Velosiraptor - Wikipedia
Velociraptor (lat. Velociraptor) — heyvanlar aləminin xordalılar tipinin dromeozavridlər fəsiləsinə aid heyvan cinsi.
Velosiraptor | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Fəsilə: Klad: Yarımfəsilə: Cins: Velosiraptor |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbaşir dövrünün sonlarında, təqribən 75-71 milyon il əvvəl yaşamış dromeozavrid teropod.[1] Keçmişdə başqa növlərinin də təyin edilməsinə baxmayaraq iki növü hal-hazırda tanınır. Cinsin təsvirində əsas götürülən növ V. mongoliensisdir; bu növün qalıqları Monqolustandan tapılıb. İkinci növ - V. osmolskae 2008-ci ildə Çinin Daxili Monqolustan Muxtar Rayonundan tapılan kəllə materialı üçün seçilib.
Deynonix və Axillobator kimi başqa dromeozavridlərdən kiçik olan velosiraptor yenə də eyni anatomik cəhətlərin bir çoxunu daşıyır. O, uzun quyruğu və hər ayağının dal hissəsindəki geniş hilal şəklindəki pəncə ilə (fikirləşilir ki, ovu tutmaq üçün istifadə edilib) ikiayaqlı, lələkli ətyeyən heyvan velosiraptor başqa dromeozavridlərdən dik burnu ilə uzun və alçaq kəlləsi ilə fərqləndirilə bilər.
Velosiraptor (əsasən raptor olaraq qısaldılır) Yurasik Parkı filmindəki önəmli roluna görə geniş ictimaiyyətə ən çox məlum olan dinozavr cinslərindən biridir. Filmlərdə o, anatomik yanlışlıqlarla verilib; həqiqətdə olduğundan daha böyükdür və lələkləri yoxdur. Bu yanlışlıqlardan bəziləri filmlərdəkı başın böyük təpəsi ilə birlikdə göstərir ki, filmlərdəki dinozavrlar həqiqətdə Deynonixə uyğun düzəldilib.[2] Velasiraptor dromeozavridlər arasında ən çox sayda - 12-dən çox təsvir edilmiş qalıq skeletləri ilə paleontologistlərin yaxşı tanıdığı dinozavrdır. Bir xüsusilə məşhur nümunə Velosiraptoru Protoseratopsla döyüşərkən təsvir edir.
Kəşf edilməsinin tarixi
redaktəAmerika Təbiət Tarixi Muzeyinin Xarici Monqolustandakı Qobu səhrasına ekspedisiyası zamanı, 11 avqust 1923-cü ildə Pyotr Kaysen elmə məlum olan ilk Velosiraptor qalığını aşkar edib: raptorun ikinci ayaq barmağının caynaqları ilə (AMNH 6515) əlaqələndirilən əzik, ancaq tam kəllə.[3] 1924-cü ildə muzeyin prezidenti Henri Feyefild Ozborn kəllə və caynağı (o, bunun əlin caynağı olduğunu fərz edirdi) yeni cins - Velosiraptoru təyin edən növ olaraq qeyd etdi. Bu ad Latın sözləri velox ('sürətli') and raptor ('oğru' və ya 'soyğunçu') sözlərindən törəyib və heyvanın sürətli hərəkətinə və ətyeyən kimi qidalanmasına əsaslanır. Ozborn cinsin təsvirində əsas götürülən növü - V. mongoliensisi aid olduğu ölkənin - Monqolustanın adına uyğun adlandırdı.[3] O ilin əvvəllərində Ozborn heyvanın adını məşhur məqalədə "Ovoraptor djadochtari" kimi çəkmişdi. (Oviraptorla qarışdırılmamalıdır.)[4] Ancaq "Ovoraptor" adı elmi jurnalda çap edilmədiyindən və ya elmi təsvir ilə müşayiət edilmədiyindən nomen nudum hesab edilir və Velosiraptor adı əsas götürülür.
