Xezer Comcexulu - Wikipedia
Xəzər çömçəxulu (lat. Benthophilus macrocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Xəzər çömçəxulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Xəzər çömçəxulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Yayılması
redaktəXəzər dənizində sahil boyu şimaldan cənuba qədər yayılmışdır. Yalamadan Sumqayıta və Nordost qoltuğundan Lənkəranın cənub hissəsinə qədər azsaylıdır. Abşeron və Astara yaxınlığında qeydə alınmamışdır.
Morfoloji əlamətləri
redaktəD III-IV,I 7-8 (9) ,A I (6) 7-8-dir.Bel sırasında 23-25 ziyil olur. Uzunluğu 116 mm-ə qədər olur.Bədəni gödəlmiş, güclü şəkildə enlənmişdir. Başı və bədənin ön hissəsi basıqdır. Gözlərin arasında novşəkilli çökək yoxdur. Bel çıxıntıları sırası başın üst hissəsinə qədər uzanır. Bədənində iri xallar yoxdur. Qarın tərəfi çılpaqdır.
Yaşayış yeri və həyat tərzi
redaktəXəzərin endemik balıqlarındandır. Xəzər dənizində çömçə xulların 18 növü qeydə alınmışdır. Dənizin hər yerində yayılmışlar. Xərçənglərin və suitilərin qidasını təşkil edirlər.
Çoxalması
redaktəBir yaşında cinsi yetişkənliyə çatır.Kürüsünü hissə ilə tökür. May-iyun aylarında Orta və Cənubi Xəzərin qərb sahillərində kürü tökür. Dişi çömçəxulun verdiyi kürünün miqdarı 794 - 3536 ədəd olur. Sürfələr dibdə böyüyür.
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur[2].
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh78.