Ukrayna Kitab Institutu - Wikipedia
Ukrayna Kitab İnstitutu (ukr. Український інститут книги; УІК) — Ukraynada kitab oxumanı təşviq etmək, kitab nəşrinə dəstək vermək, tərcümə işinə təkan vermək və Ukrayna ədəbiyyatını xaricdə populyarlaşdırmaq məqsədilə 2017-ci ildə[2] yaradılan Ukrayna Mədəniyyət və Məlumat Siyasəti Nazirliyi yanında dövlət qurumu.[3]
Ukrayna Kitab İnstitutu УІК | |
---|---|
Український інститут книги | |
Yaranma tarixi | 2016 |
Mərkəzi | Kiyev, Lavrska küç. 9, korpus 20 |
Yarandığı yer | Ukrayna |
Büdcəsi | 151 065 600 ₴ (2021)[1] |
ubi.org.ua/uk |
Tarix
redaktə2016-cı ilin iyulun 28-də Ukrayna Mədəniyyət və Məlumat Siyasəti Naziri Yevhen Nışuk "Ukrayna Kitab İnstitutu yaradılması haqqında" 612 nömrəli əmrini imzalayıb.[4]
Fəaliyyət
redaktəKitabxanaların yenidən doldurması proqramı
redaktə2018-ci ildə Ukrayna Nazirlər Kabineti instituta "Ukrayna Kitabı" dövlət proqramı çərçivəsində ölkə kitabxanaların yenidən doldurması planının həyata keçirməsi məqsədilə 120 milyon qrivna ayırıb.[5] Həmin ildə kitabxanalar üçün 91 nəşriyyatdan 741 kitabın 1500 nüsxəsi alınıb. Ümumi qiyməti 114,5 milyon qrivna idi. 2019-cu ildə isə plana görə 87 milyon qrivnaya 677460 nüsxə alınmalı idi.[6] Mədəniyyət və Məlumat Siyasəti Nazirliyinin əmrisinə görə, 2020-ci ildə 833 kitabın 383748 nüsxəsi paylaşmağa planlanırdı. Onları əldə edənlərin siyahısı 606 kitabxanadan ibarət idi.[7] Həmin 833 kitabdan 514-ü uşaqlar və cavanlar üçün, 160-ı bədii ədəbiyyatı, 159-u isə başqa növ kitab idi. O il proqramın büdcəsi 47,378 milyon qrivna idi.[8]
Forumlar
redaktəUkrayna Kitab İnstitutu 2018 Lvov Kitab Forumunun həmtəşkilçisi olub və onun çərçivəsində BookUp Night tədbiri hazırlayıb.[9] 2018-ci[10] və 2019-cu[11] ildə institut Yaradıcı Ukrayna (ukr. Креативна Україна) forumun çərçivəsində Nəşriyatçıların sorağı: Avropayı necə istila etmək (ing. Publishers' Guide: How to conquer Europe) adlı seminar hazırlayıb.
Beynəlxalq əməkdaşlıq şöbəsi
redaktəUkrayna Kitab İnstitutun beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti:[12]
- Beynəlxalq tədbirlərin, sərgilərin, yarmarkaları, seminarların, konfransların və s. təşkili.
- Ukrayna ədəbiyyatının xaricdə təbliği.
- Xarici kitab bazarların nümayəndələri ilə layihələrin təşkili.
- Nəşriyyatlar ilə xarici bazarlarda oxuyucular arasında effektiv ünsiyyətin təşviqi.
- Beynəlxalq ədəbiyyat proqramların monitorinqi və ukraynada ədəbiyyat icmasının onların haqqında müntəzəm məlumatlandırması.
Xarici kitab yarmarkalarıda iştrak
redaktə2018-ci ildə Ukrayna Kitab İnstitutu 16 nəşriyyat ilə birgə Frankfurt Kitab Yarmarkasında iştrak edib.[13] İnstitut həmçinin Ukraynanın Çexiyada səfirliyi ilə birgə Praqada Kitab Dünaysı 2018 yarmarkasında Ukrayna stendini təşkil edib. Bu ilk dəfə idi ki, dövlət institutu həmin yarmarkada iştrak ebib. Bundan əvvəl stendlər yerli və diaspora Ukraynalıları tərəfindən hazırlanırdı.[14]
İstinadlar
redaktə- ↑ "Розподіл видатків Державного бюджету України на 2021 рік". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- ↑ "Arxivlənmiş surət". 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
- ↑ 10 запитань про Інститут книги - Лівий берег, 16 січня 2018
- ↑ "Наказ : Про створення Українського інституту книги". consultant.parus.ua. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
- ↑ "Уряд погодив 120 мільйонів на бібліотечні закупівлі цього року". www.chytomo.com (ukrayna). 2018-10-31. 2018-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
- ↑ "Що отримають бібліотеки та чому це не всіх влаштовує: про цьогорічну держзакупівлю книжок". litakcent.com (ukrayna). 2019-07-19. 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- ↑ "МКІП затвердило перелік книг для поповнення бібліотечних фондів". kmu.gov.ua (ukrayna). 2020-11-10. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- ↑ "Програма поповнення фондів публічних бібліотек 2020". book-institute.org.ua (ukrayna). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- ↑ "Львівський форум видавців. Враження учасників та гостей". Укрінформ. 25 вересня 2018. 25 вересня 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 травня 2019.
- ↑ "Як підкорити Європу своїми книжками, розкажуть на форумі "Креативна Україна"". 08/11/2018. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01/03/2022.
- ↑ "Підсумки форуму "Креативна Україна": як потрапити на європейський книжковий ринок?". 14/11/2019. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01/03/2022.
- ↑ "Міжнародна діяльність". book-institute.org.ua. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
- ↑ "Міністерство культури України :: Стартував 70-й Міжнародний Франкфуртський книжковий ярмарок". mincult.kmu.gov.ua. 2019-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.
- ↑ "Україна представить національний стенд на книжковому ярмарку у Празі". Na chasi. 2018-03-02. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-24.