Vikipediya Silinmeye Namized Sehifeler Qan Turali - Wikipedia
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- VP:ŞEƏ kriteriyasına cavab vermir. Nemoralis (müzakirə) 06:52, 25 sentyabr 2023 (UTC)
- Qalsın: Yazıçı kimi ədəbi mühitdə məşhurdur. Məqaləsindəki məlumatlar çox güman ki, köhnədir. Maraqlı istifadəçilər işləyə bilər. İşlənilsə qala bilər. Araz Yaquboglu (müzakirə) 08:20, 25 sentyabr 2023 (UTC)
- Qalsın: Yuxarıda qeyd olunan fikirlərlə həmrəyəm. Oppenheimer94 (müzakirə) 12:12, 18 oktyabr 2023 (UTC)
- Qalsın: Yazıçı kimi ədəbi mühitdə məşhurdur. Məqaləsindəki məlumatlar çox güman ki, köhnədir. Maraqlı istifadəçilər işləyə bilər. İşlənilsə qala bilər. Araz Yaquboglu (müzakirə) 08:20, 25 sentyabr 2023 (UTC)
- Qalsın: məqalənin vəziyyəti yaxşı deyil. Amma şəxs ensiklopedikdir. KİV-də haqqında kifayyət qədər məlumat var. Üstəlik yaradıcılığı barədə neytral mənbələrdə qiymət var. — Tarixi Nadir (müzakirə) 14:27, 25 sentyabr 2023 (UTC)
- Qalsın: Şəxsin ensiklopdik olduğunu düşünürəm, sadəcə məqalə üzərində işləmək lazımdır — Aaiitacc (müzakirə) 13:42, 26 sentyabr 2023 (UTC)
- Mövzu olaraq ensiklopedik hesab edirəm. Yazıçınnı fəaliyyəti ilə bağlı mənbələr tapdım. Yaxşı işləmək lazımdır.— Eminn (müzakirə) 08:20, 30 sentyabr 2023 (UTC)
- Qalsın:Futurolog21 (müzakirə) 03:51, 2 oktyabr 2023 (UTC)
- Qalsın: Kifayət qədər tanınmış insandır — Xayala Mammadli (müzakirə) 12:35, 4 oktyabr 2023 (UTC)
- "Məşhurdur, tanınmışdır", " etmək lazımdır" kimi arqumentlər SNS-də əsas götürülmür hörmətli həmkarlar. Nemoralis (müzakirə) 11:52, 5 oktyabr 2023 (UTC)
- Silinsin: viki-icma həmişə özünə sərf edəndə burada istifadə olunan arqumentləri əsassız sayır, sərf edəndə əsaslı. Anlamıram. --► Hörmətlə: SolaVirum 10:59, 20 oktyabr 2023 (UTC)
Məqalənin saxlanılmasına qərar verildi. — Baskervill | müzakirə 17:00, 6 oktyabr 2023 (UTC)
Yekunlaşdıran inzibatçı müzakirədə fikir bildirib 1 dəqiqə sonra yekunlaşdırdığı üçün müzakirə yenidən bərpa olunur.— Nemoralis (müzakirə) 13:10, 10 oktyabr 2023 (UTC)
- Əlavə olaraq onu bildirim ki məqalə böyük ehtimalla şəxsin özü tərəfindən yaradılıb. Fəaliyyəti barədə məqalədə 1 dənə belə (youtube linki işləmir) mənbə yoxdur. Kifayət qədər tanınmış olan minlərlə insan var, hamısına sırf tanınmışdır deyə məqalə yaradaq? Ya da KİV-də haqqında məlumat çoxdur deyə? Məlumat çoxdursa məqalə zənginləşdirilməlidir, yoxsa bu halda saxlamaq olmaz. Vikipediyadakı məzmunu müzakirə edirik, KİV-i yox. Nemoralis (müzakirə) 13:19, 10 oktyabr 2023 (UTC)
Şərh: Şəxsin əhəmiyyətliliyini artıran daha bir mənbə ədəbi fəaliyyətinə qiymət verən neytral və mötəbər mənbə - Ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü professor Tehran Əlişaoğlunun "Ədəbiyyat" qəzetində çap olunan «Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: «Qan Turalının həyat praqmatikası» məqaləsidir. Üstəlik şəxsin "Fələk qırmancı" romanını haqda da neytral mənbələrdə rəylər və qiymətləndirmə var. — Tarixi Nadir (müzakirə) 10:33, 11 oktyabr 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin saxlanılmasına qərar verildi.— Baskervill ☼ - De Gəlsin ! 18:51, 22 oktyabr 2023 (UTC)