Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2024 Oktyabr - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Nihad Qulamzadə • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar) • [versiyalar]
Salam. Nihad Qulamzadə teatr sahəsində kifayət qədər tanınan rejissordur. Uzun illərdir inklüziv ƏSA Teatrının rəhbəridir, həmçinin Akademik Milli Dram Teatrının rejissorudur. Yerli və beynəlxalq uğurlar əldə edib. Mediada tanınır. 2020-ci ildə səhifəsi silinib. Mən onun səhifəsini yenidən yaratmışam amma yenə silindi. Xahiş edirəm bərpa edəsiniz. İndiki yaratdığım məqalə də düşünürəm ki, bütün şərtlərə cavab verirdi. Artsmaker (müzakirə) 19:36, 25 oktyabr 2024 (UTC)
- @Artsmaker Zəhmət olmazsa VP:ŞEƏ-ni detallı analiz edin çünki xahiş ilə vikipedia daxilində məqalə bərpa edilmir. Redivy (müzakirə) 08:45, 26 oktyabr 2024 (UTC)
- Hər-halda etik qaydalardan məlumatı olan adam bilməlidir ki, yuxarıdakı xahiş ifadəsi hörmət əlaməti olaraq qeyd olunub. Məqalə bərpa olunmalıdır, çünki Vikipediyanın ensiklopedik əhəmiyyətlilik şərtlərinə tam cavab verir. Nihad Qulamzadə adını google-da axtarışa vermək kifayətdir. 2020-ci ildə deputatlığa namizəd idi deyə, "PR edir" adı ilə məqaləni sildilər. İndi 2020-ci ilin müzakirəsinə əsasən məqaləni yenidən silmək və ya bərpa etməmək ortaya qərəz çıxarır. Və bu yaxınlarda vikipediya redaktorlarına yaxın bir şəxsin Nihad Qulamzadəni tənqid edən facebook statusu yazması, bu statusdan sonra 2 aydır aktiv olan məqalənin birdən-birə yeni müzakirə olmadan silinməsi, məqalənin sifarişlə və yaxud qərəzli şəkildə silinməsinə əsaslı şübhələr yaradır. Hörmətlə, Artsmaker (müzakirə) 16:41, 28 oktyabr 2024 (UTC)
- Nihad Qulamzadə Azərbaycanın ilk inklüziv teatrının təsisçisi və rəhbəridir. Teatr 8 ildir fəaliyyət göstərir və dövlət tərəfindən tanınır. Ciddi layihələr icra edib. Mətbuatda kifayət qədər çıxışları, müsahibələri var. Hal-hazırda ölkənin ən aktiv teatr xadimi olan bu gənc necə olur ki, ensiklopedik hesab olunmur? Əgər bu məqalə ensiklopedik hesab olunmursa, deməli vikipediyadakı 90% rejissor və aktyorların, teatr xadimlərinin məqalələri də silinməlidir. Bu isə ağılasığmazdır. Mən burda başqa məqalələrlə müqayisə aparmaq istəmirəm. Amma kim istəsə, xırda bir araşdırma apara bilər. Aşağıda fəaliyyəti ilə bağlı qısa xülasəni qeyd edirəm.
- 2018-ci ildə ABŞ Dövlət Departamentinin IVLP proqramının məzunu olub. Proqram çərçivəsində amerikalı investorlara ƏSA Teatrının "İnklüziv Yaradıcılıq Mərkəzi" adlı layihəsi təqdim olunub. Rəsmi Konqress hesabatlarında Nihad Qulamzadənin fəaliyyəti və dövlət proqramındakı iştirakı haqda məlumat dərc olunub.
- 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə təşkil etdiyi prodüserlər üçün laboratoriyada iştirak edib.
- Nihad Qulamzadə, 2013-cü ildən etibarən peşəkar teatr fəaliyyətinə başlayıb.
- İlk dövrlərdə müstəqil teatr fəaliyyəti ilə məşğul olub. Əməkdar Artist İlqar Cahangirin yaratdığı teatr qrupuna qoşulub. Daha sonra müstəqil Oda Teatrının yaradılmasında iştirak edib.
- 2016-cı ildə Azərbaycanda ilk və yeganə inklüziv teatr olan ƏSA Teatrını təsis edib. Həmin ildən teatrın rəhbəridir. Burada "Dumb", "Adamlar və siçanlar", "Göy quş", "Sirri-Ənəlhəq", "Xəsisin andı", "Qonşu", "Çıxış yoxdur", "Hamlet" və tamaşalar hazırlayıb.
- 2023-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadənin dəvətilə Akademik Milli Dram Teatrına dəvət olunub. Burada uzun illərdən sonra Şıxəli Qurbanovun "Sənsiz" dramına qurulub verib. Daha sonra müəllifi olduğu "Müharibə" tamaşasını hazırlayıb.
- Amerika Birləşmiş Ştatlarının “Open World” Liderlik Mərkəzinin məzunudur. Washington D.C., San-Fransisko və Reno şəhərlərində bir çox təlim və seminarlarda iştirak edib. (2018)
- Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən respublika üzrə keçirilən, "4.4 Qısa Tamaşalar Festivalı" iştirak edib və "Qonşu" tamaşası ilə birinci yerin qalibi olub. (2021)
- “Caspian Event Organisers” tərəfindən keçirilən fərqli inkişaf özəllikləri olan insanlara həsr olunmuş 3-cü "Fərqli fərdlər" konqressində spiker kimi çıxış edib.
- İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq İzmir Teatr Festivalında "Çıxış yoxdur" tamaşası ilə Azərbaycanı təmsil edib. (2022)
- “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumunda ekspert qismində çıxış edib. (2023)
- Qazaxıstanda keçirilən MDB və Baltikyanı ölkələrin gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edib. (2024)
- Artsmaker (müzakirə) 16:55, 28 oktyabr 2024 (UTC)
- Mətn toplusu vəya çoxlu istinad olması ensklopedik demək deyil. Redivy (müzakirə) 12:53, 28 dekabr 2024 (UTC)
Yekunlaşdırma: Konsensus əldə olunmadı. --Sura Shukurlu (müzakirə) 18:54, 30 dekabr 2024 (UTC)
Fariz Xəlilli
Fariz Xəlilli • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar) • [versiyalar]
Fariz Xəlilli tanınmış tarixçidir. Azərbaycan Müəllimlər İnsitutunun elmi işlər üzrə prorektoru, Gəgəli bələdiyyəsinin sədri, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru olmuşdu. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədridir, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisidir. Çox saylı araşdırmaları və layihələri var.
Fikrimcə, məqalə bərpa olunmalıdır. Zohrab javad (müzakirə) 06:38, 18 oktyabr 2024 (UTC)
- Bərpa olunmasın: VP:ŞEƏ bu qaydanı ödəmir. Fikrimcə şəxs ensiklopedik hesab olunmur - Orucov Əvəz 11:15, 16 noyabr 2024 (UTC)
Yekunlaşdıma: Konsensus əldə edilmədi. --Sura Shukurlu (müzakirə) 19:38, 30 dekabr 2024 (UTC)