Uzuntepe Celilabad - Wikipedia
Uzuntəpə (əvvəlki adı: Novoqolovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Uzuntəpə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Novoqolovka kəndi Uzuntəpə kəndi adlandırılmışdır.[2]
Uzuntəpə | |
---|---|
39°13′02″ şm. e. 48°36′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1860 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1500 |
Tarixi
redaktəÇarizmin köçürmə siyasəti nəticəsində 1844-cü ildə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmə insanlar burada məskunlaşdıqdan sonra kəndə Novoqolovka adı verilib. 29 aprel 1992-ci ildə kəndin keçmiş Uzuntəpə adı bərpa edilmişdir.
Toponimikası
redaktəKənd ərazidəki eyniadlı yüksəkliyin adını daşıyır.[3]
Coğrafiyası və iqlimi
redaktəKənd Lənkəran ovalığında yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6646 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- ↑ Uzuntəpə (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |