Vidovdan Konstitusiyasi - Wikipedia
Vidovdan konstitusiyası - Serb-xorvat-sloven Krallığının konstitusiyası.
Haqqında
redaktəSerb-xorvat-sloven Krallığında güclü təqiblər nəticəsində 1921-ci il 28 iyunda Müqəddəs Vida günündə (1389-cu ildə Kosovo döyüşünün ildönümündə) Müəssislər Məclisi Vidovdan konstitusiyası adlı Konstitusiyanı qəbul etdi. Konstitusiyanın birinci maddəsində yazılırdı ki, Serb-xorvat-sloven dövləti konstitusiyalı, parlamentli,irsi monarxiyadır. Kral qanunverici məclis olan Skupşina ilə bərabər qanun vermək hüququna malik idi. İcraedici hakimiyyət də krala məxsus idi. O, silahlı qüvvələrin baş komandanı idi. Dövlət 33 jiraniyaya (qubernatorluğa) bölünürdü ki, onlara da jiranları kral təyin edirdi.
Konstitusiya unitar dövlət quruluşunu möhkəmləndirirdi. Krallıqda ancaq 10 il yaşayan deputat ola bilərdi. Vidovdan konstitusiyasının qəbul edilməsi ilə Yuqoslaviya dövlətinin formalaşması prosesi başa çatdı.
Mənbə
redaktə- S.Mustafayeva.Avropa və Amerika ölkələrinin ən yeni tarixi. I hissə. Bakı,2010.