Xeyanet Bogazi - Wikipedia
Xəyanət boğazı (yap. 野付水道) — Sakit okeanında yerləşən Kunaşir adasını Hokkoyda adasından ayırır. Şimaldan Kunaşir boğazı, cənubdan Cənubi Kuril boğazını birləşdirir. Uzunluğu 24 km, eni 20 km təşkil edir. Dərinliyi 20 m-dir. Sahilləri nisbətən alçaqdır. Orta dərinlik 7 m olması, üstəlik duman naviqasiya üçün təhlükəlidir. Bu səbəbdən gəmilər üçün məsləhət görülmür. Sahillərində Paltusov, Visla (Kumaşir) və Pyadzin-Saki (Hokkoyda) burunları vardır. Boğaza Rikardo, Qolovina, Sennaya çayları tökülür. Şimalda Veslovskiy, cənubda isə Noçuke-Xonto yarımadaları yerləşir. Qış vaxtı buzlarla dolur. Adlanmasına gəldikdə Rus səyyahı Vasili Mixayloviç Qolovnini yaponlar tərəfindən tutulması şərəfinə verilmişdir. Sahillərində Qolovnino, Poltusova (Rusiya) və Kimaki (Yaponiya) kimi yaşayış məntəqələri vardır. Boğaz Rusiya ilə Yaponiya arasında dövlət sərhəddini təşkil edir.
Xəyanət boğazı | |
---|---|
yap. 野付水道 | |
Ümumi məlumatlar | |
Eni | minimum 20 km |
Uzunluğu | 24 km |
Ən böyük dərinliyi | 20 m |
Yerləşməsi | |
43°38′12″ şm. e. 145°28′35″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Kunaşir adasını Hokkoyda adasından |
|