Vikipediya Silinmeye Namized Sehifeler Elnur Elturk - Wikipedia
- Silinsin: Məqalənin məzmunu nisbətən geniş olsa da, ensiklopedikliyini təftiş edə biləcəyimiz əsas məlumatlar prembuladakılar ilə yekunlaşır. Odur ki, ilkin olaraq qeyd edim: şəxsin diaspor üzrə araşdırmaçı ekspert və qeyd edilən üzvlüyü ensiklopedikliyi üçün tək başına heç nə ifadə etmir, bu aydındır. AMEA MEK-də tutduğu vəzifələr şəxsi ensiklopedik edəcək əhəmiyyətdə deyillər, TAİB-də isə sədr müavinidir (təşkilatın özünün ensiklopedikliyi daha əvvəl müzakirə mövzusu olub). Daha ətraflı qeyd etməli olsam:
- Fəaliyyəti bölməsindəki məlumatları ümumiləşdirsək, həmin bölmədə şəxsin müxrəlif kitablardakı redaktorluğu, ekspert kimi fikrinin yayımlanması (bu fakt əsaslı və əhəmiyyətli həcmdə olsa idi müzakirə edilə bilərdi), müxtəlif təşkilatlardan aldığı təşəkkürnamələr və tədbirlərdəki iştirakından söz edilir: sözügedən faktların şəxsi ensiklopedik etmədiyi açıq-aşkardır.
- Xarici mətbuatda məqalələri bölməsi də fikrimcə şəxsin ensiklopedikliyi üçün əhəmiyyət daşımır. Bir şəxsin xarici və yerli mətbuatda məqaləsinin yayımlanmasının əhəmiyyəti haqqında bu haqda təcrübə və biliyi olan şəxslər də fikir bildirsə sevinərəm.
- Təltiflər bölməsindəki təltiflərin heç birinin ensiklopedik yükü olmadığı da tam aydındır.
- Mənbələrlə bağlı arqument irəli sürüləcək deyə istinadlara bir-bir baxdım. 54 istinaddan təxmini 10-u birbaşa şəxsin fəaliyyəti ilə bağlıdır, onlar da vəzifə tutması və təltifləri haqqındadır. Qalanlarına şəxsin bir neçə öz yazısı və adının keçdiyi xəbərlər daxildir. İstinadların əhəmiyyətini bir-bir izah etməyimə indilik ehtiyac olmadığını düşünürəm.
Onu da qeyd edim ki, müzakirədə səs ovu halı olsa müzakirədəki iştirakın vikipediya prinsiplərinə zidd olan və vikinin ümumi iş prisipini pozan başqa hallarla əlaqələsini araşdırıb bu haqda Vikipediya çərçivəsində addımlar atmağa çalışacam. Həmçinin müzakirədə iştirak edən və fərq etmir, istənilən mövqedə olan hər kəsin fikrini olduqca əsaslı yazmasını xahiş edirəm ki, nəticə olaraq konsensus əldə edə bilək. surə m 17:57, 23 oktyabr 2023 (UTC)
- Silinsin: Suranın qeyd elədiyi arqumentlərlə tamamilə razıyam. Tam dəqiq və qərəzsiz formada arqumentlər təqdim olunub. Həmçinin mən qeyd edəcəyim bir məsələ də var. Çox guman səs vermə zamanı səs ovçuluğu olacaq. Grenzsoldat 18:04, 23 oktyabr 2023 (UTC)
- Qalsın: Şəxs haqqında Google-da 30 saniyə ərzində 65,000-dən çox məlumat çıxdı. Məşhur şəxsdir. İstər diaspora sahəsində, istərsədə Vikipediyanın təbliğatı sahəsində apardığı işlər şəxsi ensiklopedik etməyə zərurət yaradır.— A.Aida88 (müzakirə) 19:38, 23 oktyabr 2023 (UTC)
- Google-da 65 min nəticə çıxması barədə onu demək istəyirəm ki, axtarışı daha da limitlədikdə, yəni vikipediya və müxtəlif sosial şəbəkələri nəticələrdən sildikdə nəticə sayı 8980-ə düşür. Üstəgəl Vikipediya ilə əlaqəli xəbərləri də sildikdə isə nəticə sayı 6 minə düşür. Şəxslə vaxtilə bir yerdə işləmiş istifadəçinin məqalənin məzmunu haqqında heç nə yazmayıb birbaşa qalsın deməsi qəribədir, özünün dediyi kimi SNS-də gedən proseslər yox. @Eldarado sizin də müxtəlif saytlarda müsahibələriniz var və bəzi verilişlərdə qonaq kimi iştirak etmisiniz. Ölkədə kifayət qədər tanınmış olursunuz bu zaman? Nemoralis (müzakirə) 11:00, 24 oktyabr 2023 (UTC)
