Velidag Serur - Wikipedia
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.[1]
Vəlidağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1244 m |
Yerləşməsi | |
39°38′50″ şm. e. 44°54′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.