Vaqif Memmedov Ssenarist - Wikipedia
Vaqif Məmmədov (Vaqif Hümbət oğlu Məmmədov) — “Əməkdar mədəniyyət işçisi”, ssenarist, redaktor.
Vaqif Məmmədov | |
---|---|
Vaqif Hümbət oğlu Məmmədov | |
Digər adı | Vaqif Hümmətoğlu |
Doğum tarixi | |
Doğum yeri | Düz Rəsullu kəndi, Gədəbəy |
Vəfat tarixi | (76 yaşında) |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | ssenarist |
Tanınır | redaktor |
Mükafatları |
Həyatı
redaktəVaqif Məmmədov 7 avqust 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb[1].
Vəfatı
redaktəVaqif Məmmədov 15 sentyabr 2015-ci ildə vəfat edib.
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktə1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olmuşdur. 1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” ,kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.[1]
“Mənə elə gəlir ki, sənədli kino sahəsində işləmək jurnalist üçün böyük həyat məktəbidir. Birincisi, həmişə həyatın axarına düşürsən, əmək adamları arasında olursan, onların qayğıları, istək və arzuları ilə yaşayırsan. “Kəndimizin qəhrəmanı”, “İlisu kəndinin camaatı”, “Poçtalyon Həcər”, “Nəsrimizin ağsaqqalı” və s. filmlərin ssenarisi bu istəklə yaradılmışdır. İkincisi, öz bacarığını, qələmini sınaqdan çıxarırsan, nəyə qabil olduğunu özün üçün aydınlaşdırırsan.” |
Filmoqrafiyası
redaktə- Çəmənlik və otlaqların yaxşılaşdırılması (1969, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Qəhrəmanlar ölmürlər (1969, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Nəsrimizin ağsaqqalı (1970, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Kəndimizin qəhrəmanı (1971, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Ürək dostluğu (1972, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Bahar günəşi (1974, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Üzümlüklərin salınması və becərilməsi (1974, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Sibir sınaqları (1975, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Qələbənin yolları (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (1977, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Taxıl istehsalının ehtiyat mənbələri (1978, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Yaşıl möcüzə (1979, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Sən belə cımbılısan (1982, animasiya filmi) – ssenari müəllifi
- Həyat yolu (1985, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Xoş gördük, Tovuz (1992, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Müqəddəs torpaq (II) (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Gözəlliklər diyarı (1995, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Vahimə (1998, qısametrajlı bədii film) – redaktor
- Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – redaktor
- Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – redaktor
- Girov (2005, tammetrajlı bədii film) – redaktor
- Yalan (2006, tammetrajlı bədii film) – redaktor
- İstanbul reysi (2010, tammetrajlı bədii film) – redaktor
Mükafatları
redaktə25 sentyabr 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür[2].
İstinadlar
redaktə- ↑ 1 2 Aydın Kazımzadə. "Vaqif Məmmədov - müsahibə" (az.). anl.az. 2014. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyul 2022.
- ↑ "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3062 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2008-09-25. 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.