- Laboratoriyaya namizəd siyahısında məqalənin "Laboratoriya"ya təqdim olunmasına razılıq verən istifadəçinin imzası
- -- Aydın Məmmədov (müzakirə) 19:22, 20 yanvar 2017 (UTC)[cavabla]
- Təkmilləşdirmə və səsvermənin son tarixi
- 22 yanvar 2017 - 6 fevral 2017
- İcraçı
- --Araz Yaquboglu (müzakirə) 15:30, 22 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə:--Abutalub (müzakirə) 08:37, 23 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə:--Proger danış 09:29, 5 fevral 2017 (UTC)[cavabla]
- Lehinə: --Araz Yaquboglu (müzakirə) 15:30, 22 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: --Qolçomaq (müzakirə) 19:06, 22 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: --samral müzakirə 08:18, 23 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: --Wikipediya M (müzakirə) 13:15, 23 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: -- Aydın Məmmədov (müzakirə) 14:09, 24 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: İstənilən halda yaxşı və ya seçilmiş məqalə olmağa layiqdir--Namikilisu 17:14, 24 yanvar 2017 (UTC)
- Lehinə: --Ramil c (müzakirə) 14:21, 25 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: Seçilmiş məqaləyə layiq olduğunu və mübahisələrin yersin olduğunu düşünürəm, kiçik səhvlər ola bilər və düzəldilə bilər. Bunlar məqalənin status almağına mane olmamalıdır. --eldarado ✉ 10:59, 25 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: --Rufet.Turkmen.Sefevi (müzakirə)
- Lehinə: -- Sheki (müzakirə) 11:55, 26 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: --Yusif Sərrac (müzakirə) 16:34, 26 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə:--Guneltehmez (müzakirə) 06:43, 27 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: --solaxay (müzakirə) 07:16, 27 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə:--Gülnar Rəhimli (müzakirə) 05:52, 30 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: -- Elməddin ər-Rafizi (müzakirə) 17:36, 30 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: -- Aze2020 (müzakirə) 00:09, 31 yanvar 2017 (UTC)[cavabla]
- Lehinə: — Cavid Sumqayıtlı 19:46, 6 fevral 2017 (UTC)[cavabla]
- Əleyhinə: --Aabdullayev851 (müzakirə) 08:31, 23 yanvar 2017 (UTC)[cavabla]
- Aabdullayev851, səsinizi konkret arqumentlərlə əsaslandıra bilərsiz zəhmət olmasa?--samral müzakirə 05:32, 26 yanvar 2017 (UTC)[cavabla]
- Samral, sən səsini konkret arqumentlərlə əsaslandır sonra bunu başqasından xahiş et. --Aabdullayev851 (müzakirə) 05:38, 26 yanvar 2017 (UTC)[cavabla]
- Aabdullayev851, mən lehinə səs vermişəmsə, deməli məqalədə hər hansı bir səhvlik, çatışmazlıq görməmişəm. Amma siz əleyhinə səs vermisizsə, hər halda hansısa bir çatışmazlıq, naqislik görmüsüz. Nəzərə alsaq ki, biz burada demokratik seçki keçirmirik, səsinizi əsaslandırsaz çox gözəl olardı. Ən azından məqaləni Laboratoriyaya təqdim etmiş istifadəçi sizin əsaslandırmanızdan sonra hansısa bir boşluq filan varsa, aradan qaldırardı.--samral müzakirə 07:05, 26 yanvar 2017 (UTC)[cavabla]
- Samral Burada məqaləyə cənab Aabdulayev öz səsini təqdim edib, ona təzyiq göstərərək səsini zorla dəyişməsinə çalışmayın. Məqalənin müəllifi ortalığa qoyulan heç bir problemi yerinə yetirmir, siz niyə onun yerinə burada cavabdehlik daşıyırsınız, sizin burada marağınız nədir? --Farid Aliyev (müzakirə) 07:26, 26 yanvar 2017 (UTC)[cavabla]
- Mən xahiş edirəm ki, yalnız öz fikri olan insanlar mənə müraciət etsin. Onun-bunun sözü, diktəsilə oturub duranlar, gündə min fikir dəyişənlər mənə müraciət etməsin, mənə söz deməsin, sual zad da verməsin. Etsə də reaksiya vermiyəcəm, çünki layiq bilmirəm--samral müzakirə 07:36, 26 yanvar 2017 (UTC)[cavabla]
- Burada mənimlə aşağı tonla yazışmağını istərdim cənab Samral, kinayəli və jarqonlu yazılarına görə ikinci dəfə bloklanmağı hər halda istəmərsən. Məqalənin müəllifi var o da problemləri həll etməlidir. Burada sual cənab Aydinsalisa verilir, cavab isə Samraldan gəlir. Səsvermə zamanı süni şəkildə tərəfkeşlik etmək və digər istifadəçilərə təzyiq göstərmək qaydalara ziddir. --Farid Aliyev (müzakirə) 07:47, 26 yanvar 2017 (UTC)[cavabla]
- Yuxarıda sözümü dedim. İndi nə qədər istəyirsən yaz, poz.--samral müzakirə 08:01, 26 yanvar 2017 (UTC)[cavabla]
- Yuxarıda dediyin səsvermə prosesinə aidiyyatı yoxdur, deməli önəmli deyil. Lehinə səs vermisən çox gözəl, sən məqalə müəllifi deyilsən ki, hörmətli iştirakçıların verdiyi sualları cənab Aydinsalis'in yerinə cavablandırasan. Qanuna zidd hərəkətləri etməkdən və jarqonla yazışmaqdan çəkin, bu qədər. --Farid Aliyev (müzakirə) 08:08, 26 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə: Məqalədə "dövlətçilik" mövzusunu ehtiva etdirməsi lazım olan bölmələr yaradılmayıb. Məqalənin illüstrativliyi mövzuya aid deyil, tarixi şəxslərin adları, tarixi məntəqə və terminlərin adları səhv yazılıb. --Farid Aliyev (müzakirə) 20:25, 23 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə: Bəzi bölmələrdə istinad qıtlığı var.--Azerifactory (müzakirə) 07:57, 24 yanvar 2017 (UTC)[cavabla]
- Azerifactory rəyinizi daha daha konkret bildirə bilərsiz? Konkret olaraq hansı bölmədə, hansı iddiada istinad qıtlığı var?--samral müzakirə 05:29, 26 yanvar 2017 (UTC)[cavabla]
- Samral Aşağıda yazmışam. Baxa bilərsiz.--Azerifactory (müzakirə) 05:44, 26 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə:Məqalədə müzakirə edilməli və mübahisə doğuran yüzlərlə məqam var. --sefer azeri 12:56, 24 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə: Mən tarixçi deyiləm. Ancaq vikipediyada fəaliyyət göstərdiyim müddətdə bu məqalə üzərində həmişə müzakirələrin getdiyini və yekunlaşmadığının şahidi olmuşam. Hesab edirəm ki, məqalə status almasa daha doğru olar. --Fortius-94 (Müzakirə) 16:35, 24 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə: Şərhimi aşağıda bildirmişəm.--Wertuose (müzakirə) 12:14, 25 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə:, onə görə ki, bu məqalədə heraldik səhvlər var, burda Şəki xanların nişanəsi Albaniya Şəki dovləti herbi kimi göstərilir. --Azərbaycan-e-Cənubi 13:18, 25 yanvar 2017 (UTC)[cavabla]
- Azərbaycan-e-Cənubi, səsinizə hörmətlə yanaşıram, əleyhinə, yaxud lehinə səs vermək hüququnuz var. Lakin iradınıza münasibət bildirməyə borcluyam. Məqalədə dediyiniz heraldik səhvlər haqqında burada müzakirə getdi və nəticəsiz bitdi. 1117-ci ildə Şəki dövləti süqut etdikdən sonra Kiş qalasının sahibləri yenə də siyasi fəaliyyətlə məşğul olmuşlar. Şəki xanlarının əsli-nəsli isə Kiş kilsəsinə gedib çıxırdı. Ehtimal var ki bu herb o vaxtdan qalan herbdir. 18-ci əsrdə Şəki müsəlman dövləti idi və müsəlman dövlətində qadın başlı məxluqun təsvirinin herb olması yalnız qədim dövrlərlə əlaqəli ola bilərdi Aydın Məmmədov (müzakirə) 11:32, 26 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə: Məqalə üzərində xeyli əziyyət çəkilib. Mən bu əziyyəti qiymətləndirirəm. Lakin məqalədə Şəki mövzusuna aid məlumatlardan çox kənara çıxılıb. Təklif edirəm ki, səs vermə dayandırılsın və üzərində yenidən işlənsin. Gürcüstan və Albaniyanın tarixi ilə bağlı çox geniş məlumatlar verilmişdir. Verilən bəzi məlumatların məqaləyə heç bir aidiyyəti yoxdur.-- ■ Sultan mesaj 13:29, 25 yanvar 2017 (UTC)[cavabla]
- Sultan bəy, səsverdiyinizə görə təşəkkür edirəm və fikrinizə hörmətlə yanaşıram. Amma lütfən, dediklərinizi mənim üçün əsaslandırın. Məsələn, Gürcüstan və Albaniyanın tarixi ilə bağlı çox geniş məlumatlar verilməsi harada baş verib və verilən məqaləyə heç bir aidiyyəti olmayan bəzi məlumatlar hardadadır? Bunları bilmək mənim üçün vacibdir. Onu da əlavə edim ki, məqalə Şəki şəhəri və Şəki rayonu haqqında deyil, Qəbələdən Tiflisə qədər uzanan tanınan bir dövlət haqqındadır. Və bu dövlət 100 il Kaxeti ilə birləşmiş dövlət olmuşdur. Dövlət başçılarının tütulu “kaxların çarı” yox, “kaxların və ranların çarı” yox, “ranların və kaxların çarı” idi, yəni birinci Alban dövləti idi, sonra gürcü. Sizcə belə bir şanlı tariximiz olduğu halda, öz dilimizdə vikipediyada öz dövlətimiz haqqında məqalə yaratmalı deyilikmi? Aydın Məmmədov (müzakirə) 16:49, 25 yanvar 2017 (UTC)[cavabla]
