Vizezemin - Wikipedia
Vizəzəmin - Haqqında Məlumat
Vizəzəmin — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1] Vizəzəmin kənd inzibati ərazi vahidinə 12 kənd daxildir.
Vizəzəmin | |
---|---|
38°46′24″ şm. e. 48°31′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 660 m |
Saat qurşağı | |
Əhalisi
redaktəƏhalisi 492 nəfərdir.[2]
Toponimiyası
redaktəOykonim talış dilindəki vız (qoz) və zəmin (yer, ərazi, sahə) sözlərindən əmələ gəlmişdir. Kəndin adı orada qoz ağaclarının çoxluğu ilə bağlı olub, “qozlu yer, qozluq” mənasındadır.[3]
Coğrafiyası
redaktəVizəzəmin kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir.
Din
redaktəKənddə Vizəzəmin kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)