- Nemoralis, şəxs jurnalistdir və diaspora fəaliyyəti var. Mənim isə yoxdur. Buna görə də mənimlə müqayisə etmək doğru deyil. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:08, 29 oktyabr 2023 (UTC)
- Google-da 65 min nəticə çıxması barədə onu demək istəyirəm ki, axtarışı daha da limitlədikdə, yəni vikipediya və müxtəlif sosial şəbəkələri nəticələrdən sildikdə nəticə sayı 8980-ə düşür. Üstəgəl Vikipediya ilə əlaqəli xəbərləri də sildikdə isə nəticə sayı 6 minə düşür. Şəxslə vaxtilə bir yerdə işləmiş istifadəçinin məqalənin məzmunu haqqında heç nə yazmayıb birbaşa qalsın deməsi qəribədir, özünün dediyi kimi SNS-də gedən proseslər yox. @Eldarado sizin də müxtəlif saytlarda müsahibələriniz var və bəzi verilişlərdə qonaq kimi iştirak etmisiniz. Ölkədə kifayət qədər tanınmış olursunuz bu zaman? Nemoralis (müzakirə) 11:00, 24 oktyabr 2023 (UTC)
- Qalsın: yuxarıda qeyd edilən fikirlərlə razıyam kifayət qədər ensklopetik şəxsdir - Sahil ;) (müzakirə) 20:22, 23 oktyabr 2023 (UTC)
- Qalsın: Demək olar ki, həftədə iki dəfə efirdə müsahibələri olur və verlişlərə qonaq olur. Buda şəxsin ölkə səviyyəsində kifayət qədər tanınmış olduğundan xəbər verir. Buna görə də silinməsinə qarşıyam. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:26, 23 oktyabr 2023 (UTC)
- Qalsın: SNS-də qəribə proseslər gedir. Sözügedən məqalə silinmədən bu müzakirələr bitməyəcək. — Baskervill ☼ - De Gəlsin ! 21:36, 23 oktyabr 2023 (UTC)
- Dəyərli həmkarım tamamilə razıyam. Buna görə də Kənd Meydanında müzakirə açmışam. A.Aida88 (müzakirə) 04:27, 24 oktyabr 2023 (UTC)
- Silinsin: Elnur Eltürk tanıdığım və şəxiyyətinə hörmət etdiyim biridir. Amma heç bir ensiklopedik fəaliyyəti yoxdur. Müsahibə vermək, Vikipediyanı təbliğ etmək istiqamətində aparılan işlər şəxsi ensiklopedik etmir. Hamımız bilirik ki, mətbuatda xəbər çıxarmaq olduqca asandır. Bunu, məncə, digər istifadəçilər də bilsələr də, niyəsə fikir bildirmirlər. — Toghrul R (m) 06:43, 24 oktyabr 2023 (UTC)
- Silinsin: Linklərdə sadəcə adı çəkilib. Efirlərdə olub müsahibə vermək ensiklopediklikdirmi? Mən öz ad soyadımı axtarışa verəndə 0.25 saniyə ərzində 168 min nəticə çıxır. Eminn (müzakirə) 08:02, 24 oktyabr 2023 (UTC)
- Sürətli qalsın: şəxs onlarla təcrübəli vikiçinin yetişməsini, yüzlərlə şəxsin vikipediyada fəaliyyət göstərməsini, minlərlə şəxsə vikipediyadan necə istifadə etməyi, on minlərlə insana vikipediyanın nə olduğunu ümumiyyətlə bu sahədə misilsiz fəaliyyəti var. Diaspor fəaliyyəti ilə dünyada tanınan və dünya Azərbaycanlıları arasında sevilən şəxsdir. Şəxsin fəaliyyəti ilə bağlı nəinki Azərbaycan mənşəli və Azərbaycan dilində olan sayıtlarından həmiçinin müxtəlif dillərdə və ölkələrdə populyar olan sayıtlarda, qəzetlərdə, TV-lərdə və,s məlumatlar dərc edilib. Ölkə və dünya miqyasında gördüyü işlərlə kifayət qədər tanınan şəxsdir. — Khidirzada (müzakirə) 09:04, 24 oktyabr 2023 (UTC)
- @Khidirzada qeyd etdikləriniz ensiklopediklik göstəriciləri deyil. Şəxs olaraq rəğbətinin olması və sevilməsi ayrı məsələdir, fəaliyyəti isə ayrı. Vikipediyanın təbliğatını aparan, yeni istifadəçilərə təlimlər keçənlər az deyil. Digər vikilərdə də bu cür fəaliyyətlə məşğul olanlar, bu işə 20 ildən də artıq zəhmət sərf edənlər var ki, onların səhifələri yoxdur.