- Əleyhinə:, Məqalədə ciddi səhvlərdən biri Hereti krallığını Şəki knzyazlığına qatıb hökmdarlarını isə Şəki hökmdarı kimi göstərməkdir. Şəki knyazlığının yarandığı dövr kimi göstərilən tarixdə Şəki Hereti krallığı paytaxtı idi. 1-ci punktan 2.3.5-ci punkta qədər olan yazılar Şəki knyazlığı yox Hereti krallığına aid olan məlumatlardı ki, bununla bağlı Azərbaycandilli vikipediyada Hereti adlı məqalədə var. 2.3.6 punktundakı məlumatda Kaxeti kralı Şəkini işğal edib özünə birləşdirir və özünün Kaxeti və Hereti kralı elan edib. Əgər məqalə Şəki knyazlığından yazılıbsa onda məqalə bu işğalda bitməliydi ama bitmir, davam edir. 2.3.6.2 və 2.3.6.3 punktlarında isə krallıq Böyük Kvirikidən sonra Qaqikə, Erməni mənşəli Kviriklər sülaləsinə keçir. Müəllif bunu qeyd etmir. Ümumiyyətlə məqalədə çox əziyyət çəkilib ama bunun hansısa dövlətdən çox Şəki bölgəsinin tarixi barədə məlumatlara bənzəyir. Sadəcə bəzi tarixçilər bölgəni Hereti və onu idarə edən krallığı Hereti, bəziləri Şəki və idarə edən krallığı Şəki krallığı adlandırdığı üçün belə süni bir dövlət ortaya çıxarılıb. Əslində tarixdə Heretidən ayrı bir Şəki dövləti mövcud olmayıb. --Turalhemidli 19:44, 27 yanvar 2017 (UTC)[cavabla]
- Turalhemidli, söylədiyiniz məlumatları sizə kim verib? Çünki heç yerdə sizin dedikləriniz yazılmayıb axı? Üzr istəyirəm, bu məlumatları sizə verən adam sizi aldadıb. Məqalədə gürcü tədqiqatçısına istinadən Şəki və Kaxetinin sərhədləri göstərilir. Baxın görün gürcü alimi Hereti yazıb, ya Şəki? Məqalədə dövlət haqqında bütün ilkin mənbələrin məlumatları göstərilir. Oxuyun görün harada Şəki yazılırdı, harada Hereti. Bunun qabağında indi gəlib Şəkini Hereti kimi təqdim etməkdə nə məqsədiniz var? Gürcü alimi, orta əsr mənbələri Şəki deyirsə?! Böyük Kvirikidən sonra hakimiyyət Erməni mənşəli kviriklərə keçməyib, Böyük Kverikenin evladı olmadığı üçün bacısı oğlu hakimiyyətə gəlib. Sülalə isə yenə Aravmaneli idi. Gürcülərdə Səlcuq sultanının oğlu çar olanda heç yazırlar ki hakimiyyətə səlcuq sülaləsi gəldi? Nə olsun ki atası səlcuqdur, yenə Baqrationi sülaləsindən hesab edilir. Kverike nə vaxt Şəkini tutub? Siz belə şey eşitmisinizmi? Mənbələr Şəki ilə Kaxetinin birləşməsini göstərir. Əgər Kaxeti Şəkini işğal etsəydi, dövlət başçısı kaxların, yaxud kaxların və ranların xorepiskopu olardı. İşğal olmadığına və birləşmə olduğuna görə dövlət başçısı ranların və kaxların çarı titulunu daşıyıb. Ruslar Kazanı tutanda rus çarı titulunu kazan çarı və rus çarı kimi yazırdı, ya rus çarı və kazan çarı? Birinci hansı gəlirsa baza da odur. Bu ranların dövləti idi. Bəlkə işğaldan sonra Rusiya Kazan adlanıb? Bəs siz dediyniz kimi Şəkini kaxlar işğal edibsə, Kaxeti niyə Şəki adlandı? Hər yerdə yazılır ki Şəki dövləti 1117-ci ilə qədər mövcud olub. Açın baxın məqalədə xəritə var, orada göstərilir David Kaxetini nə vaxt tutub Şəkini nə vaxt. Həmin xəridəni mən çəkməmişəm ki? indi sizə inanaq, ya etibarlı mənbələrə? Bunu gürcü mənbələri göstərir, mən göstərmirəm. Sizi qane etməyən nədir bəs? Əgər başqa sualınız və iradınız varsa, yaxud bu iradlarınızı yenə davam etdirmək istəyirsinizsə, buyurun, səhifənin aşağısındə "Yeni iradlar" bölməsi açmışam, çünki bütün əvvəlki iradlar təkzib olunub, buyurun orada fikrinizi yazın. Məmnun olaram.Aydın Məmmədov (müzakirə) 15:59, 27 yanvar 2017 (UTC)[cavabla]
- Bitərəf: Yazılan şərhləri oxuyanda adamın gözü qaralır. Tərəfləri təmkinli və elmi müzakirələr aparmağa dəvət edirəm. Hiss edirəm ki, bu müzakirələrin sonu müsbət nəticələrlə bitməyəcək. İstəmirəm ki, bir məqaləyə görə kimsə bloklansın. Belə başa düşdüm ki, Gürcüstan tarixinə aid olan məlumatlar məqalədə göstərilib. Ən yaxşı variant neytral səsi verməkdir. Məqalə üzərində əziyyətin olduğunuda qeyd etmək lazımdır.--Baskervill (müzakirə) 13:59, 24 yanvar 2017 (UTC)[cavabla]
- Bitərəf: Baskervillin sözünə qüvvət; açığını deyim ki, münasibət bildirməkdə çətinlik çəkirəm. Məqalə üzərində kifayət qədər əziyyət çəkilib, həmçinin qarşı tərəf də ciddi israrla öz arqumentlərinə malikdirlər. Doğrusu qarşı tərəfin arqumentlərində o qədər də konkretlik görmədim. Amma neytral qalmağımın əsas səbəblərindən biri bu dövlətin əslində necə adlanması ilə bağlıdır. Şəki dövləti, Şəki məlikliyi, Şəki şahlığı, Şəki çarlığı, bəlkə Hereti, Ereti? Bunun konkret dövlət quruluşu nə olub? Məliklik, şahlıq, yoxsa çarlıq? Və yaxud da məqalədə bir neçə yerdə adı çəkilən "ranlar" – kim idi onlar? --►Cekli səkkiz yüz iyirmi doqquz 17:21, 24 yanvar 2017 (UTC)[cavabla]
- Cekli829, gürcü mənbələrinə görə özünüadlandırma “ranlar” olub. Hereti adına gəldikdə isə gürcü mənbələrinə görə 5-6-cı əsrlərdə gürcülər Albaniyanın Kambisena və Şəki kantonunu tutub Hereti eristavlığı yaradıblar. Herreti gürcü tarixi ədəbiyyatında dar mənada Kambisenanın, geniş mənadə isə Şəki və Kambisienanın adıdır. Bizdə isə bunların hər birinin öz adı var. Albaniya tarixində Kambisena Kambisena kimi, Şəki isə Şəki kimi göstərilir. Gürcü mənbələri isə bunları Hereti adıyla təqdim edir. O ki qaldı çarlıq, şahlıq, yaxud məlikliyə, təbii bunlardan hansınısa qəti qəbul etmək mümkün olsaydı, məqalənin adı "Şəki dövlət"i olmazdı. Məliklik, şahlıq heç cürə uyğun gəlmir. Çarlığın da uyğunsuzluğu var. Ən son tədqiqat işlərində "Şəki dövləti"nə üstünlük verilir. Aydın Məmmədov (müzakirə) 17:43, 24 yanvar 2017 (UTC)[cavabla]
- Bitərəf: Məncə, bu cür mübahisəli məqalələrin laboratoriyada yeri yoxdu. Onu bura çıxarmaqdan əvvəl əməlli başlı müzakirə etmək lazım idi. --Мурад 97 (müzakirə) 21:23, 24 yanvar 2017 (UTC)[cavabla]
- Мурад 97, məsələ burasındadır ki, məqalədə heç bir mübahisə yoxdur və ola da bilməz. Məqalədə tərəfsizlik üçün həm gürcü tədqiqatçılarının, həm də Azərbaycan tədqiqatçılarının yazdıqlarına istinad edilib. Bəzi istifadəçilər hesab edirəm ki, məqalənin seçilmiş məqalə olmasını istəmirlər və buna görə də qəsdən əsassız iddialar irəli sürürərək süni mübahisə görüntüsü yaratmağa çalışırlar, mən gözləyirəm görüm əsaslı ciddi bir iradı ortaya qoya biləcəklərmi? Amma hələ ki bunu edə bilmirlər və irəli sürdükləri bütün əsassız iddiaları isə artıq təkzib olunub. Eyni iş I Axsartan məqaləsi üçün də təkrar olunmuşdur, amma o məqələ kiçik olduğundan mübahisə görüntüsü alınmadı. Aydın Məmmədov (müzakirə) 21:35, 24 yanvar 2017 (UTC)[cavabla]
- Bitərəf: Bu məqalə çox yaxşı məqaləyə oxşayır, görükür ki, üzərində çox iş görülmüşdür. Ancaq mənim bu mövzu üzrə bilgilərim yoxdur, tarixçi də deyiləm. Bu səbəbdən çətinlik çəkirəm onun leyhinə ya da əleyhinə səs verim --Aydın Əlizadə (müzakirə) 06:06, 30 yanvar 2017 (UTC)[cavabla]
Abutalub, səs verdiyiniz üçün təşəkkür edirəm. Amma burada məqalənin seçilmiş, yaxud yaxşı məqalə statusuna təqdimatından söhbət gedir. Siz ya bunlardan birini seçməlisiniz, ya da bunların heç birini istəmirsinizsə əleyhinə səs verməliydiniz. Yəni yaxşı məqalə üçün səs vermisinizsə, əleyhinə səs verməyiniz doğru alınmır. Əleyhinə səs vermisinizsə, yaxşı məqaləyə səs verməyiniz də o cümlədən. Lütfən 2 variantdan birini seçin. Ya əleyhinə, ya da lehinə (fərqi yoxdur, yaxşı da ola bilər, seçilmiş də). Əgər məqalənin yaxşı məqaləyə namizəd göstərilməsini dəstəkləyirsinizsə, lakin seçilmiş məqaəyə namizəd göstərilməsinin əleyhinəsinizsə, onda Əleyhinə: işarəsini məqalənin seçilmiş məqaləyə namizəd göstərilib-göstərilməməsi üçün verilən əvvəlki saslərin ardınca yerləşdirin. Əvvəlcədən təşəkkürlər.Aydın Məmmədov (müzakirə) 15:27, 23 yanvar 2017 (UTC)[cavabla]
Aydinsalis, mən əleyhinə səs verməmişəm. Diqqətlə baxın)--Abutalub (müzakirə) 20:42, 23 yanvar 2017 (UTC)[cavabla]
- Hə doğrudur, üzrlü hesab edin, bu maraqlı təsadüf oldu, eyni vaxtda – cəmi 6 dəqiqə fərqlə, istifadəçi adları oxşar olan iki istifadəçinin səs verməsi məni çaşdırdı :) .
