Vikipediya Silinmeye Namized Sehifeler Kanadada Oldurulmus Taksi Suruculerinin Siyahisi - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Kanadada_öldürülmüş_taksi_sürücülərinin_siyahısı - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Belə ensiklopedik mövzu ola bilər? Sabah da başqa biri gəlib "Kanadada öldürülmüş kamaz sürücülərinin siyahısı"nı yaratsın, bir başqası "Azərbaycanda öldürülmüş velosiped sürücülərinin siyahısı". Belə şey olar? Vikipediya nə kataloq deyil, nə də bloq. samral müzakirə 02:59, 20 oktyabr 2023 (UTC)
- Silinsin: Belə bir məqalə niyə olsun axı?) Memoli13 (müzakirə) 07:13, 20 oktyabr 2023 (UTC)
- Sürətli silinsin: ensiklopedik olmayan siyahı. --► Hörmətlə: SolaVirum 11:07, 20 oktyabr 2023 (UTC)
- Silinsin: Heç ingilis dilli versiyası belə yoxdur. Grenzsoldat 11:25, 20 oktyabr 2023 (UTC)
- Qalsın: Məqalə üzərində işlərim davam edir. Məqalə tam yekunlaşmadan SNS-ə təqdim edilməsi doğru deyil. Samral son zamanlar tərəfimdən yaradılan məqalələri təqib edir. Vigen Zakaryan məqaləsinə əlavə etmiş olduğu istinad şablonları və Kanadada öldürülmüş taksi sürücülərinin siyahısı məqaləsinin SNS-ə təqdim edilməsini deməyim kifayət edər məncə. Kanadada 200-dən çox taksi sürücüsü öldürülüb və bunlar haqqında maraqlı və unikal bir məqalə ortaya çıxarmağa çalışmaqdayam. Özümdən nəsə yazmamışam, buna görə də Orijinal tədqiqata yer verməmək deyildikdə tam olaraq nə nəzərdə tutulur ? — Baskervill ☼ - De Gəlsin ! 21:21, 20 oktyabr 2023 (UTC)
- Cavab: @Baskervill, təqib o deyil. Təqib son 1-2 ayda cəmi 2 məqaləni SNS edib və hər 2 məqalənin də mənimlə, viki-layihəmizlə bağlı olmasıdır. Mən hələ səni təqibə başlamamışam. Başlasam, hiss edəcəksən samral müzakirə 06:05, 21 oktyabr 2023 (UTC)
- Şərh: bu siyahı ilə əlaqədar heç bir iradım yoxdur. Sona qədər düzəlsə müzakirə oluna bilər. Amma Baskervill son zaman düzəltdiyiniz Vigen Zakaryan məqaləsinə diqqət yetirdim. Şəxsin muzdlu kimi döyüşməsi və Livan ermənisi olmasından başqa məqalədə hansı özəllik var ki, o ensiklopedik olub. Axı Zakaryan öz fəaliyyəti dövründə nə Livanda, nə də Qarabağda xüsusi fəaliyyəti ilə fərqləməyib. Heç bir hərbi əhəmiyyətli təltifi belə yoxdur. Vikipediya: Ensiklopedik Əhəmiyyətli Şəxslərin hansı meyarlarına uyğundur şəxs? — Tarixi Nadir (müzakirə) 15:23, 21 oktyabr 2023 (UTC)
- Zakaryan məqaləsi məncə ensiklopedikdir. --► Hörmətlə: SolaVirum 15:32, 21 oktyabr 2023 (UTC)
- Sürətli silinsin: Belə məqalənin olması absurddur. — Thunder Storm (müzakirə) 17:37, 22 oktyabr 2023 (UTC)
Ümumi müzakirəyə əsasən silindi.— Baskervill ☼ - De Gəlsin ! 18:54, 22 oktyabr 2023 (UTC)
- Yekunlaşdırma ləğv olundu. SNS müzakirəsi minimum 7 gün davam etməlidir. Müzakirə hələ 2 gündür davam edir.— Nemoralis (müzakirə) 18:57, 22 oktyabr 2023 (UTC)
- Qalsın:, Samral, siz niyə o dəqiqə belə kəskin reaksiya verirsiniz ki? Bəlkə Kanada üçün taksi sürücülərinin öldürülməsi ciddi ictimai problemdir və ona görə belə bir siyahı tərtib olunub? O qətllər hər halda hər biri ictimai rezonans doğurub ki, belə bir siyahı var. "Kanadada öldürülmüş Kamaz sürücüsü" siyahısı düşünürəm ki, olmaz, çünki Kanadada "Kamaz" yəqin ki, heç yoxdur. Amma əgər "Rusiyada öldürülmüş Kamaz sürücülərinin siyahısı" və s. bu cür siyahılar olsa, əgər təbii ki, belə faktlar mövcuddursa, nə vaxtsa ictimai rezonans doğurubsa, onlar haqqında da azvikidə siyahı ola bilər.— Sortilegus (müzakirə) 20:23, 22 oktyabr 2023 (UTC)
