Valerian Zubov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb.
Valerian Zubov | |
---|---|
Valerian Aleksandroviç Zubov | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Rusiya |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Fəaliyyəti | Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandan |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəZubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi.
Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu. Müqavimət göstərməyin mənasızlığını görən bakılı Hüseynqulu xan iyunun 13-də Bakı qalasının açarlarını Zubova təqdim etdi. Şamaxıya tərəf hərəkət edən Zubov Şamaxı xanı Mustafaya məktub və hədiyyələr göndərdi və cavab aldı ki, xanın özü Zubovu qarşılamağa çıxacaq. Rus qoşunları Qurdbulaq yaylası yaxınlığında, sonra isə Pirsaatda düşərgə saldılar. Qarabağlı İbrahimxəlil xan öz nümayəndələrini hədiyyələrlə Zubovun düşərgəsinə göndərib Rusiyaya itaət etdiyini bildirdi. Lakin elə həmin zamanda İbrahimxəlil xan Zubova qarşı sui-qəsd təşkil etdi, amma qəsdin üstü açıldı. Əsirlikdən qaçan qubalı Şeyxəli xan da mübarizəni davam etdirdi. O, Rusiyaya qarşı koalisiya yaratdı və Quba xanlığındakı Alpan kəndi yaxınlığında 500 nəfərlik rus qoşun dəstəsini darmadağın etdi. Oktyabrın 21-də rus qoşunlarının bir dəstəsi Gəncə xanlığını zəbt etdi. Lakin II Yekaterinanın 1796-cı ilin noyabrında qəfil ölümü şəraiti tamamilə dəyişdirdi. Onun yerinə keçən oğlu imperator I Pavel rus qoşunlarının Azərbaycanın şimal xanlıqlarından çıxarılması haqqında əmr verdi. Rus qoşunlarının çıxarılması 1797-ci ilin yazında başa çatdı. Rus qoşunları Azərbaycandan çıxarılan kimi Ağa Məhəmməd şah yenidən buraya soxuldu.