Vilyam Sivard - Wikipedia
Vilyam Sivard (ing. William H. Seward) - Amerika Birləşmiş Ştatlarının XXIV Xarici İşlər Naziri, senator və keçmiş Nyu-York meri. Vilyam Sivardın dövlət orqanlarında xidmətə başlaması Avraam Linkolnun prezident seçilməsindən sonra baş vermişdir. Yüksək vəzifələrdə təmsil olunan Sivard, Linkolnun öldürülməsindən sonrada Endrü Consonun dövründə öz vəzifəsində saxlanılmışdır. Sivard quldarlığa qarşı olan fikirləri ilə tanınırdı, ABŞ Vətəndaş müharibəsi dövründə ABŞ-nin qalib gəlməsində böyük rolu olan Sivard abolisionizm hərəkatını hər zaman dəstəkləmişdir. 15 aprel 1865-ci ildə Avraam Linkolna sui-qəsd təşkil edilən axşam, Con Uilks But dövlətin xariçi işlər naziri və cənublular tərəfindən sevilməyən Sivarda qarşısda sui-qəsd planı təşkil etmişdir.
Vilyam Sivard | |
---|---|
William H. Seward | |
5 mart 1861 – 4 mart 1869 | |
Əvvəlki | Ceremi Blek |
Sonrakı | Elihu Vosborn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Partiya | Viglər |
Fəaliyyəti | siyasətçi, vəkil, diplomat, yazıçı |
Həyat yoldaşı | Frensis Adelina Sivard |
Uşaqları |
Aqustos Henri Sivard Fredrix Vilyam Sivard Vilyam Henri Sivard Korneliya Sivard Olive Rasley Sivard |
Dini | anqlikanizm[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Plana əsasən Sivardın qəstçilər Sivardın malikanəsinə gecə vaxtı daxil olmalı və onu boğaraq öldürməli idilər. Ancaq ev xidmətçisinin səsə oyanması və hayküy salması nəticəsində plan baş tutmamışdır. Vilyam Sivard ABŞ tarixinə Alyaska ştatını satın almaqla daxil olmuşdur. 1867-ci ildə Rusiya imperiyası ilə 7.2 milyon dollara imzalanan müqaviləyə əsasən Alyaska ABŞ-nin nəzarətinə keçirdi. Müqavilənin imzalanmasında və qarşı tərəfin razı salınmasında böyük əməyi olan Vilyam Sivard Alyaskanın satın alınmasından sonra ABŞ-nin ərazisi 30% genişlənmişdir. Bu xidmətlərinə görə Alyaskada hər il 30 mart tarixində Sivard günü adlı bayram keçirilir. Alyaskanın ən böyük yarımadasıda Sivardın şərəfinə adlandırılmışdır.
Xarici keçidlər
redaktə- Seward House, Auburn, NY
- Brief Seward biography Arxivləşdirilib 2007-11-06 at the Wayback Machine
- Mr. Lincoln and Friends: William H. Seward
- Mr. Lincoln and New York: William H. Seward Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine
- Mr. Lincoln's White House: William H. Seward Arxivləşdirilib 2009-04-18 at the Wayback Machine
- Pictures of US Treasury Notes featuring William Seward, provided by the Federal Reserve Bank of San Francisco.
- William Henry Seward, the Virginia controversy, and the anti-slavery movement, 1839-1841[ölü keçid]