Vikos Deresi - Wikipedia
Vikos (kanyon) dərəsi (yun. Φαράγγι του Βίκου) — Yunanıstanın Pind dağları ərazisində yerləşən dərə. Vikos dərəsi ölkənin şimal şərqində, Yaniya nomundadır. Tumfi dağının cənum yamacında yerləşən dərənin uzunluğu 20 km, dərinliyi 450–1600 m, eni isə 400 metrdən 3-4 metrə qədər daralır.[1].
Vikos dərəsi | |
---|---|
Φαράγγι του Βίκου | |
Ölkə | Yunanıstan |
Uzunluğu | 20 km |
Vikianbarda əlaqəli mediafayllar |
Vikos Ginnesin Rekordlar Kitabına dünyanən ən dərin dərəsi kimi düşüb.[2]. Dərə kanyondan bəzi cəhətlərinə görə fərqlənir, məsələn : en və uzunluq nisbəti.[3].
Yerləşməsi
redaktəDərə Vikos-Aoos milli parkının mərkəzi hissəsində, Zaqori vilayətində yerləşir. Öz başlanğıcını Monodendri və Kukuli qəsəbələrindən götürür və Vikos rayonu ərazisində bitir.[4]. Dərə daxilində kiçik çaylar var ki, sonda dərə boyu axan Voydomatis çayına birlışirlər. İl boyu ancaq bu çayda su olur.[1]. Alimləri dərənin min illərcə dəyişilməyən ekosistemi və nadir növlərin qorunub qalması çox maraqlandırır.
Coğrafiyası
redaktəUzunluğu 20 km olan dərənin 12 km-lik hissəsi milli park ərazisinə düşür.[5] Vikos dərəsi fərqli relyef formaları və fərqli hündürlüklü ərazilərlə xarakterizə olunur. Dik yamaclar dərə dibində tədricən dikliyini azaldır. Dərə boyu yarğanlar üstünlük təşkil edir. Vaydomatis çayı şimal-qərbdən cənub-şərq istiqamətdə axır. Suyun səviyyəsi illər üzrə fərqli olur. Dərədə müxtəlif yaşlı süxur yatımlar aydın görsənir. Yuxarı hissə əhəngdaşından, aşağı hissə isə dolomitdən ibarətdir.[5]
Turizm
redaktəVikos dərəsinin ən yüksək hissəsində turistlər üçün geniş müşahidə meydançası var. Maydança yeni çəkilmiş Monodendri yolunun 3 km-də yerləşir. Digər meydança isə dərənin şərq tərəfində yerləşir. Bura Vradeto kəndindən qalxmaq mümkündür.
Əsas turist marşrutları - Monodendrdən enən çığır yol. Sonra çığır dərə boyu şimala gedir və Voydomatis çayının yanından keçir. Cığır sonda Papinqo kəndi yaxınlığında dərədən çıxır. Bundan başqa yol XVIII əsrə aid daş körpüdəndə keçir.
-
Daş körpü.
-
Monodendri qəsəbəsi
İstinadlar
redaktə- ↑ 1 2 Amanatidou, Despoina. "A case study in Vikos-Aoos National Park - Greece" (PDF). University of Freiburg, 2005 (ingilis). 2012-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-07-27.
- ↑ Guinness World Records 2005: Special 50th Anniversary Edition. Guinness World Records. 2004. səh. 52. ISBN 978-1-892051-22-6.[ölü keçid]
- ↑ Jackson Jack. The world’s great adventure treks. New Holland Publishers. 2003. ISBN 978-1-84330-261-2.[ölü keçid]p. 113
- ↑ "Natura 2000 Data Form. Site code: GR2130009" (PDF). NATURA 2000 (ingilis). səh. 8. 2011-07-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-07-12.
- ↑ 1 2 Hanlidou, Kokkini: p. 2