- Cavab: @Sortilegus, 4 qətl və 3 istinadla qərar verdiz ki, "Kanada üçün taksi sürücülərinin öldürülməsi ciddi ictimai problemdir və ona görə belə bir siyahı tərtib olunub. O qətllər hər halda hər biri ictimai rezonans doğurub ki, belə bir siyahı var."? O ki qaldı Kamaz və Rusiya məsələsinə əksər azərbaycanlı kimi mən də kamaz deyəndə ümumən yük maşını nəzərdə tuturam, ona görə də o mənada dedim. samral müzakirə 01:01, 23 oktyabr 2023 (UTC)
- samral, "kamaz" yox, TIR --► Hörmətlə: SolaVirum 12:59, 23 oktyabr 2023 (UTC)
- @Solavirum, vapşe PAZ avtobusu sürücüləri))) samral müzakirə 17:03, 23 oktyabr 2023 (UTC)
- samral, "kamaz" yox, TIR --► Hörmətlə: SolaVirum 12:59, 23 oktyabr 2023 (UTC)
- Cavab: @Sortilegus, 4 qətl və 3 istinadla qərar verdiz ki, "Kanada üçün taksi sürücülərinin öldürülməsi ciddi ictimai problemdir və ona görə belə bir siyahı tərtib olunub. O qətllər hər halda hər biri ictimai rezonans doğurub ki, belə bir siyahı var."? O ki qaldı Kamaz və Rusiya məsələsinə əksər azərbaycanlı kimi mən də kamaz deyəndə ümumən yük maşını nəzərdə tuturam, ona görə də o mənada dedim. samral müzakirə 01:01, 23 oktyabr 2023 (UTC)
- Qalsın: İstifadəçi vaxtını, əməyini sərf edib, axtarış edib məqalə hazır edib. Şəxsən mənim üçün maraqlı oldu. Hələ məqaləni yekunlaşdırmamasına baxmayaraq diqqətimi çəkdi və oxudum. Düçünürəm ki, məqaləni bitirdikdən sonra ingilis dilində də yaza bilər. — A.Aida88 (müzakirə) 19:18, 23 oktyabr 2023 (UTC)
- Sortilegusun dediyi kimi taksi sürücülərinin öldürülməsinin Kanadada ciddi problem olduğunu düşünmürəm, çünki digər vikilərdə bu mövzu ilə bağlı heç nə tapa bilmədim. Siyahı fakt olaraq mənasız və qeyri-ensiklopedik siyahıdır. @A.Aida88-nın dediyi ilə razı deyiləm. Məqalədə sərf olunan əmək onu ensiklopedik etmir. Günlərlə vaxt sərf edib nə qədər siyahı yaratmaq olar amma heç biri ensiklopedik olmaz. Nemoralis (müzakirə) 19:33, 23 oktyabr 2023 (UTC)
- Şərh: Nemoralis Kanadada taksi sürücülərinin öldürlməsinin niyə ciddi bir problem olduğunu düşünmürsünüz ? Bu barədə hansısa bir araşdırma etmisiniz ? Digər vikilər söhbətidə çox əssasız bir söhbətdir. Nikol Morinin itkin düşməsi məqaləsi tərəfimdən yaradılan zaman, hələ enviki versiyası mövcud deyildi. O zaman belə çıxır ki, envikidə bir məqalə yaradılmadan, onu burada yaratmaq olmaz ? Kanadada qətlə yetirilmiş taksi sürücüləri haqqında internetdə minlərlə mənblər mövcuddur. Sadəcə mənə imkan və zaman tanımaq lazımdır ki, məqaləni normal vəziyyətə gətirim. — Baskervill ☼ - De Gəlsin ! 04:24, 25 oktyabr 2023 (UTC)
- Qalsın: məqalə bitdikdən sonra onun ensiklopedik olub olmamağı bilinəcək. Ona görə də qalsın.— Rəcəb Yaxşı (müzakirə) 07:08, 25 oktyabr 2023 (UTC)
Yekunlaşdırma: Silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 20:57, 29 oktyabr 2023 (UTC)