Ulu Qarabey - Wikipedia
Ulu Qarabəy (əvvəlki adı: Metsşen[1], daha əvvəl rusdilli mənbələrdə: Ullu-Karabek[2]) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır.[1] 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
Ulu Qarabəy | |
---|---|
40°12′52″ şm. e. 46°42′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəYerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu. Oykonim "böyük Qarabay kəndi" mənasındadır.[5]
Tarixi
redaktəUlu Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Ulu Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]
Coğrafiyası və iqlimi
redaktəKənd dağətəyi ərazidə yerləşir.
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ "Карта Кавказского края 1:210K - Tərtər". retromap.ru. İstifadə tarixi: 2024-06-25.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
- ↑ Ulu Qarabəy // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.