Unix Benzeri - Wikipedia
Unix bənzəri – Unix əməliyyat sisteminə bənzəyən amma Single UNIX Specification lisenziyasını almamış əməliyyat sistemlərinə deyilir.
Sinifləndirmə
redaktəGenetik UNIX sistemləri
redaktəBu sistemlərin AT&T kod bazası ilə tarixi bir əlaqəsi var. Hamısı olmasa da bir çox kommersial UNIX sistemləri bu kateqoriyaya daxildir. 1970-ci illərin sonunda və 1980-ci illərin əvvəlində Berkli Kaliforniya Universitetində inkişaf etdirilən məhsulların yeni nəsilləri olan BSD, bu qəbildəndir.
Əmtəə nişanı və ya damğalı olan UNIX
redaktəBu qrup Open Group tərəfindən müəyyən edilmiş olan, Single UNIX Specification lisenziyasını qarşılayan və UNIX adını daşımağa icazə verilən əməliyyat sistemlərini əhatə edir. Apple Mac OS X v10.5 və sonrakı versiyalar BSD olaraq sertifikatlandırılmış olsalar da bunların çoxu UNIX System V kod bazalı ticari versiyalardır. Bir qismi isə (məs.: IBM z/OS) bu xüsusiyyəti POSIX uyğunlaşma təbəqəsi sayəsində qazanmışdır və əslində təbii olaraq UNIX əməliyyat sistemi deyildir.
Funksional UNIX
redaktəBu məhsullar UNIX xüsusiyyətlərinə kobud şəkildə tabe olar, daha dəqiq bir şəkildə Linux və Minix kimi sistemlərdir və AT&T-nin kod bazası ilə nə tarixi əlaqələri var, nə də minlərlə dollar tutan ticarət reyestr qeydiyyatına alınmayıblar.