Soyuq müharibə dövründə Şimali Amerika komandalarının kommunist Monqolustana buraxılmadığı zaman Sovet və polyak alimlər monqol həmkarları ilə birlikdə Velosiraptorun bir çox növlərini aşkar ediblər. Onların ən məşhuru 1971-ci ildə polyak-monqol komandası tərəfindən kəşf edilmiş əfsanəvi "Döyüşən dinozavrlar" örnəyinin (GIN 100/25) bir hissəsidir. Qalıntı tək Protoseratopsa qarşı döyüşün ortasında olan tək Velosiraptoru özündə əks etdirir.[5][6][7] Bu örnək Monqolustanın milli xəzinəsi hesab edilir, ancaq 2000-ci ildə o, Nyu York şəhərindəki Amerika Təbiət Tarixi Muzeyinə müvəqqəti sərgi üçün borc olaraq verilib.[8]
1988-1990-cı illər arasında çinli və kanadalıların ortaq komandası Şimali Çində Velosiraptorun qalıqlarını tapdı.[9] Amerika alimləri 1990-cı ildə Monqolustana qayıtdı və Qobuya Amerika Təbiət Tarixi Muzeyi və Monqolustan Elmlər Akademiyasının apardığı monqol və amerikanların ortaq ekspedisiyası bir neçə yaxşı qorunmuş skeletləri aşkar etdi.[10][11] Belə bir nümunəyə (IGM 100/980) Norelin komandası tərəfindən "Ichabodcraniosaurus" ləqəbi verildi. Ona görə ki xeyli tamamlanmış bu nümunə kəlləsi olmadan tapılmışdı. (Vaşinqton İrvinqin İkobad Kreyn obrazına eyham kimi)[12] Bu nümunə Velociraptor monqoliensisə aid ola bilər, ancaq Norel və Makoviki nəticə çıxardı ki, nümunə əminliklə bunu demək üçün kifayət qədər bütöv deyil və elmi təsvir gözləyir.[10]
Çin-Belçika Dinozavr Ekspediyaları tərəfindən 1999-cu ildə tapılan əng sümüyü və gözyaşı sümüyünün Velosiraptora aid olduğu, ancaq növün təsvirində əsas götürülən V. monqoliensisa aid olmadığı aşkar edildi. Paskal Qodefro və onun həmkarları bu sümükləri 2008-ci ildə V. osmolskae (polyak paleontologist Halşka Osmolskaya ithafən) adlandırdı.[1]
Mənşəyi
redaktəVelociraptor mongoliensisin bilinən bütün nümunələri Monqolustanın Umneqov əyalətinin Djadoxta formasiyasında tapılıb. Velosiraptorun nümunələri Monqolustanın bir az gənc olan Barun Qoyot formasiyasında da qeydə alınıb[13], ancaq bunlar qeyri-müəyyəndir və əlaqədar cinsə aid ola bilər.[14] Bu geoloji formasiyaların Son Təbaşir dövrünün Kampaniyen mərhələsinə (83-70 milyon il bundan əvvəl[15]) aid olması fikirləşilir.[16]
V. mongoliensis Djadoxtanın ən məşhur və məhsuldar mövqeylərinin çoxunda tapılıb. Bu növ Bayanzakda kəşf edilib[3], "Döyüşən dinozavrlar" isə Tuqriq ərazisində tapılıb[7]. Barun Qoyotun Xulsan və Xermin Çav kimi ərazilərində Velosiraptora və ya oxşar cinsə aid olması ehtimal edilən qalıqlar var.[17] Yeniyetmə V. mongoliensisə aid edilən dişlər və natamam qalıqlar Djadoxta formasiyası ilə çağdaş olan və Çinin Daxili Monqolustan Muxtar Rayonunda məhsuldar yer olan Bayan Mandahu formasiyasında qeydə alınıb.[9] Ancaq bu qalıntılar 2008-ci ildəki kimi hazırlanmayıb və tədqiqi edilməyib.[1] Bayan Mandahu formasiyasından olan natamam yetkin kəllə ayrı növə - Velociraptor osmolskaeyə aid edilib.[1]
Paleoekologiyası
redaktəVelosiraptor qalıqlarının olduğu qalıntı yerlərinin hamısı duz təpələri və xaotik axınları ilə yalnız quraq mühitdir, ancaq Barun Qoyot mühiti daha qədim Djadoxtadan bir az daha nəmdir.[16] Bəzi bütöv qalıntıların vəziyyəti və həm də daha çox quruluşsuz qumdaşı çöküntülərinin içərisində saxlanılması şəkli göstərir ki, bir çox nümayəndələr üç mühit üçün ümumi olan Qum Fırtınası hadisələrində canlı şəkildə basdırılıb.[1]
Eyni cinsin çox nümayəndəsi bu formasiyaların arasında mövcud olub, ancaq onlar növ səviyyəsində fərqlənir. Məsələn, Velociraptor mongoliensis, Protoceratops andrewsi və Pinacosaurus grangeri Djadoxtada məskunlaşıb, Bayan Mandahu isə Velociraptor osmolskae, Protoceratops hellenikorhinus və Pinacosaurus mephistocephalusun evidir. Növ tərkibindəki bu müxtəlifliklər coğrafi baxımdan bir-birinə yaxın olan iki formasiyanı ayıran təbii səddə görə ola bilər.[1] Ancaq bu ərazilərdə xüsusi fauna tərkibində dəyişiklikləri yarada biləcək hər hansı bir səddin bilinməməsinə görə bu müxtəlifliklər onların mövcudiyyəti arasında cüzi zaman fərqini göstərir.[18]
V. mongoliensis kimi eyni ərazidən bilinən başqa dinozavrlara troodontid Saurornithoides mongoliensis, oviraptorid Oviraptor philoceratops və dromaeosaurid Mahakala omnogovae daxildir. V. osmolskae isə seratopsianın bir növü Magnirostris dodsoni ilə və həm də oviraptorid Machairasaurus leptonychus və dromaeozavrid Linheraptor exquisitus ilə bir ərazidə yaşayıb.[18]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Godefroit, Pascal; Currie, Philip J.; Li, Hong; Shang, Chang Yong; Dong, Zhi-ming. "A new species of Velociraptor (Dinosauria: Dromaeosauridae) from the Upper Cretaceous of northern China". Journal of Vertebrate Paleontology. 28 (2). 2008: 432–438. doi:10.1671/0272-4634(2008)28[432:ANSOVD]2.0.CO;2.
- ↑ "Deinonychus". 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
- ↑ 1 2 3 Sitat səhvi: Yanlış
<ref>
teqi;osborn1924a
adlı istinad üçün mətn göstərilməyib - ↑ Osborn, Henry F. "The discovery of an unknown continent". Natural History. 24. 1924b: 133–149.
- ↑ Barsbold, Rinchen. "Carnivorous dinosaurs from the Cretaceous of Mongolia". Transactions of the Joint Soviet-Mongolian Paleontological Expedition. 19. 1983: 5–119.
- ↑ Kielan-Jaworowska, Zofia; Barsbold, Rinchen. "Narrative of the Polish-Mongolian Paleontological Expeditions". Paleontologica Polonica. 27. 1972: 5–13.
- ↑ 1 2 Barsbold, Rinchen. "Saurornithoididae, a new family of theropod dinosaurs from Central Asia and North America". Paleontologica Polonica. 30. 1974: 5–22.
- ↑ American Museum of Natural History. "Fighting Dinosaurs: New Discoveries from Mongolia: Exhibition Highlights". c. 2000. 2010-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
- ↑ 1 2 Jerzykiewicz, Tomasz; Currie, Philip J.; Eberth, David A.; Johnston, P.A.; Koster, E.H.; Zheng, J.-J. "Djadokhta Formation correlative strata in Chinese Inner Mongolia: an overview of the stratigraphy, sedimentary geology, and paleontology and comparisons with the type locality in the pre-Altai Gobi". Canadian Journal of Earth Sciences. 30 (10). 1993: 2180–2195. doi:10.1139/e93-190. 2017-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-01.
- ↑ 1 2 Norell, Mark A.; Makovicky, Peter J. "Important features of the dromaeosaurid skeleton II: information from newly collected specimens of Velociraptor mongoliensis". American Museum Novitates. 3282. 1999: 1–45. hdl:2246/3025.
- ↑ Norell, Mark A.; Makovicky, Peter J. "Important features of the dromaeosaur skeleton: information from a new specimen". American Museum Novitates. 3215. 1997: 1–28. hdl:2246/3557.
- ↑ Novacek, Michael J. (1996). Dinosaurs of the Flaming Cliffs. New York: Anchor Books. ISBN 0-385-47774-0.
- ↑ Weishampel, David B.; Barrett, Paul M.; Coria, Rodolfo A.; Le Loueff, Jean; Xu, Xing; Zhao, Xijin; Sahni, Ashok; Gomani, Emily M.P.; Noto, Christopher N. Dinosaur distribution // Weishampel, David B.; Dodson, Peter; Osmólska, Halszka (redaktorlar ). The Dinosauria (Second). Berkeley: University of California Press. 2004. 517–606. ISBN 0-520-24209-2.
- ↑ Nicholas R. Longrich, Philip J. Currie, Dong Zhi-Ming. "A new oviraptorid (Dinosauria: Theropoda) from the Upper Cretaceous of Bayan Mandahu, Inner Mongolia". Palaeontology. 53 (5). 2010: 945–960. doi:10.1111/j.1475-4983.2010.00968.x.
- ↑ Gradstein, Felix M.; Ogg, James G.; Smith, Alan G. A Geologic Time Scale 2004. Cambridge: Cambridge University Press. 2005. ISBN 978-0-521-78142-8.
- ↑ 1 2 Jerzykiewicz, Tomasz; Russell, Dale A. "Late Mesozoic stratigraphy and vertebrates of the Gobi Basin". Cretaceous Research. 12 (4). 1991: 345–377. doi:10.1016/0195-6671(91)90015-5.
- ↑ Osmólska, Halszka. Barun Goyot Formation // Currie, Philip J.; Padian, Kevin (redaktorlar ). Encyclopedia of Dinosaurs. San Diego: Academic Press. 1997. 41. ISBN 0-12-226810-5.
- ↑ 1 2 Nicholas R. Longrich, Philip J. Currie, Dong Zhi-Ming. "A new oviraptorid (Dinosauria: Theropoda) from the Upper Cretaceous of Bayan Mandahu, Inner Mongolia". Palaeontology. 53 (5). 2010: 945–960. doi:10.1111/j.1475-4983.2010.00968.x.