Vikipediya Sesverme Ensiklopedik Ehemiyyetlilik Sexsler Qaydasina Elaveler - Wikipedia
Vikipediya:Səsvermə/Ensiklopedik_əhəmiyyətlilik_(şəxslər)_qaydasına_əlavələr - Haqqında Məlumat
Səsvermə 31 mart — 14 aprel 2022-ci il tarixləri arasında (Bakı vaxtı ilə səsvermə 14 aprel saat 03:15-də dayandırılacaq) keçirilir.
Salam, hörmətli həmkarlar! Son dövrlərdə bəzi qeyri-ensiklopedik səhifələrin silinməsi zamanı müzakirələr və mübahisələr yaranır. Mükəmməl olmasa da hələlik bir neçə bəndə dəyişiklik təkliflərim var. Müzakirələrdən sonra aşağıdakı təklifləri səsverməyə təqdim edirəm:
- Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)#Siyasətçilər və hakimlər bölməsinin aşağıdakı şəkildə yenidən qəbul olunması:
- Beynəlxalq, ölkə, əyalət/vilayət (federal və ya buna bənzər idarəetmə sistemlərinə sahib olan ölkələr üçün) səviyyəsində vəzifə tutmuş və ya tutan, həmçinin qeyd olunan və ya səviyyələrdə qanunverici orqanların üzvü olmuş və ya olan siyasətçilər və hakimlər.
- Dövlət başçısı tərəfindən birbaşa vəzifəyə təyin olunan şəxslər. (Məsələn: Nazirlər, komitə, agentlik sədrləri və s)
- Mətbuatda geniş işıqlandırılan yerli əhəmiyyətli siyasətçilər və hakimlər. Yerli əhəmiyyətli siyasətçilər dedikdə ,əsasən, mərkəzi hökumət tərəfindən təyin olunan yerli rəhbərlər (Məsələn:Qubernator, vali, icra hakimiyyətinin başçısı) və ya böyük şəhərlərdə şəhər hökumətinin və ya şurasının tanınmış üzvləri nəzərdə tutulur.
- Qeyd 1: Hərhansısa bir dövlət qurumunun daxilində o qurumun rəhbərinin daxili qərarı ilə vəzifəyə təyin olunmuş şəxs olmaq ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxslər digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər. Burada icraedici və ya qanunverici orqanlardakı idarə, şöbə və s. kimi qurumların rəhbərləri nəzərdə tutulur.
- Qeyd 2: Yerli səviyyədə rəsmi şəxs, seçilməmiş "namizəd" olmaq, seçilmiş yerli siyasətçi olmaq, yüksək səlahiyyətə malik dövlət vəzifələri istisna olmaqla hər hansı quruma müvəqqəti rəhbər təyin olunmaq (Bunlara sədr, rəis əvəzi və ya vəzifələrinin icraçısı kimi vəzifələr daxildir.) ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxslər digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər.
- Qeyd 3: Beynəlxalq, ölkə, əyalət/vilayət səviyyəsində əhəmiyyətə malik siyasi partiyaların daxili qərarı ilə vəzifə sahibi olmaq ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxslər digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər.
- Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)#Yaradıcı mütəxəssislər bölməsinin "Yaradıcı şəxslər" olaraq adlandırılması və aşağıdakı şəkildə yenidən qəbul olunması:
- Müəlliflər, redaktorlar, jurnalistlər, rejissorlar, fotoqraflar, yazıçılar, şairlər, aşıqlar sənətçilər, memarlıq və digər yaradıcı şəxslər aşağıdakı hallarda "ensiklopedik" hesab olunurlar:
- Şəxs öz peşəsində əhəmiyyətli hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir.
- Şəxs yeni konsepsiya, nəzəriyyə, elmi yenilik və ya texniki üsulların yaradıcısı kimi tanınır.
- Şəxs müstəqil kitabın, filmin və ya çoxsaylı dövri nəşrlərin mövzusunu təşkil etmiş əhəmiyyətli və ya məşhur bir işin icraçısı və icrasında iştirakçı olmuşdur.
- Şəxsin işi əhəmiyyətli abidə, mühüm bir sərginin vacib hissəsi olmuş, tənqidçilərin diqqətini əhəmiyyətli dərəcədə cəlb etmiş, yaxud bir neçə ölkənin məşhur muzey və ya qalereyanın daimi kolleksiyaları arasında təmsil olunmuş, yaxud işləri bir sıra ölkənin məşhur kitabxanalarında yer almışdır.
- Qeyd: Şəxsin öz peşəsinə aid olan bir və ya bir neçə ictimai birliyin və ya təşkilatın (Məsələn: Azərbaycan Yazıçılar Birliyi) üzvü olması ensiklopedikliyə zəmanət vermir, lakin həmin şəxs digər meyarlara görə ensiklopedik hesab oluna bilərlər.
- Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)#Hər hansı bir bioqrafiya bölməsinin aşağıdakı şəkildə yenidən qəbul olunması:
- Şəxs fəaliyyət sahəsi üzrə əhəmiyyətli bir mükafatla təltif olunmuşdur və ya bir neçə dəfə belə bir mükafata namizəd olmuşdur. Burada nəzərdə tutulan dövlət tərəfindən təqdim olunan yüksək əhəmiyyətə malik mükafatlar və digər əhəmiyyətli mükafatlardır. Məsələn: "Şərəf" ordeni, "Zəfər" ordeni, "Nobel" mükafatı.
- Şəxs öz iş sahəsinə ölkə və ya beynəlxaq səviyyədə əhəmiyyətli hesab olunan böyük töhfələr vermişdir.
- Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər)#Alimlər bölməsinin "Elm xadimləri" adlanması aşağıdakı şəkildə yenidən qəbul olunması:
- Bir çox tədqiqatçılar, filosoflar və başqa elm xadimləri öz konsepsiya, ideya və ixtiraları ilə məşhurdurlar, onların həyatı isə ikinci dərəcəli mənbələrin mövzusudur.
Dəstək
redaktə- Lehinə: Təqdim edən olaraq. - Dr.Wiki54 (müzakirə) 23:15, 30 mart 2022 (UTC)[cavabla]
- Lehinə: — Toghrul R (m) 10:16, 31 mart 2022 (UTC)[cavabla]
- Lehinə: — Burocan (müzakirə) 10:24, 31 mart 2022 (UTC)[cavabla]
- Lehinə: — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 12:05, 31 mart 2022 (UTC)[cavabla]
- Lehinə: — Xeyal (müzakirə) 13:46, 31 mart 2022 (UTC)[cavabla]
- Lehinə: — Elşad İmanverified 20:35, 2 aprel 2022 (UTC)[cavabla]
- Lehinə:— Turkmen müzakirə 19:38, 8 aprel 2022 (UTC)[cavabla]
- Lehinə: Lavici mesaj? 15:53, 13 aprel 2022 (UTC)[cavabla]
Qarşı
redaktəBitərəf
redaktəŞərhlər
redaktəYekun nəticə:
- Səs verənlər — 8
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 8
- Lehinə — 8
- Əleyhinə — 0
- Bitərəf — 0
Qəbul edildi — Toghrul R (m) 16:10, 17 aprel 2022 (UTC)[cavabla]