- Azerifactory, məqalənin seçilmiş məqalə olmasını istəməyə bilərsiniz, seçim hüququnuz var, mən sizi lehinə səs verməyə məcbur edə bilmərəm. Amma məqalədə bəzi bölmələrdə istinad çatışmamazlığının olması ilə bağlı dediklərinizə cavab verməyə borcluyam, cavabım da budur ki, hansı bölmədəsə istinad çatışmamazlığı varsa, niyə mənbəsiz şablonu yerləşdirmirsiniz? 50-yə yaxın mənbədən istifadə olunan məqalədə mənbə və 100-dən çox istinadı, 21 qeydi olan məqalədə istinad çatışmamazlığı necə ola bilər axı?! Aydın Məmmədov (müzakirə) 13:24, 24 yanvar 2017 (UTC)[cavabla]
- Laboratoriyaya təqdim edilən bir məqalənin üzərində müzakirələr və səsvermələr getdiyi halda məqalənin özündə redaktə müharibəsi aparmaq yol verilməz haldır. Bu səbəbdən Sefer azeri və Aydinsalis-dən rica edirəm ki, səsvermə müddəti (6 fevral) bitənə qədər məqalə üzərində hər hansısa əlavə və dəyişikliklər aparmasınlar. Məqalənin mühafizə olunması kimi bir məsələ də var ki, tərəflərdən biri idarəçi olduğundan bu addımı mənasız hesab edirəm. Yəni ki, yoldaşlar laboratoriyada məqalə ilə bağlı olan səsvermə bitməyənə qədər heç bir müdaxilə etməyin. Ümüd edirəm ki, bunu bir rica kimi qəbul edəcəksiniz və sözüm yerə düşməyəcək. İndi isə gələk digər məsələlərə. Mən tarixçi deyiləm, amma tarixdən azdan-çoxdan başım çıxır. Şəki dövləti məqaləsi nəfis tərtibatda hazırlanıb, buna görə cənab Aydın Məmmədova təşəkkür edirəm. Hesab edirəm ki, məqalədə Şəki mövzusundan çox kənara çıxılıb. Gürcüstanın tarixi ilə bağlı geniş məlumatlar verilir və həmin hissələlərin məqalədən çıxarılmasını təklif edirəm. Məqalədə şəkilləri verilmiş gürcü kilsələri ilə bağlı məqalələrin intervikilərinə daxil olarkən Şəki hökümdarları ilə bağlı məlumatlara rast gəlmədim. Yenə də bu mövzuya bir tarixçi kimi yox həvəskar kimi yanaşdığımı xatırladıram və təklifim ondan ibarətdir ki, məqalədə gürcüləşdirilmiş və ya gürcü tarixini əks etdirən hissələr çıxarılsın. Viki cəmiyyətin aktiv istifadəçi və idarəçilərinin bu məsələ ilə bağlı fikirlərini bilmək hər birimiz üçün maraqlıdır. Hər səfərində eyni adamlar müzakirə edirlər və kənardan baxanda, elə zənn edəcək ki, burada nəyisə bölüşdürə bilmirik. Hörmətli Calal99, Araz Yaquboglu, Qolcomaq, Nihat Hasanli, Sortilegus, Cekli829, Babək Akifoğlu, Aabdullayev851, Huseyn200021, Anar kerimxanov, Enver62, Nicat49, Azerifactory, Rorschach92, Hilal knight, White Demon, Wertuose, Eldarado, Мурад 97, Elvinur, Sultan11, Rəşid Nurməmmədov, Namikilisu, Fortius-94 və Sabuhi from Baku adlı istifadəçilər, idarəçilər zəhmət olmasa mövzu ilə bağlı öz fikirlərinizi bildirin. Hörmətlə:--Baskervill (müzakirə) 15:56, 24 yanvar 2017 (UTC)[cavabla]
- Mən Baskervillin fikirləri ilə razıyam və dəstəkləyirəm. Bir də iradlar məqalənin müzakirə səhifəsində müzakirə edilsə yaxşıdır. --Araz Yaquboglu (müzakirə) 16:22, 24 yanvar 2017 (UTC)[cavabla]
- Məqalə bir az böyükdür deyə onun əleyhinə qərəzli çıxışlar bir çox həmkarlarımın ürəyinə şübhə sala bilər. Gəlin nisbətən kiçik məqaləni götürək I Axsartanı, eyni iddialar buna qarşı da təkrar olunmuşdur irəli sürüldü, saxtakarlıq, qeyri neytrallıq, amma cəmi bir mənbəsiz şablonu yerləşdirdilər məqaləyə və mən də mənbə göstərdim. Bununla da qeyri-neytrallıq bitdi, məqalə oldu normal məqalə.
- İndi keçək “Şəki dövləti” məqaləsinə. Orada mübahisəli nə ola bilər axı?! Məqalədə yazılanlar etibarlı mənbələrə istinadəndir. Nədən narazılıq ola bilər axı? Məqalədə Gürcüstan tarixi ilə bağlı hissələr niyə olmasın ki? Və məqalədə əslində birbaşa Gürcüstan tarixinə dair heç nə də yoxdur, yalnız birləşmiş Şəki-Kaxeti dövlətinin tarixinə dair hissələr var. Bunlardan hansı lazımsızdır ki? 100 ilə yaxın Şəki ilə Kaxeti birləşmiş dövlət olub. Bu 7 cildlik Azərbaycan tarixinndə də yazılıb. Bunu gizlətməliyikmi? Və bunu gizlətsək məqalə vikipedik olacaqmı? Bu sualların cavablarını kim verəcək? Kaxetiya kax etnosunun, sanarların torpağıdır. Onların özlərinin gürcü olmaları mübahisəlidir və bu mübahisə həllini hələ tapmayıb. Bəzi iddialara görə onlar heç də gürcü mənşəli deyillər, onlar şaklarla, yəni şəkilililərlə yaxın xalq idi. Bunları mən demirəm, gürcü alimləri deyirlər. Aydın Məmmədov (müzakirə) 17:58, 24 yanvar 2017 (UTC)[cavabla]
- Məqalə üzərində uzun zamandı işlər gedir. Zəhməti ən azından qiymətləndirmək lazımdır. Düzdür məqalədə müəyyən çatışmamazlıqlar vardır. Məsələn: müdaricətdə şişkinlik vardır. İrad bildirənlər ricam budur ki, iradlarının tam nədən ibarət olmasını yazın ki, məqalə üzərində işləyən şəxs onu aradan qaldıra bilsin.Qolçomaq (müzakirə) 18:11, 24 yanvar 2017 (UTC)[cavabla]
- Qolçomaq, mündəricatla bağlı iradınızla razıyam, hesab edirəm ki, onu uzadan Atrnerseh və I Axsartan bölmələrinin alt başlıqlarıdır və bu alt başlıqlarını silməklə müdaricatı yeyli kiçiltmək mümkündür. Baskervill təklif etdi ki məqaləyə hələlik toxunmayım, onun təklifinə hörmətlə yanaşaraq mən də məqalə üzərində redaktələrimi dayandırmışam. İnşallah, icazə veriləndə mündəricat məsələsini həll edərəm. Diqqətinizə görə təşəkkürlər. Aydın Məmmədov (müzakirə) 20:04, 24 yanvar 2017 (UTC)[cavabla]
- Baskervill, mən əleyhinə vermişəm çünki, məsələn yazılıb: "Tarixi mənbələrdə isə XI əsrin otuzuncu illərinədək Şəki ilə Kaxetinin birləşməsi ilə bağlı heç bir məlumat yoxdur" amma bunu dəstəkləməyə heç bir istinad da yoxdur. Orda belə tip cümlələr çoxdur. Bunlar olsa, mən lehinə verərəm.--Azerifactory (müzakirə) 23:36, 24 yanvar 2017 (UTC)[cavabla]
- Azerifactory, məqalənin mühafizəsi götürüldükdən sonra siz istədiyiniz yerə mənbəsiz şablonu yerləşdirə bilərsiniz, (təbii belə yox, yalnız infoqutuya 50 dənə!!!). Məqaləni başdan-ayağa istinadlarla doldurmamaq üçün istinadları təkrarlamaq istəməmişəm. Siz dediyiniz cümlədən sonrakı yarımbaşlığa baxsanız, orada istinadlı belə bir gümlə var: Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kvirike “ranların və kaxların çarı” və “Böyük Kvirike” kimi təqdim olunur. Bu sizin istədiyiniz mənbələrdən biridir. Bu məsələdə Şirinbəy Hacıəlinin kitabının 98-ci səhifəsinə də istinad etmək olar: "Gürcü mənbəsi “ranların və kaxların çarı” kimi Kvirikeni ilk dəfə XI əsrin 30-cu illərində baş vermiş hadisələrlə əlaqədar qeyd edir. Mənbədə 1014-cü ildən bəri 30-cu illərədək çar Kvirikenin adı çəkilmir." Həmçinin, qeyd etdiyiniz cümlədən əvvəl istinadlı bir cümlə var: “Şirinbəy Hacıəli isə birləşmənin 1014-cü ildən sonra baş verdiyini ehtimal edir”. Sizcə bu nə deməkdir? Birləşmənin 1014-cü ildən sonra baş verdiyi ehtimal edilir, 1014-cü ildən bəri 30-cu illərədək çar Kvirikenin adı çəkilmir və ilk dəfə XI əsrin 30-cu illərində baş vermiş hadisələrlə əlaqədar “ranların və kaxların çarı” kimi Kvirikenin adı çəkilir. Deməli, məqalədə göstərildiyi kimi, "Tarixi mənbələrdə XI əsrin otuzuncu illərinədək Şəki ilə Kaxetinin birləşməsi ilə bağlı heç bir məlumat yoxdur", – belə deyilmi? Və burada istinada heç ehtiyac da yoxdur, doğrumu?Aydın Məmmədov (müzakirə) 05:28, 25 yanvar 2017 (UTC)[cavabla]
