Xanegah Celilabad - Wikipedia
Xanəgah — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd.[1]
Xanəgah | |
---|---|
39°12′06″ şm. e. 48°16′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1372 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 1518 |
Tarixi
redaktəXanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır[2]. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır.[3]
Toponimikası
redaktəBurovar silsiləsinin yamacındadır; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.[4]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır.[5]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.338.
- ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629