- Yenə də qeyd edim ki, Azərbaycanda televiziyaya çıxmaq, veb-sayt və qəzetlərdə məlumat yerləşdirmək asan məsələdir. Onların sayca çox olması ensiklopekliyə əsas vermir. @Sura Shukurlu qeyd etdiyi kimi,
54 istinaddan təxmini 10-u birbaşa şəxsin fəaliyyəti ilə bağlıdır
— Toghrul R (m) 10:17, 24 oktyabr 2023 (UTC)
- Şəxsin ensiklopedikliyi ilə bağlı konkret arqumentlər yoxdur. Həftədə neçə dəfə müsahibə verməyin ensiklopediklik kriteriyası olmadığını düşünürəm. SNS-də qəribə proseslər də getmir. Qeyri-ensiklopedik məqalənin SNS-ə çıxarılmağı təbii prosesdir. Eminn (müzakirə) 10:51, 24 oktyabr 2023 (UTC)
- Silinsin: Elnur Eltürkü realda tanımasam da, eşitdiyim qədəri ilə, yaxşı işlər görür, nə gözəl. davamlı olsun. fəaliyyətində bol uğurlar diləyirəm. məqaləsinə gəldikdə isə, yuxarıda bildirilən arqumentləri əsaslı hesab edirəm. Atakhanli (müzakirə) 20:45, 29 oktyabr 2023 (UTC)
- Şərh: Məqalənin 7 günü tamam olub. Çoxluq silinməsinə tərəf olub. Niyə heç bir idarəçi silmir məqaləni? Grenzsoldat 08:34, 31 oktyabr 2023 (UTC)
- Qalsın: Şəxs ictimai həyatda tanınmış insandır. İstər media, istər digər KİV-lərdə haqında geniş məlumat bazası var. Üstəlik Vikipediya:EƏŞ tələblərindən əsası olan neytral mənbələrdə fəaliyyətə qiymətinin verilməsi tələbini ödəyir. İstər Diaspora olsun, istər Vikipediya fəaliyyəti olsun, istərsədə ictimai fəaliyyəti. Hər birinə aid şəxin fəaliyyətinə qiymət verən mötəbər mənbələr mövcuddur. — Tarixi Nadir (müzakirə) 09:06, 31 oktyabr 2023 (UTC)
- Qalsın: Eldarado və Tarixi Nadirə qatılıram.— Rəcəb Yaxşı (müzakirə) 07:16, 2 noyabr 2023 (UTC)
- Şərh: Şəxsin fəaliyyəti ilə bağlı real həyatdan verilmiş nümunələr sadəcə şəxsi fikirlərdir və vikipediya şəxsi fikirər ilə formalaşmır. Bu müzakirə vikipediyadakı məqalənin ensiklopedikliyi haqqındadır, şəxsin fəaliyyətinin əhəmiyyət və nüfuzu haqqında deyil. Bu haqda müzakirəni başqa məcralarda şəxsi etalonlar ilə aparmaq olar, vikipediyada isə neytral qərar vermək üçün vahid etalon var: layihənin ümumi prinsipləri və lokal qəbul edilmiş kriteriyalar. Vikipediya anlayışının təbliğini aparan hər kəsin bunu bildiyini düşünürəm, ya da ən azından elə olmalı idi. Müzakirəni yekunlaşdıracaq inzibatçının isə daşıdığı hüquq ve etimada görə bildiyinə tam əminəm. — surə m 15:36, 2 noyabr 2023 (UTC)
Şərh: Birinci dəfədir, şəxsin özünün ensiklopedik tələblərə cavab verməsi, amma məqaləsinin ensiklopedik olmaması şərhini görürəm. . Vikipediya:EƏŞ tələbləri hər kəs üçün eynidir. Bu halda da həmçinin. Şəxsin fəaliyyətinə qiymət, elə onun üzü haqda danışmaq ilə eynidir. Şəxsin özü haqda danışıb onun yaxşı oğlan olduğunu qeyd etməyiblər axı, fəaliyyəti barədə qiymət veriblər. Bu isə əsas şərtlərdən biridir. — Tarixi Nadir (müzakirə) 12:05, 3 noyabr 2023 (UTC)
- @En Merker Bəli, tam doğru vurğuladınız, tələblər hamı üçün eynidir və mən də şəxsin həmin tələbləri ödəmədiyini sübut etmişəm. Fəaliyyətinə ictimaiyyət tərəfindən qiymət verilməsinin əsas şərtlərdən biri olduğunu qeyd etmisiniz, söhbət hansı qaydadan gedir? Ümumi müzakirədən başa düşdüyüm üzrə mən deyəsən illərdir səhv qaydalardan istifadə edirəm. surə m 17:22, 3 noyabr 2023 (UTC)
Yekunlaşdırma: Silinməsini dəstəkləyən arqumentlər daha tutarlı olduğu üçün və müzakirədə qeyd olunan "54 istinaddan təxminən 10-u birbaşa şəxsin fəaliyyəti ilə bağlıdır" arqumentinə əsasən silinməsinə qərar verildi. Nemoralis (müzakirə) 20:22, 3 noyabr 2023 (UTC)