- Hörmətli həmkarlar. Mən mövzu nədən gedir bilmirəm, bütün bu mübahisələri oxumağıda düşünmürəm. Səsimə gələndə isə, mən vaxtımı dondururam.--Calal99 (müzakirə) 06:20, 25 yanvar 2017 (UTC)[cavabla]
- Deməli belə cənab Aydinsalis heraldika məsələsi burada coğrafi adların yanlışlığına keçid yaradır. Deməli Sizin yerləşdirdiyiniz Rani adlı bayrağın Commons versiyasına nəzər saldım. Baxın [1], burada yazılıb ki, Arran Vaxushti. Təsvirat bölməsində ingilis dilində yazı yerləşdirilib English: Banner of Rani according to en:Vakhusti.. Həmin Rani linkinə daxil olduğum zaman [2] bu məqaləyə keçid yarandı. İngilis dilində olan bu məqalənin preambulasında deyilir ki, formed by the junction of Kura and Aras rivers,[2] including the highland and lowland Karabakh,[2] Mil plain and parts of the Mughan plain - Bu həmin Rani, daha doğrusu Arran vilayətinin ərazisi sayılır. Məncə buradan aydındır ki, bayraq Mil-Qarabağ və Kür-Araz ovalığının ərazisində formalaşmış Arran vilayətinə aiddir. --[[İstifadəçi:|Farid Aliyev]] (müzakirə) 07:36, 25 yanvar 2017 (UTC)[cavabla]
- Cənab Keete 37, siz fikrinizi məqalənin müzakirə səhifəsinə də yaza bilərdiniz, doğru deyilmi? İndi isə keçək sizin yeni fikrinizə. Məqalənin preambulasın bura nə dəxli ola bilər axı? Oradakı Şirvan gerbində Şirvanşahlar dövlətinə keçid verilir. Bunu əsas götürərək həmin şəkli Şirvanın gerbi kimi qəbul edə bilərikmi? Vaxuşti gerbin altından bir cümlə yazıb, Rani gerbi, vəssalam. Aydın Məmmədov (müzakirə) 07:52, 25 yanvar 2017 (UTC)[cavabla]
- Cənab Aydın Məmmədov tələsməyə ehtiyac yoxdur, Rani elə Arran deməkdir, Rani Şəki deyil, İngilis tarixçi və şərqşünası Cliford Bosvörz Arran əhalisini yunanların alban, gürcülərin isə Rani adlandırmasını, sonralar isə ərəblər tərəfindən əl-Rən və ya ər-Rən kimi işlədilməsini qeyd edirdi (https://az.wikipedia.org/wiki/?axtar=Arran#Arran_ad.C4.B1n.C4.B1n_m.C9.99n.C5.9F.C9.99yi_haqq.C4.B1nda). Rani - Ər-Ran yəni Rani vilayətidir, Şəki başqa vilayətdir. --Farid Aliyev (müzakirə) 08:56, 25 yanvar 2017 (UTC)[cavabla]
- Cənab Keete 37, məgər mən hardasa yazmışam ki, Şəki ər-Randır? Mən yazmışam ki Şəki hökmdarlarının rəsmi titulu "ranlar çarı"dır. Aydın Məmmədov (müzakirə) 09:02, 25 yanvar 2017 (UTC)[cavabla]
Şərh: Məqalənin üzərində böyük iş getdiyi hiss olunur, amma mənbələrin bəzilərini etibarlı hesab etmək mümkün deyil, məqalədəki bəzi iddialar isə ya inandırıcı deyil, ya da mübahisəlidir. Belə ki, ziddiyyətli bəyanatları və elmi işləri ilə tanınan Yaqub Mahmudovun müəllif və ya redaktor olduğu kitabların etibarlı mənbə hesab edilməsinə qarşıyam, üstəlik də onun şəkili olması artıq onun bu mövzu üzrə bitərəfliyini tam şübhə altına alır. Məqalənin adı da düzgün deyil, məncə ad "Şəki (dövlət qurumu)" olmalıdır, çünki məqalənin özündə bu qurumun hansı formada mövcud olduğuna dair dəqiq bir fikir yoxdursa, onda niyə adında belə konkretlik olsun?! Bu qurumun VII əsrdə yaranmış olması ilə bağlı etibarlı mənbə də təqdim edilməyib. Məqalədə adı çəkilən gürcü tarixçisi David Musxelişvilinin rus vikisində qeyd edilən fikrində iddia edilir ki, gürcü mənbələrində 10-cu əsrə qədər bu dövlət qurumunun adına rast gəlinmir, belə olan halda niyə həmin iddia araşdırılmır və həmin iddianın səhvliyini göstərən hər hansı mənbə təqdim edilmədən məhz 7-ci əsrdə yarandığı qeyd edilir?! Nəhayət məqalədə Səhl Sumbat haqda yazılan hissədə qeyd edilir ki, tarixi mənbələrdə onun Arazboyu ərazilərdə hakimiyyətdə olduğu məlumdur, amma erməni tarixçisi Tovma Artsruninin 10-cu əsrin sonlarında yazdığı əsərdə Səhl Sumbatı Şəki hakimi kimi təqdim etməsindən danışılarkən nəzərə alınmır ki, indiki Ermənistan Respublikası ərazisində Şaki çayı və bu çayın üstündə Şaki kəndi var və təsadüfə baxın ki, bu kənd Araz çayından cəmi 70-80 km məsafədə yerləşir. Tarixçi olmasam da, cəmi 5 dəqiqəlik Google axtarışı məndə belə təəssürat yaratdı ki, erməni tarixçisi məhz həmin bölgədən bəhs etmiş ola bilər və ola bilsin ki, məqalədəki digər tarixi faktların da müəyyən hissəsi məhz həmin əraziyə aiddir, yəni məqalədə 2 müxtəlif Şəki (Şaki) haqda məlumatların bir-birinə qarışmış olması ehtimalı var, amma təbii ki, Ermənistandakı yer adının min il əvvəl də elə olub-olmadığını araşdırmaq lazımdır. Məqalədə bu fikirlərə aydınlıq gətirilsə yaxşı olar. Sonda da onu qeyd edim ki, məqalədə çoxsaylı orfoqrafik səhvlər var, onlar da aradan qaldırılmalıdır. İndiki halıyla bu məqalənin seçilmiş məqalə olması məncə düzgün deyil.--Wertuose (müzakirə) 12:13, 25 yanvar 2017 (UTC)[cavabla]
- Mən bütün günü gözləyirəm ki məqaləyə qarşı iddialarla bağlı izahat veriləcək, amma bunun əvəzinə yeni iddialar ortaya atılır və bunlar da əsaslandırılmır.
- Mənbələrin bəzilərini etibarlı hesab etmək mümkün deyilsə, niyə həmin bəzilərinin adını çəkmirsiniz? Etibarlı olmayan mənbənin məqalədə nə işi ola bilər axı? Deyin bu dəqiqə götürüm oradan. Əgər yoxdursa, onda niyə belə deyirsiniz?
- Məqalədəki bəzi iddiaların qeyri-inandırıcı, ya da mübahisəli olması necə ola bilər? Əgər məqalədə həm gürcü tədqiqatçılarının, həm də Azərbaycan tədqiqatçılarının mövqeyi göstərilmişdirsə və əksər hallarda hər iki tərəfin mövqeyi üst-üstə düşürsə? İstifadə edilən 47 mənbədən çox az qismi azərbaycan dilindədir və Azərbaycan tədqiqatçılarının kitablarıdır. Burada Yaqub Mahmudovun adının hallandırmaqla nəyə nail olmaq istyəyirsiniz? Əgər nəsə qərəzlidirsə, qərəzli yeri göstərin, Yaqub Mahmudovun bura nə dəxli? O kişinin cəmi bir redaktor olduğu kitabdan istifadə edilib, hamı da bilir ki Yaqub Mahmudov belə kitabların yalnız ön sözünün müəllifidir, kitabın içində nə yazıldığından isə heç xəbəri də olmur.
- Məqalənin adına gəldikdə, vikipediya qaydaları necə tələb edirsə nəqalənin adı da elə olmalıdır.
- Bu qurumun VII əsrdə yaranmış olması ilə bağlı etibarlı mənbə məqalədə var, olmaması ilə bağlı deyilənlər doğru deyil.
