Valeh Quliyev - Wikipedia
Valeh Quliyev (azərb. Quliyev Valeh Cəfər oğlu; rus. Гулиев Валех Джафар оглы; d. 26.12.1943, Salyan r-nu, Azərbaycan SSR, SSRİ - ö. 5.1.2018) — Rusiya Kosmonavtikasının general-mayoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Beynəlxalq Mineral Resurslar və Çuvaşiya Mühəndis Texniki Akademiyalarının akademiki, SSRİ Nazirlər Sovetinin mükafatı laureatı.[1]
Valeh Quliyev | |
---|---|
Valeh Cəfər oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Salyan rayonu, Şorsulu |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | |
Atası | Cəfər Cəfərqulu oğlu Quliyev (1903-1973) |
Anası | Suğra Ağamirzə qızı Quliyev |
Elm sahəsi | Fizika-riyaziyyat elmləri |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Həyatı
redaktəValeh Cəfər oğlu Quliev 1943-cü il 26 dekabr tarixində Salyan rayonunun Şorsulu kəndində anadan olub.[2] Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin mexanik-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. O, professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.[1]
V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb. Eyni zamanda 1979-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1980-ci ildə Moskva Dövlət Universitetinin elmi şurasında “Möhkəmlik mexanikasının bəzi tətbiqi və nəzəri problemləri” mövzusunda disertassiya müdafiə edərək elmlər doktoru, 1987-ci ildə isə professor adını alıb. O, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri, 1998-ci ildən tətbiqi riyaziyyat kafedrasının müdiri və Moskva Dövlət Açıq Universitetin filial direktoru kimi vəzifələrdə çalışıb. 1996-cı ildə Çuvaşiya Respublikası Mühəndis Texnologiyası Akademiyasının həqiqi üzvü, akademiki seçilib.
2005-ci ildə kosmonavt xidmətlərinə görə, V.Quliyevə general-mayor rütbəsi verilib.
Qeyd edək ki, V.Quliyev 175 elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın müəllifidir.[3][4]
Onun redaktorluğu altında 30-dan çox elmi-metodoloji vəsait nəşr olunub. O, Rusiyada öz geniş riyaziyyat və məktəbini yaratmışdır. Onun rəhbərliyi ilə 5 fizika-riyaziyyat və texniki elmlər doktoru, həmçinin 11 elmlər namizədi hazırlanmışdır.[4]
Təltif və mükafatları
redaktə- SSRİ Nazirlər Sovetinin mükafatı laureatı.
- Kosmik texnikanın əməkdar sınaqçısı” fəxri adı.
- “Kosmonovtika veteranı” fəxri adı.
- 1-ci dərəcəli Böyük Pyotr, 3-cü dərəcəli “Vətənin müdafiəsi”nə görə orden və medalları.[3]
- 1941-1945-ci illərdə Böyük vətən Müharibəsində qələbənin 20 illiyi" medalı
- «Moskvanın 850 illiyi xatirəsinə» medalı[4]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycançılıq - Valeh Quliyev" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-07.
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- ↑ 1 2 "Rusiyada yaşayan azərbaycanlı alim vəfat edib". 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-07.
- ↑ 1 2 3 "Мамедов Р. Соотечественники Азербайджан - Древняя страна. Баку: Ширваннешр. 2007, с. 90" (PDF). 2021-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-07.