V Mehemmed Malayziya Krali - Wikipedia
V Məhəmməd (Cavi: V سلطان محمد; 6 oktyabr 1969, Kota Baru[d]) — Kelantan sultanı, 2016-cı ilin 13 dekabrında 5 il müddətinə Malayziya kralı seçilib. 6 yanvar 2019-cu ildə taxtdan imtina edib.[1][2][3]
V Məhəmməd | |
---|---|
ing. Muhammad V Faris Petra | |
| |
13 dekabr 2016 – 6 yanvar 2019 | |
Əvvəlki | Abdul Halim Muadzam Şah |
Kelantan sultanı | |
13 sentyabr 2010 – indiyədək | |
Əvvəlki | Sultan İsmayıl Petra |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kota-Baru, Kelantan, Malaziya |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Sultan İsmayıl Petra |
Anası | Tengku Anis |
Həyat yoldaşı | Oksana Voyevodina |
Dini | islam |
|
|
Təltifləri | - |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəV Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan ştatında doğulub.[1] O, Böyük Britaniyada ali diplomat təhsili alıb.[4] Hobbiləri arasında ekstremal idman növləri, dözümlülük tələb edən maneəli yerlərdə qaçış və idman atıcılığı xüsusi yer tutur.[5]
2018-ci ilin noyabr ayının 22-də Rusiya paytaxtında "Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib. Rusiyalı model Oksana kralla evləndikdən sonra İslamı qəbul edib və müsəlman adı (Rihana) götürüb.[6]
V Məhəmməd ölkənin 1957-ci ildə müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub.[7] Konstitusiyaya əsasən, Malayziya kralı taxt-tacına ölkənin 9 ştatının sultanlarından biri 5 illik müddətə və rotasiya prinsipi əsasında sahib olur. 2016-cı ilin dekabrında V Məhəmməd tacı Kedah ştatının sultanı Abdul Halim Muadzamdan təhvil alıb.[8]
O, 2019-cu ilin yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib.[9] Həmçinin ölkənin tarixində ilk dəfə olaraq kral öz taxtından imtina edib. Bu 1957-ci ildə Malayziyanın Britaniyadan müstəqillik qazanmasından sonra ilk taxtdan imtina halıdır.[10]
İstinadlar
redaktə- ↑ 1 2 sputnik.az. "Kral Məhəmməd taxt-tacdan imtina etdi" (az.). 06.01.2019. İstifadə tarixi: 2018-12-25.
- ↑ oxu.az. "Malayziya kralından gözlənilməz addım" (az.). 06.01.2019. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
- ↑ xezerxeber.az. "Malayziyanın yeni Kralı yanvarın 24-də seçiləcək" (az.). 07.01.2019. İstifadə tarixi: 2018-12-25.
- ↑ ekspress.az. "Malaziya kralı taxtdan imtina etdi" (az.). 06.01.2019. İstifadə tarixi: 2018-12-25.[ölü keçid]
- ↑ azertag.az. "Malayziya Kralı V Məhəmməd taxt-tacdan imtina edib" (az.). Vüqar Ağayev. 06.01.2019. İstifadə tarixi: 2018-12-25.
- ↑ az.baku.ws. "Rus modellə evlənən kral V Məhəmməd taxt-tacından imtina etdi" (az.). 07-01-2019. İstifadə tarixi: 2018-12-25.[ölü keçid]
- ↑ qafqazinfo.az. "Malayziya kralı taxtını tərk edib" (az.). 06.01.2019. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
- ↑ report.az. "Malayziyada yeni kral taxta çıxıb" (az.). 13 Dekabr, 2016. İstifadə tarixi: 2018-12-25.
- ↑ strateq.az. "Malaziya kralından gözlənilməz addım –Rus gözəli ilə ailə quran V Məhəmməd taxtdan imtina etdi" (az.). 06-01-2019. İstifadə tarixi: 2018-12-25.[ölü keçid]
- ↑ www.amerikaninsesi.org. "Malayziya kralı taxtından imtina etdi" (az.). Yanvar 07, 2019. İstifadə tarixi: 2018-12-25.