- Məqalədə adı çəkilən gürcü tarixçisi David Musxelişvilinin rus vikisində qeyd edilən fikri eynilə azvikidə də təkrar olunur: "David Musxeleşvili bununla yanaşı olaraq həm də qeyd edir ki, nədənsə, “Kartlis tsxovreba”da da «bəzən “Hereti” termininin əvəzinə “Şəki” termini işlədilir»[12]; «gürcü mənbələrində X əsrə qədər Hereti knyazlığı barədə heç bir məlumat yoxdur»". Bununla yanaşı David Musxeleşviliyə istinadən məqalədə bu da göstərilir: "Gürcü mənbələrinə görə isə VIII əsrin ortalarında keçmiş gürcü eristavlığı Heretinin, yəni qədim alban kantonu Şəkinin yerində, Hereti knyazlığı formalaşmış, daha sonra bu çarlığa çevrilmişdir". Yəni əvvəl Musxeleşvili 9-cu əsrə qədər Şəki knyazlığının, yaxud Şəki çarlığının olmadığını yazmayıb, gürcü mənbələrində Hereti knyazlığı barədə məlumat olmadığını qeyd edib, sonra isə 8-ci əsrin ortalarında keçmiş gürcü eristavlığı Heretinin, yəni qədim alban kantonu Şəkinin yerində, Hereti knyazlığının formalaşdığını göstərib. "Məqalədə Hökmdarlığın meydana çıxması və anonim hakimlər" bölməsində hökmdarlığın meydana çıxması ilə bağlı mənbələrin məlumatları xronoloji ardıcıllıqla göstərilir. Ən axırda isə Albaniya tarixinə istinad edilir ki, Albaniya tarixində hökmdarlığın meydana çıxması 9-cu əsrin ortaları üçün xatırlanır. İndi mən göstərməyə borcluyam ki, Albaniya tarixi səhv yazıb? Qərəzlidir? Hökmdarlıq 7-ci əsrdə meydana çıxdığı halda Albaniya tarıxi bunu 9-cu əsrin ortalarında xatırlayır?! Mənbələrdə nə var onu da yazmışam.
- Səhl Sumbat haqqında deyilənlər də doğru deyil. Zəngəzurda 19-cu əsrdən əvvəl məlum olmayan Şəki kəndi ilə isə Səhl ibn Sunbatın heç bir əlaqəsi yoxdur. Bu Ziya Bünyadov tərəfindən irəli sürülmüş və dünya tarixçiləri tərəfindən qəbul olunmamış, rədd edilmiş iddiadır. Yəni bunu Ziya Bünyadovdan başqa heç kim demir, bir neçə Azərbaycan tarixçisindən başqa, hansılar ki, onlar da Ziya Bünyadova istinad edirlər. O cümlədən azvikidəki seçilmiş Sünik məqaləsinə baxsanız, orada Səhlin adını tapa bilməyəcəksiniz. Sünik məqaləsi yaradılarkən xatırlanmayan Səhl, necə oldu ki Şəki dövləti məqaləsi yaradılarkən sünikli olur?! Əgər o, həqiqətən də Sünikdə yerləşən Şəkinin hökmdarı idisə və öz dövrünün kifayət qədər məşhur dövlət xadimi idisə, Sünik məqaləsində niyə adı yoxdur?!
- Məqalədə 2 Şəkinin qarışdırılması ehtimalı da mümkün deyil, çünki o dövrdə Şəki bir olub, indiki Şəki, Kür çayının sol sahilindəki Şəki. Tarixi mənbələr ikinci Şəkini tanımır. Məqalədə etibarlı ciddi mənbələrə istinad edilməklə yalnız Kür çayının solsahilindəki hadisələr dəqiq olaraq göstərildiyi halda, indi ikinci Şəki söhbətini ortaya atmaqla nə demək istəyirsiniz? Etibarlı mənbələrə inanmayaq? Harada baş verə bilər iki Şəkinin qarışdırılması halı? Heç olmasa, bu suala cavab verə bilərsinizmi? Cavab verə bilməyəcəksinizsə, niyə əsassız iddialar irəli sürürsünüz?
- Məqalədə çoxlu orfoqrafik səhvlərin olması barədə deyilənlərlə də razı deyiləm. Səhv var düzəldin və göstərin ki 5 dənə səhv var idi. Varsa, görürsünüzsə, niyə düzəltmirsiniz? Aydın Məmmədov (müzakirə) 15:13, 25 yanvar 2017 (UTC)[cavabla]
Şərh: Yuxarıda məqalənin yaxşı və ya seçilmilmiş məqalə statusu almasının əleyhinə səs vermişəm. Samral bəy məndən bunun səbənini soruşur. Aşağıda tək-tək bunları izah edim :
- Dövlətin adı : Məqalədə dövlətin 6 fərqli adı olduğu qeyd olunub. Necə olur ki, bir dövlətin 6 adı olsun. Dövlətin adı ilə bağlı ikinci məsələ isə "Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək)" olaraq göstərilən mənbədə iki fərqli versiyanın olması bu mənbənin nə qədər etibarlı olmasını şübhə altına alır. Həmçinin dövlətin əmirlik, məliklik, çarlıq, knyazlıq kimi fərqli olaraq adlandılması da mənə normal görünmədi.
- Məqalədə verilən mənbələrə baxdıqda bu dövlətin IX əsrin ortalarında müstəqillik əldə etdiyi yazılır, amma məqalədə fərqli tarix göstərilib. Və məqalədəki "ən geci" ifadəsi qeyri-dəqiqdir. Bununla nə izah olunmağa çalışılıb mən anlamadım.
- Məqaləyə əslində {{vikiləşdirmək}} şablonunu yerləşdirmək istədim. Amma hal-hazırda müzakirə aparıldığı üçün bunu etməyin düzgün olmadığını düşündüm. Məqalədə daxili keçidlər düzgün verilməyib, lazımsız alt başlıqlar var, mediafayllardan ifrat dərəcədə və qeyri-düzgün istifadə olunub, məqaləyə aid olmayan məlumatlar yerləşdirilib.
- Məqalədə bəzi yazı və məna səhvləri var. Məsələn "tarixi hadisə" sözü yox "tarixi mənbə" sözündən istifadə olunmalıdır.
- Qeyd : Samral bəy yuxarıda qeyd etmisiniz ki, burada demokratik seçki keçirmirik. Bununla nəyi nəzərdə tutmusunuz. Bura səs vermə üçündür, müzakirə üçün deyil. Siz hansı qaydaya əsasən bu sözü yazmısınız xahiş edirəm əsaslandırın. Hörmətlə --Aabdullayev851 (müzakirə) 11:39, 26 yanvar 2017 (UTC)[cavabla]
- Aabdullayev851, şərh üçün və münasibət bildirdiyiniz üçün təşəkkürlər. Amma mən çox yoruluram, çünki münasibət bildirənlər, irəli sürdükləri iradları heç əsaslandırmaq istəmirlər. O cümlədən siz də belə etdiniz.
- Məsələn, deyirsiniz ki "Necə olur ki, bir dövlətin 6 adı olsun?". Mən nə edim indi? Etibarlı mənbələr 6 müxtəlif versiya göstərir və mən də bunların hamısını qeyd eləmişəm. Burada sizə qəribə görünən nədir? Bunları gizlətməliyəmmi? Və 2 fərqli versiyanın olması mənbəni niyə şübhə altına salmalıdırki? Bunu anlamaq olmur.
- Məqalədə harada IX əsrin ortalarında müstəqillik əldə etdiyi yazılır? Məqalədə axı belə bir şey yoxdur?! “Hökmdarlığın meydana çıxması və anonim hökmdarlar” bölməsində hökmdarlığın meydana çıxması ilə bağlı etibarlı mənbələrin məlumatları xronoloji ardıcıllıqla yerləşdirilib, lap axırda isə qeyd olunur ki, Albaniya tarixində Şəki hökmdarlığı ilk dəfə 9-cu əsrin ortaları üçün xatırlanır. Burada sizi qane etməyən nədir? Albaniya tarixindəki məlumatları gizlətməliydimmi?
- "Ən geci" ifadəsi niyə qeyri-dəqiqdir? Bunu niyə anlamaqda çətinlik çəkirsiniz? Dövlətin yaranma tarixi dəqiq məlum olmayanda, tarixi mənbələrdə həmin dövlətin adı çəkilən ilk tarixi hadisənin tarixi həmin dövlətin ən geci yaranma tarixi olaraq götürülür. Məsələn, hansısa dövlət nə vaxt yaranıb bilinmir, hesab olunur ki ən geci e. ə. IV əsrdə yaranıb. Yəni bundan əvvəl də mövcud ola bilər.
- Məqalədə hansı daxili keçidlər düzgün verilməyib?
- lazımsız alt başlıqlar harada var? Və sizə görə niyə lazmsızdırlar? Mündaricatın çox da uzun olmaması üçün artıq yuxsrıda qərara alındı ki, 2 bolmənin alt başlıqları silinəcək. Bunlar lazımsı deyildilər, sadəcə müdaricatın uzun olmaması üçün silinəcək.
- mediafayllardan ifrat dərəcədə və qeyri-düzgün harada istifadə istifadə olunub? Və məqaləyə aid olmayan məlumatlar harada yerləşdirilib?
- Məqalədə bəzi yazı və məna səhvləri haradadır? Harada "tarixi hadisə" sözü yox "tarixi mənbə" sözündən istifadə olunmalıdır?
- Aabdullayev851, əgər məqaləyə qarşı irad irəli sürmüsünüzsə, bunu həm də əsaslandırmalısınız. Əks halda iradlarınız əsassız və yalan hesab edilə bilər və aşağıda mən məqaləyə qarşı irəli sürülmüş yalan və əsassız iddiaların siyahısını yaradacağam, oraya sizin irəli sürdüyüniz iradləri da daxil edəcəyəm. Lütfən iradlarınız konkretləşdirin. əvvəlcədən təşəkkürlər. Aydın Məmmədov (müzakirə) 12:14, 26 yanvar 2017 (UTC)[cavabla]
- Birinci başlayaq dövlətin adından. Şəki əmirliyi - Əmirlik Ərəb xilafəti dövründə mövcud olmuş inzibati vahid olmuşdur. Nəzərə alsaq ki, məqalədə bəhs edilən dövlət xilafətin dağılmasından sonra IX əsrin sonunda öz müstəqilliyini əldə edib, onda belə qərara gəlmək olar ki, Şəki əmirliyi xilafət dövründə mövcud olmuşdur. Bu səbəblə müstəqil dövlətin belə adlanrılması düzgün deyil. Məliklik məqaləsindəki məlumata əsasən bu idarə növü XII-XVI əsrlərdə mövcud olmuşdur. Buna görə də bu versiyada düzgün deyil. Çar sözü slavyan dillərinə məxsus bir sözdür. Qafqaz xalqlarının bu dildə danışmadığını və tarixdə ilk çarın IV İvan Qroznı (1530-1584) olduğunu nəzərə alsaq Şəki çarlığı versiyası da düzgün görünmür. Knyazlıq isə Avropa ölkələri və Rusiyaya xas adlandırmadır. Şahlıq adlı adlandırma isə ümumiyyətlə mənə rast gəlməyib. İndi siz qərar verin görək bu dövlətin adı nədir. Keçək dövlətin adı ilə bağlı verilən mənbələrə. Bu mənbələrin bəzilərində dövlətin adı iki fərqli versiyada verilib. Bu isə o mənbənin etibarlı olmadığını göstərir.
- Dövlətin IX əsrin ortalarında müstəqillik əldə etdiyini məqalədə yox, mənbələrdə yazıldığını qeyd etmişəm.
- Yaşıl ox ilə məqalə daxili keçidin verilməsini hansı vikipediyada görmüsünüz? Belə daxili keçid verilmir. Altbaşlıqlar məsələsinə gəlincə, məsələn Atrnerseh ilə əlaqəli bölmədə 6 alt başlıq verilib. Amma onlar bir bölmə olaraq verilə bilər. Bir cümləlik alt başlıq olar?
- Ən geci ifadəsi əvəzinə təxminən sözü daha düzgün olmazdımı?
- Tarixi qismində Şəkinin adı çəkilən ilk tarixi hadisələr və Şəkidən çıxmış Albaniya katolokosları altbalığına diqqət etsəniz tarixi hadisə sözü əvəzinə tarixi mənbə sözünün yazılmasını təklif edirəm. --Aabdullayev851 (müzakirə) 15:58, 26 yanvar 2017 (UTC)[cavabla]
- Aabdullayev851, dövlətin adını dəyişdirmək və buna münasibət bildirmək vikipediyaçının səlahiyyətinə aid olmayan bir işdir. Əgər etibarlı mənbədə, Şəki dövləti əvəzinə “Şəki respublikası” yazılsaydı mən bunu da məqalədə göstərməyə borclu idim. Odur ki bu ad məsələsi birdəfəlik bağlayaq və bunun üzərində dayanmayaq. Razısınızmı?
- 1-ci iradınızda göstərmisiniz ki, “Məqalədə verilən mənbələrə baxdıqda bu dövlətin IX əsrin ortalarında müstəqillik əldə etdiyi yazılır”, mən də soruşdum ki, “məqalədə harada IX əsrin ortalarında müstəqillik əldə etdiyi yazılır? Məqalədə axı belə bir şey yoxdur?!”. Yəni məqalədə, lap siz deyən kimi olsun, məqalədə verilən mənbələrdə belə şey yoxdur axı? Və sizə verdiyim bu sualı cavablandırmamısınız: ““Hökmdarlığın meydana çıxması və anonim hökmdarlar” bölməsində hökmdarlığın meydana çıxması ilə bağlı etibarlı mənbələrin məlumatları xronoloji ardıcıllıqla yerləşdirilib, lap axırda isə qeyd olunur ki, Albaniya tarixində Şəki hökmdarlığı ilk dəfə 9-cu əsrin ortaları üçün xatırlanır. Burada sizi qane etməyən nədir? Albaniya tarixindəki məlumatları gizlətməliydimmi?”
- Yaşıl ox daxili keçidlər üçündür. Məsələn, Giriş hissəsinə baxın ru:Азербайджан. Altbaşlıq məsələsində isə qeyd etdim ki, yuxarıda artıq qərara gəldik ki, mündəricatın qısalması üçün 2 bölmənin altbaşlıqlarını silək. Bunlar heç də lazımsız deyildi. Əgər lazımsız olsaydı I Axsartan məqaləsində də silinməli idi. Sadəcə mündəricatın uzun olmaması üçün silinəcək. Siz isə bunları lazımsız hesab etmisiniz. Bir cümləlik altbölmə məsələsində isə, bir cümləlik məqalə olursa, məqalənin bölməsi də ola bilər.
- “Şəkinin adı çəkilən ilk tarixi hadisələr və Şəkidən çıxmış Albaniya katolokosları” altbaşlığının adının “Şəkinin adı çəkilən ilk tarixi mənbə və Şəkidən çıxmış Albaniya katolokosları” şəklində dəyişdirilməsini təklif edirsiniz. Məzmun eyni alınmır axı? Mənbə 9-cu əsrdir (Bəlazuri), mənbədəki məlumat isə 6-cı əsr, yəni 531-579-cu illər arası. Bunu necə göstərək bəs? “Şəkinin adı çəkilən ilk tarixi mənbə” deyəndə bu uyğun gələcəkmi? Axı bundan əvvəlki mənbələr var və məqalədə bunlar göstərilir. Aydın Məmmədov (müzakirə) 16:44, 26 yanvar 2017 (UTC)[cavabla]
- Mən tarixçi deyiləm. Və məqalənin adının necə olmasına qərar vermək niyyətində deyiləm. Sadəcə dəqiqləşdirmə aparılmalıdır deyirəm. Və mənbələrin bəzilərini etibarsız olduğunu ona görə dedim ki, eyni mənbədə iki ad necə olur. Belə olan halda onu etibarsız olaraq qəbul etməliyik. Siz də bununla razısınızmı?
- Məqalədəki 1-ci, 2-ci (bu mənbədə 886-1014-cü illər göstərilib), 3-cü və digər bəzi mənbələrdə dövlətin yaranması IX əsrin sonu olaraq göstərilib, amma məqalədəki infoqutuda VII əsrin ortaları yazılıb. Bunu necə qəbul edək?
- I Axsartan məqaləsindəki məlumatların burada da verilməsi lazım deyil, şəxs haqqında qısa informasiya verilə bilərdi, bunun altbaşlıqlara ayrılması düzgün deyil məncə. Bu şəxsi fikrimdir və bunu deməyə hüququm çatır.
- Tarixi hadisə məsələsinə siz deyən prizmadan yanaşmamışdım. Burada siz haqlısınız. --Aabdullayev851 (müzakirə) 17:06, 26 yanvar 2017 (UTC)[cavabla]
- Eyni mənbədə 2 adın olması mənbəni etibarsız edə bilməz axı? Birinci ad əsas addır, ikincisi köməkçi. Biz əsas adı götürmüşük, əsas ad Şəkidir, elə deyilmi? Alazan da deyirik (Alazan-Həftəran vadisi), Qanıx çayı da. Mənbədə bunların ikisi də göstərilirsə, mənbə etibarsız hesab edilə bilərmi?
- Məqalədəki 1-ci, 2-ci (bu mənbədə 886-1014-cü illər göstərilib), 3-cü və digər bəzi mənbələrdə dövlətin yaranması IX əsrin sonu olaraq göstərilməyib. Mən yalnız mənbələrin məlumatlarını yazmışam. Burada beləd deyilir, orada elə. Mən yazmamışam ki Albaniya tarixində dövlətin meydana çıxması 9-cu əsr göstərilir. Mən yazmışam ki, ilk dəfə 9-cu əsr üçün xatırlanır. Yəni bundan əvvəl ola bilər, amma həmin mənbədə yalnız 9-cu əsrin ortaları üçün xatırlanıb. Ərəblər 7-ci əsrdə bura gələndə Şəki hökmdarı ilə sülh bağlayıblarsa, bu o deməkdir ki, həmin vaxt Şəkidə hökmdarlıq var idi. Sonra gürcü mənbələrinin və tədqiqatçıların yazdığını göstərirəm. Onlar deyir ki 8-ci əsrin ortalarında Heretidə knyazlıq formalaşmış, 9-cu əsrin əvvəllərində bu müstəqil çarlığa çevrilmişdir. Yəni bu məlumatlar bir-birini heç də təkzib etmir, əslində bir-birini dəstəkləyir. Dövlət haqqında isə ilk məlumat 7-ci əsrin ortaları olduğu üçün infoqutuda 7-ci əsrin ortaları göstərmişəm. 7-ci əsrdən əvvəl məsələn 5-ci əsrdə dövlətin mövcudluğu haqqında məlumat olsaydı, onda 5-ci əsr yazardım. Sizcə burada doğru olmayan nədir? Mənbə dövlətin 7-ci əsrin ortalarında mövcud olduğunu göstərirsə, mən bundan başqa infoqutuya başqa nə yazmalıydım?
