Xalizovun Binasi Taqanroq - Wikipedia
Xalizovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Petrovskaya küçəsi küçəsi ev 86 ünvanında yerləşir. Bina XIX əsrin 3-cü dörd illiyində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. İki mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir.
Xalizovun binası | |
---|---|
rus. Дом Хализова | |
47°12′56″ şm. e. 38°55′45″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Yerləşir | Petrovskaya küçəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİki mərtəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Petrovskaya küçəsi küçəsi ev 86 ünvanında yerləşir. Bina XIX əsrin 3-cü dörd illiyində Mixail Xazilov tərəfindən inşa edilmişdir. Binanın bütü sahibləri məlumdur. Binadan solda bir mərtəbəli mərmər mağaza olmuşdur. XIX əsrin 80-ci illrdə binanın sahibi kazak Yakov Avramoviç Qlinski olmuşdur. O, binanın birinci mərtəbəsini Yekaterina İvanovna Yevladovaya icarəyə vermişdir. Qlinski haqqında o məlumdur ki, onun jəyat yoldaşı Yevdokiya İvanovna 27 yaşında 1881-ci ildə vəfat etmişdir. Onun birinci övladı Pavel yeddi aylığında vəfat etmişdi. İkinci övladı isə 1886-cı ildə doğulmuşdu.
XХ əsrin əvvəllərində binanın sahibi II gildiya taciri Vasili Konstantinoviç Kumbaruli olmuşdur. O, binadan bir qədər aralıda «Peterburqskaya» mehmanxanası sahib idi. Binanın qiyməti 12 min rubl olaraq qiymətləndirilirdi. Birinci mərtəbəsi mağaza və digər məqsədlər üçün icarəyə verilirdi.
Vətəndaş müharibəsinfən sonra binada «Kojevnik» adlı dəri ayaqqabı kooperativi yerləşirdi.
1975-ci ildən binanın birinci və zirzəmidə этажа «Staraya krepost» restoranı fəaliyyət göstərirdi. Restoranda üç zal vardı: «Krestianski», «Molodyojnı» və «Petovski». Zallar sovet epoxasına uyğunlaşdırılmışdır. Ən prestijlisi «Petrovski» zalı idi. Bu zalın çoxlu sayda otaqları vardı. Hazırda yaşayış binası kimo istifadə edilir. Birinci mərtəbəsində "Geyim", "Ayaqqabı" dükanları və qadın bərbərxanası fəaliyyət göstərir.
Arxitektur xüsusiyyətləri
redaktəİki mərtəbəli bina tacir Xazilov tərəfindən inşa edilmişdir. Bina kərpiçdən inşa edilmişdir. Mərtəbələr arasında ksrniz vardır. İkinci mərtəbənin pəncərələri yarım sirkul sonluğuna saahibdir. Fasadında ümumilikdə 12 pəncərə vardır. Bina narıncı rəngə boyanmışdır.
18 oktyabr 1992-ci ildə 301 saylı qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.
Ədəbiyyat
redaktəГаврюшкин О. П. Вдоль по Питерской (Хроника обывательской жизни). — Таганрог: БАННЭРплюс, 2000. — 436 с.
Mənbə
redaktə- Таганрог. Петровская улица, дом 86 Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine