Varlam Liparteliani - Wikipedia
Varlam Liparteliani (gürc. ვარლამ ლიპარტელიანი; 27 fevral 1989[1], Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı) ― Gürcüstan cüdoçusu.[3] O, dəfələrlə olimpiya və dünya çempionatlarının müxtəlif medal mükafatçısı olmuşdur.
Varlam Liparteliani | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 27 fevral 1989[1] (35 yaş) |
Doğum yeri | |
Boyu | 1,87 m |
Çəkisi | 94 kq |
İdman növü | cüdo[2] |
Karyerası
redaktəO, 2012 Yay Olimpiya Oyunlarında 90 kq çəkidə yarışmışdır və ikinci dövrədə Mark Entoniyə (Avstraliya) məğlub oldu.[4] Avropa Cüdo Çempionatında Liparteliani məhsuldar iştirakı ilə seçilir, belə ki 2012, 2014 və 2016-cı illərdə qızıl, 2009, 2010, 2013 və 2015-ci illərdə gümüş və 2011-ci ildə bürünc medalları sahibi olmuşdur.[5]
O, Gürcüstanın həm milli, həm də olimpiya cüdo komandasının kapitanıdır.[6] Quqava Georgi onun məşqçisidir.[7]
O, 2016 Olimpiya Oyunlarında gümüş medal qazandı. O, finalda Masyu Beykerə (Yaponiya) məğlub olmazdan əvvəl Komronşox Ustopiriyonu (Tacıkistan), Ovini Ueranı (Nauru), Lxaqvasürengiun Otqonbaatarı (Monqolustan) və Kvak Tonhanı (Cənubi Koreya) məğlubiyyətə uğratmışdır.[8]
Lipartelianinin ən sevdiyi fənd "uçi mata"dır.[9] 25 sentyabr 2018-ci il tarixinə olan statistika cədvəlinə görə, o, dünyanın bir nömrəli cüdoçusu idi.[10]
2021-ci ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən 2021 Cüdo Dünya Ustaları yarışında qızıl medal qazandı.[11][12]
Şəxsi həyatı
redaktəLiparteliani 11 yaşında cüdo ilə məşğul olmağa başlamışdır. O, yapon əfsanəsi Kosey İnoue və həmyerlisi gürcü cüdoçu Zurab Zviadauridən ilhamlanmışdır. O, evlidir və üç oğul atasıdır.[13]
Liparteliani, düz Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarından əvvəl Gürcüstanın Borjomi şəhərində təlim-məşq toplanışı zamanı komanda yoldaşı Avtandil Çrikişvili ilə avtomobil qəzasına düşdü. Avtomobildə olan sərnişinlər ağır yaralansalar da, vəziyyətdən sağ qurtuldular.[6]
Statistikası
redaktəCüdo statistikası[14] | |
---|---|
Ümumi | 256 |
Qələbələr | 200 |
İppon ilə | 104 |
Məğlubiyyətləri | 56 |
İppon ilə | 18 |
(25 sentyabr 2018-ci ilə görə)
Nailiyyətləri
redaktəİl | Yarış | Yer | Çəki sinfi |
---|---|---|---|
2014 | ECCO Team Challenge | 1-ci | Orta çəki (−90 kg)[15] |
Medalları
redaktə- 2010
- Qran Pri, Tunis
- Qran Slem, Rio de Janeyro
- Qran Pri, Rotterdam
- 2011
- Qran Pri, Əbu-Dabi
- 2012
- Qran Pri, Düsseldorf
- Qran Slem, Rio de Janeiro
- 2013
- Qran Slem, Paris
- Qran Pri, Düsseldorf
- Dünya Ustaları, Tümen
- Qran Slem, Tokio
- 2014
- Qran Slem, Paris
- Qran Pri, Havana
- 2015
- Qran Pri, Düsseldorf
- Qran Pri, Tbilisi
- Qran Slem, Paris
- 2016
- Qran Slem, Paris
- 2017
- Qran Pri, Zaqreb
- Qran Slem, Paris
- Qran Pri, Yekaterinburq
- Dünya Ustaları, Sankt-Peterburq
- 2018
- Qran Slem, Paris
- Qran Slem, Düsseldorf
- Dünya Ustaları, Quançjou
- 2019
- Qran Slem, Paris
İstinadlar
redaktə- ↑ 1 2 https://www.olympic.org/varlam-liparteliani.
- ↑ JudoInside.com (ing.). 2002.
- ↑ "სპორტული პორტალი – ვარლამ ლიპარტელიანი: შედეგი ქართული წვრთნის სისტემამ მოგვიტანა". Sportall. 3 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2014.
- ↑ "Medal Count – Olympic Results & Medalists – IOC". 2012-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ Varlam Liparteliani Arxivləşdirilib 2014-05-12 at the Wayback Machine from Judo Inside
- ↑ 1 2 "Varlam Liparteliani: Interview with the Number 1". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ "Paris Grand Slam 2015: -90kg Final". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ "Varlam Lip'art'eliani Bio, Stats, and Results". Olympics at Sports-Reference.com (ingilis). 18 April 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 December 2017.
- ↑ "Paris Grand Slam 2016: Day 2". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ Post-Qualifiers Ranking. "IJF World Rankings June 2016" (PDF). intjudo.eu. International Judo Federation. 14 iyun 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
- ↑ "2021 Judo World Masters". International Judo Federation. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2021.
- ↑ Gillen, Nancy. "Riner brings IJF World Judo Masters to conclusion with heavyweight gold medal". InsideTheGames.biz. 13 January 2021. 13 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2021.
- ↑ "Road to Rio: Varlam Liparteliani". 2014-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ "Varlam Liparteliani: Statistics". 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ "IJF News 75 – ECCO Team Challenge, Tyumen 2014 – RESULTS". 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.