- I Axsartan məqaləsindəki məlumatların bir qismi - hansılar ki onlar birbaşa mövzu ilə, yəni Şəki dövləti ilə bağlıdır, burada da olmalıdır. Burada biz Axstanın həyatından bəhs etmirik, onun iştirak etdiyi tarixi hadisələrdən bəhs edirik və bu hadisələr də Şəki dövləti tarixinin tərkib hissəsidir - Şəki dövləti tarixinin 20 illik dövrüdür. Axsartin haqqında məlumatları qısaltsaq, yaxıd məqalədən çıxartsaq, Şəki dövləti tarixinin 20 ilini necə təsvir edə bilərik? Aydın Məmmədov (müzakirə) 17:37, 26 yanvar 2017 (UTC)[cavabla]
Şərh:Bu məqalədə uzun müddətdir məbəsiz olan, müzakirədə də heç bir mənbə təqdim edilməyən şəkli sildim. Lakin Sefer azeri redaktəmi geri qaytarıb, yazdı ki, "Sənəd fotosu üçün mənbəyə ehtiyac yoxdur." Lakin istifadəçi özü bu səsverməsi gedən məqalədə şəkillər də daxil, az qala hər söz üçün 1-2 gün əvvəl mənbə istəmiş, və mənbəsiz şablonu yerləşdirmişdi. Keete 37 də həmçinin. Mən Azərbaycanda LGBT hüquqları və ya Azərbaycanda homoseksualizmin tarixi məqaləsi ilə bağlı nəsə redaktə edəndə, mənbə istəyəndə, müzakirə başladanda mənə burada və sosial şəbəkələr vasitəsilə bildirirdi ki, güya mənim məqsədim əslində heç də müzakirə-mənbə filan yox, məqalələrə zərər vurmaqdı. Təxminən 2 ildi Aydın bəy blok olunmuşdu. Daha doğrusu Sefer azeri tərəfindən haqsız yerə blok edilmişdi, ya da Sefer azeri onun blok edilməsi üçün hər şeyi etmişdi. 2 il əvvəl də Aydın bəy bu məqaləni işləyəndə, Sefer azeri gəlib bu düzdü, bu düz deyil filan deyirdi. 2 il Aydın bəyin blok olduğu müddətdə Sefer azeri daxil bir adamın bu məqaləyə nəinki xeyiri dəydi, heç redaktəsi də olmadı. İndi 2 ildən sonra Aydın bəyə edilmiş haqsızlığa son qoyulub, onun bloku açılıb və o başlayıb bu məqaləni işləməyə Sefer azeri (+ onun dəstəkçisi Keete 37) yenə gəlib və deyir ki, filan şey düzdü, filan şey səhv. Sual yaranır. 2 il idi harada idiz? 2 il idi niyə bu məqalə yadıvıza düşmürdü? Ən maraqlısı da odur ki, bu 2 ildə dəyişən heç nə yoxdu. O vaxt da əsassız iddialar var idi, indi də o cür. Sadəcə tarix təkrarlanır. Yazdıqrlarıma əleyhinə səs vermiş hörmətli istifadəçilərimiz Aabdullayev851, Azerifactory, Fortius-94, Азербайджан-е-Джануби, Sultan11 və neytral mövqe sərgiləyərək bitərəf qalmış Baskervill, Cekli829 və Мурад 97 məxsusi diqqət yetirsə sevinərəm.--samral müzakirə 13:03, 26 yanvar 2017 (UTC)[cavabla]
- Samral Mənim bitərəf olmağımın səbəblərindən biri odur ki, Şəki dövlətindən başım çıxmır. Atatürk Dil Dervimindən, məsələn üçün, söhbət gedərdisə, nəsə deyə bilərdim, çünki bu məsələyi araşdırıb, onun haqqında bir dəfə hesabat yazmışdım. Bu məsələ ilə əlaqəli isə nə biliklərim var, nə də onu araşdırmaq vaxtım. İndi bakalavriatımın son ilidir, həm də imtahanlar və hesabatların vaxtıdır hal hazırda. Çox işim var, bağışlayın. --Мурад 97 (müzakirə) 13:33, 26 yanvar 2017 (UTC)[cavabla]
- Мурад 97, onda olarmı ki, heç olmazsa səsinizi siləsiz və ümumiyyətlə səs verməmiş olasız. Çünki bitərəf səs əleyhinə olmasa da, sonda səslər sayılanda say olaraq nəzərə alınır deyə, birbaşa əleyhinə effekti verir. Məsələn səsvermə bu dq dayandırılsa baxmayaraq ki, lehinə səslər əleyhinədən çoxdu ümumi səs sayı götürüləcək və məqalə növbəti mərhələyə keçməyəcək.--samral müzakirə 13:42, 26 yanvar 2017 (UTC)[cavabla]
Şərh: Samral adlı istifadəçi burada yenidən lazımsız olaraq LGBT mövzusuna toxundu (SİTAT: heç bir mənbə təqdim edilməyən şəkli sildim). Samral homofob olduğu üçün mütəmadi olaraq LGBT mövzusunda olan məqalələrə toxunur və onları məhv etməyə çalışır. Bu məsələ dəfələrlə ortalığa atıldığı üçün bugün idarəçilərə mən tərəfindən yeni bir müraciət ediləcək. İndi keçək mövzuya: Samral bu səsvermədə əslində Aydının diktəsi altında fəaliyyət göstərdiyini təsdiqlədi, çünki Aydına verilən bütün suallar Samral tərəfindən cavablandırıldı. Samral birdəfəlik bilməlidir ki, o özü etalon deyil, çünki Qdansk ratuşası məqaləsinə bloklanmadan öncə lehinə səs vermişdirsə, bloku açıldıqdan dərhal sonra əleyhinə səsi təqdim etdi. Əgər bu şəxs özü öz səsində qərarlı deyilsə o hansı hüquqi normalara sığınaraq buradakı bizim çox hörmətli idarəçi və istifadəçilərimizə "Səsinizi dəyişin" lozunqunu söyləyə bilər? Bu insan öz səsini verib lakin bununla tamamlanmayaraq, digər istifadəçilərin səsvermə hüququnu pozur. Məqalənin müəllifi var və biz cavabları ondan gözləyirik. Samral niyə Aydının yerinə cavab verir? Bəlkə bu iki şəxs bir-birinin əvəzinə burada fəaliyyət göstərirlər? Samral, Sən LGBT məqaləsinin hər cümləsinə istinad tələb edirdin, həmin işi də Şəki dövləti məqaləsinə bu dəqiqə tələb edən insanlar var. Düşünürsən ki, ancaq sən burada hər cümlə arxasına "İstinad tələb edir" şablonunu yerləşdirmək hüququn var? Mən şəxsən sənin yaratdığın məqalələrə toxunmuram, ancaq əgər arzum olsa yaratdığın və istinadları iki üç ədəd olan Ayətollah məqalələrinin hər bir cümləsinə istinad tələb edə bilərəm. Buna tam hüququm çatır. Xəbərdarlığım məhz sənədir - 1) Sən LGBT-yə opponent tərəfsən, çünki sən islamı bəyəndiyin üçün LGBT-ni anormallıq hesab edirsən və bunu öz səhifəndə göstərmisən. LGBT-ni sevmədiyin üçün bu mövzuda olan məqalələri dağıdırsan, hər yol ilə onların Ana səhifəyə çıxarılmasına qarışırsan, bu qanuna zidd addımdır və təkrarlandığı halda idarəçilərə müraciət olunacaq. 2) Sənin burada yazdığın bu məqaləni işləməyə Sefer azeri (+ onun dəstəkçisi Keete 37) yenə gəlib və deyir ki, filan şey düzdü, filan şey səhv cümlə yenə də məni təhqir etmək məqsədi daşıyır. Sənin yazdığın Onun dəstəkçisi sözü təhqirdir və idarəçilərə bu təqdim olunacaq tez bir zamanda. Sənə sonuncu dəfə xəbərdarlıq edirəm və əgər xəbərdarlığım sən tərəfindən nəzərə alınmazsa, müddətsiz bloklanmağın üçün bundan daha uzun müraciət yazacam. Mənim sənin qarşında burada hər hansı bir asılı işim yoxdur ki, ünvanıma sən tərəfindən əxlaqsız söz eşidim. Keçən dəfə mənə söyüş söydün və bloklandın, yenə söysən yenə bloklanmağın üçün müraciət edəcəm. Kinayə və məsxərəli cümlələrin də burada təhqir hesab edilir unutma. --Farid Aliyev (müzakirə) 15:16, 26 yanvar 2017 (UTC)[cavabla]
- Keete 37, mən sizin əsassız iddialarınızdan və ittihamlarınızdan çox yorulmuşam. Xahiş edirəm, məni rahat buraxın. İndi də yazırsınız ki, guya "Samral bu səsvermədə əslində Aydının diktəsi altında fəaliyyət göstərdiyini təsdiqlədi, çünki Aydına verilən bütün suallar Samral tərəfindən cavablandırıldı", nə təsdiqləndi Keete 37? Necə təsdiqləndi? Rani bayrağının etibarsız mənbə olması kimi, ya məqalədə şahənşah Qaqik haqqında bölmənin olması kimi? Keete 37, mənə ünvanlanan suallara Samral nə vaxt cavab verdi? Və mən harada idim onda? Keete 37, mən sizin bir işinizə qarşırammı? Bir məqalənizə müdaxilə edirəmmi? Sizin bir sözünüzə şərh yazırammı? Niyə bəs siz vikipediyada məni təqib edirsiniz? Hər şərhimə cavab yazırsınız və yaratdığım məqaləyə qarşı onlarla əsasız iddialar irəli sürürsünüz? Sizin suallara cavab verməkdən mən artıq çox yorğunam. Xahiş edirəm məni sakit buraxın, imkan verin məqalələrin redaktəsini davam etdirim, yeni məqalələr yaradım. Olarmı? Aydın Məmmədov (müzakirə) 18:38, 26 yanvar 2017 (UTC)[cavabla]
- Lütfən burada iztirabiyyət təəssüratını yaratmayın cənab Aydinsalis. Yuxarıda konkret sizə istinadlar təqdim etmişəm. Siz Qacarlar dövründə yaradılmış tavan rəsmini qədim Şəkiyə aid etmisiniz. Siz anlayırsınız ki, Şəki xanlarının saray tavanında təsvir olunmuş həmin günəşli şir bu məqaləyə aidiyyatı yoxdur? O rəsm, Şəkinin İrandan asılılığını bildirirdi, çünki sarayın memarı İranlı idi. Siz mənə demək istəyirsiniz ki, Şirazlı memar tavanda həmin heyvanı təsvir edilməsinə dair göstəriş edən zaman hansısa Herretiyə istinadlıq edirdi? Qacarlar dövründə bütün Qavqaz İran mədəniyyətinin ərazini olaraq qəbul edilirdi və heç bir Herretidən söhbət belə gedə bilməzdi. Fakt budur ki, yaratdığınız Şəki dövlətinin nə bayrağı, nə də gerbi olmayıb bilirsiniz niyə? Çünki o ərazi elə əvvəldən gürcülər tərəfindən işğal edilmişdir. Alban çarlığı var idi, onun bir hissəsini gürcülər işğal edərək burada yaşayan əhalini assimilyasiya etməyə başladılar. Sizin o bayraq isə Arran ərazisinə aiddir. Hər ərazinin, əgər o ərazi kiçik də olsa muxtariyyətə malik idisə öz bayrağına sahib olmalı idi. Niyə Şəkinin bayrağı Arran bayrağı kimi təqdim olunur? Şəki axı Kaxetiya ilə müttəfiq idi düzdür? Müttəfiqliyin bayrağı olmalı idi. Arran başqa ərazi idi. Mübahisə etməyə ehtiyac yoxdur. Həmin bayraq və gerb aradan qaldırılmalıdır. --Farid Aliyev (müzakirə) 19:11, 26 yanvar 2017 (UTC)[cavabla]
