 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
- ↑ ""Верстка": на каждого пятого "иноагента" в России заведены уголовные дела". 2022-12-02. 2022-12-03 tarixində arxivləşdirilib.
- ↑ "Rusiyalı məşhur bloqer xarici agent elan olundu". 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Rövşən Əsgərov Rusiyada xarici agent elan olundu". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Maksim Qalkin Rusiyada xarici agent elan olundu". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Rusiya hökuməti repçi Morqenşterni xarici agentlərin siyahısına saldı". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Минюст объявил рэпера Оксимирона иностранным агентом". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Лукин пожаловался в Конституционный суд на закон об НКО". BBC Русская служба. 3 September 2013. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-25.
- ↑ Elder, Miriam. "Russia raids human rights groups in crackdown on 'foreign agents'". The Guardian. London. 2013-03-27. ISSN 0261-3077. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-01.
- ↑ "Оксимирон на первом за шесть лет альбоме выпустил трек про иноагента". Радио Свобода. 2021-12-02. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.