- Cənab Keete 37 iztirabiyyət təəssüratını yaratmayın, ifadəsini təhqir kimi qəbul edirəm. Niyə məni təhqir etməyə çalışırsınız? Siz hazırladığınız bu bayraq şəklinin mənbəsini göstərə bilərsinizmi? Mən bilirəm ki belə bir bayraq olmayıb, amma görüntü yaxşı alınsın deyə məqaləyə yerləşdirdim. Rani bayrağı haqqında, əvvəl deyirdiniz mənbə etibarlı deyil, indi də başqa şey deyirsiniz. Yəni əsas məqsədiniz odur ki, o bayraq infiqutuda olmasın. İnfoqutu pis görünsün. Doğrumu? Amma heç yerdə yazılmayıb ki o Arran bayrağıdır. Yazılıb ki Rani bayrağıdır və biz bilirik ki, Şəki hökmdarları "ranlar çarı" titulu daşıyırdılar və Gürcüstana ən yaxın idilər. Elə buna görə də bayrağın birinci növbədə Şəkiyə aid olması daha doğru görünür. Həm də o dövrdə Rani adlı dövlət olmayıb, bir dövlət olub, o da Şəki, hansı ki hökmdarları "ranlar çarı" adlanırdı. Gerb məsələsində isə bu məsələni biz axı bağlamışdıq? Siz yenə bundan danışmağa başlayırsınız? Hanı sizin mənbəniz? Axı biz sizinlə razılaşdıq ki, siz həmin təsvirin sfinks yox, şiri-xurşid olması, iranlı memar tərəfindən çəkilməsi ilə bağlı mənbə təqdim edəcəksiniz. Mən isə öz növbəmdə onun şiri-xurşid yox, sfinks olması və Şəkinin rəsmi gerbi olması ilə bağlı. Lütfən mənbələrə istinad edin. Sizin fikriniz etibarlı mənbənin fikri olmadığına görə biz sizin fikrinizə istinad edə bilmərik. Doğrumu? Aydın Məmmədov (müzakirə) 19:27, 26 yanvar 2017 (UTC)[cavabla]
- Hörmətli samral yuxarıda ünvanladığım sullara hələ də cavab gözləyirəm. --Aabdullayev851 (müzakirə) 16:01, 26 yanvar 2017 (UTC)[cavabla]
- Keete 37 burada nə öz başınalıq edirsiniz ? Səsvermə davam etdiyi halda, məqaləyə səsverən istifadəçinin səsinin üzərindən xətt çəkmək nə deməkdir ? Bu haqqı sizə kim verib ? Burada özünüz üçün məhkəmə qurmusunuz ? Səsvermə hələ davam edir və bütün etibarlı səslər sonda hesablanacaq. Etmiş olduğunuz bu hərəkətə görə tərəfimdən 24 saatlıq bloklanırsınız. Hörmətlə:--BaskervillDe gəlsin ! 20:56, 26 yanvar 2017 (UTC)[cavabla]
- Müzakirədə iştirak edən bütün şəxslərə təmkinli olmağa və müzakirə mövzusundan kənar müzakirə aparmamağa dəvət edirəm. Lehinə, əlehinə verilmiş kukla səslər sonunda səsverməni təşkil edən idarəçi tərəfindən müəyyənləşdiriləcək və nəticəyə uyğun qiymət veriləcək. İstər lehinə, istərsə əlehinə olmaqla heç kimin səsvermənin nəticəsinə təsir etməyə haqqı yoxdur. Dəfələrlə edilmiş xəbərdarlıqlarla, ricalara və müraciətlərə baxmayaraq istifadəçilər bir-birini ittiham edərək müzakirənin mərcasını başqa istiqamətə dəyişdiriblər. İstifadəçi Keete 37 başqa bir vikipediyaçının vermiş olduğu səsin üzərindən xətt çəkir. Oxşar hal əlehinə verilmiş bir səsdə də baş versə, həmin şəxs özbaşına hərəkət etdiyi üçün bloklanmalıdır. Gərginlik yaratmayın. Hər birinizə hörmətlə:--BaskervillDe gəlsin ! 21:08, 26 yanvar 2017 (UTC)[cavabla]
- samral, bu səsvermədə bu məqalə müzakirə olunur, başqa məqalələr, mənim və ya başqa istifadəçilərin fəaliyyəti burda müzakirə edilməməlidi. Müzakirənin səmtini başqa istiqamətə dəyişmək düzgün deyil. Müzakirə edilən məqalə həqiqətən də, çox ciddi qüsurlar və çatışmazlıqlara malikdir, məqalənin mətnində Azərbaycan və Gürcüstan tarixi ciddi şəkildə saxtalaşdırılıb, şəxs adları, toponimlər və hadisələr təhrif edilib. Bütün bunlar məqalənin müzakirə səhifəsində müzakirə edilməli və məqalə ensiklopedik hala gətirilməlidir. İstifadəçi Baskervillin xahişini nəzərə alaraq səsvermənin başa çatmasına kimi müzakirədə iştirak etmirəm. Sizin yuxarıdakı iftiralarınıza gəlincə, bir müddət əvvəl sizin fəaliyyətinizi məhdudlaşdırarkən, təhqir, hədə və ittihamlardan əl çəkəcəyinizə ümid edirdim. Amma qeydinizdən belə aydın olur ki, çox təəssüf, siz yenə də əsassız ittihamlarla digər istifadəçiləri təhqir etməyə davam edirsiz, buna görə də VP:TYV-nin II bəndinin IV hissəsinə əsasən sizin fəaliyyətinizi yenidən məhdudlaşdırmağa məcburam. Hörmətlə --sefer azeri 06:55, 27 yanvar 2017 (UTC)[cavabla]
- Hörmətli istifadəçi həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, bu məqalə ilk dəfə rusca vikipediyada yaradılmışdır, sonra isə bunun azərbaycan vikipediyasında yaradılmasına imkan verməyənlər, bunu burada yaradılan kimi əsassız olaraq dəfələrlə silən va adını dəyişən (ümumiyyətlə 7 dəfə silinmiş, 5 dəfə adı dəyişilmişdir) və bu günə qədər məqalənin inkişafına zərrə qədər xeyiri dəyməyən, məqalənin laba təqdim olunması zamanı əsas göstərə bilmədən səsvermənin dayandırılmasını tələb edən, səsvermə getdiyi zaman məqalənin infoqutusuna 50 dənə "mənbəsiz" şablonu yerləşdirən və məqalənin müzakirə səhifəsində səbəbini əsaslandırmayan istifadəçinin indi də "Müzakirə edilən məqalənin həqiqətən də, çox ciddi qüsurlar və çatışmazlıqlara malik olmasını, məqalənin mətnində Azərbaycan və Gürcüstan tarixi ciddi şəkildə saxtalaşdırılmasını, şəxs adlarının, toponimlərin və hadisələrin təhrif edilməsini, bütün bunların məqalənin müzakirə səhifəsində müzakirə edilməli olduğunu və məqalə ensiklopedik hala gətirilməlməsini" iddia etməsi təbii ki tamamilə qərəzli və əsassızdır. Əgər belə şeylər varsa, həmin istifadəçi niyə bunların müzakirəsinə başlamır? Axı özü deyir ki, “Bütün bunlar məqalənin müzakirə səhifəsində müzakirə edilməli və məqalə ensiklopedik hala gətirilməlidir”, məqalə mühafizə olunub, müzakirə səhifəsi ki mühafizə olunmayıb?! Nədir ona mane olan dediklərini məqalənin müzakirə səhifəsində göstərməyə? Ona mane olan budur ki, iddialarına özü də inanmır, məqaləyə qarşı yuxarıda irəli sürülən iddiaların dərhal təkzib olunduğunu görür, müzakirə başladan kimi dərhal onun yazdıqlarının da təkzib olunacağına əmindir, ona görə də müzakirəyə həvəsli deyil. Bunu başqa necə başa düşmək olar? Məqalənin seçilmiş məqalə statusu alamasına qarşı həddindən artıq fəallıq göstərən istifadəçi, məqaləyə qarşı əlində olan arqumentləri niyə burada açıqlamır?! Yoxdur, heç bir arqumenti!!! Olsa çoxdan açıqlamışdır.
- Sonda hörmətli istifadəçi həmkarlarımın nəzərinə bir daha çatdırmaq istəyirəm ki, yuxarıda məqaləyə qarşı irali sürülmüş iradların əksəriyyəti təsdiqini tapmamış, bir qismi də davam etdirilmir. Yəni məqaləyə qarşı hələlik heç bir ciddi arqument ortaya qoyan olmayıb. Məqaləyə qarşı irəli sürülən iddialar əksər hallarda qərəzli və saxta idi. Məsələn, bu saxta, mənbəsi olmayan bayraq şəklini Qafqaz Albaniyası məqaləsinə yerləşdirən istifadəçi, burada Rani bayrağının mənbəsiz olması, yaxud mənbəsinin etibarlı olmaması ilə bağlı uzun-uzadı müzakirə aparıb. Mənbənin etibarlı olduğu təsdiqini tapdıqda isə başqa əsassız iddialar ortaya atıb, bunlar da o dəqiqə təkzib olunub. Vəziyyət belədir. Aydın Məmmədov (müzakirə) 10:50, 27 yanvar 2017 (UTC)[cavabla]
Hörmətli həmkarlar, məqaləyə qarşı yuxarıda irəli sürülmüş iddiaların böyük hissəsi təsdiqini tapmadı, yaxud əsaslandırılmadı. Bir qismi isə davam etdirilmir. Ona görə burada yeni bölma açdım ki, yeni iddialar, köhnə təkzib olunmuş iddialarla qarşımasın. Və bir maraqlı xəbəri də nəzərinizə çatdırmaq istəyirəm. Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İnstitutun cari il üçün elmi-tədqiqat işlərinin təsdiqlənmiş planına əsasən bu elm müəssisəsində üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi”, “Şəki tarixi” kitabları çap ediləcək. Hörmətlə, Aydın Məmmədov (müzakirə) 22:54, 26 yanvar 2017 (UTC)[cavabla]
|