Ufada Qatar Felaketi - Wikipedia
Ufada qatar fəlakəti - Rusiya Sovet Federativ Sosialist Respublikasının muxtar Başqırd MSSR-na daxil olan İglin rayonunun inzibati ərazisində baş vermiş dəmiryolu qəzası. 1989-cu ilin 4 iyun tarixində baş vermiş qəza Sovet Sosialist Respublikaları İttifaqı tarixindəki ən dəhşətli dəmiryolu qəzası kimi tarixə düşmüşdür. Qəza baş verən ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı.
Həmin ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı. Kəmərdə təzyiqin aşağı düşdüyünü görən növbətçi heyət bunun səbəbinin araşdırmaq əvəzinə qaz vurulmasını artırmışdır. Nəticədə sızma miqdarı da çoxlamışdır. Sızan təhlükəli maddələr dəmiryolu xəttinin yaxınlığında yerə yataraq bir növ qaz gölü yaratmışdır.
Qəzadan daha əvvəl buradan keçən qatarların maşinistləri ətrafdan qoxu gəlməsi barədə dispetçerə xəbər vermişdilər, amma heç bir reaksiya olmamışdı. 1989-cu ilin 4 iyun tarixində hadisə baş verən ərazidən əks istiqamətdə iki qatar hərəkətdə olub. Novosibirsk-Adler qatarında 21, Adler-Novosibirsk qatarında isə 19 vaqon vardı. Qatarların təkərlərindən və ya pantoqrafından çıxan qığılcım, bir digər ehtimala görə isə sərnişinlərdən birinin pəncərədən söndürülməmiş siqaret kötüyü atması qatarların qaz gölünün yanından keçərkən dəhşətli partlayışın baş verməsi nəticələnmişdir.
Partlayışın şiddətindən hadisə yerindən 11 km məsafədə yerləşən Aşa şəhərindəki yaşayış evlərinin şüşələri tökülmüşdür. Qaz gölünün səbəb olduğu yanğın, açıq gözlə 100 km məsafədən müşahidə edilməkdə idi. Qısa müddətdə ərazidəki hərarətin dərəcəsi min selsidən yuxarıya qalxıb. Toqquşmadan sonra bütün vaqonlar yararsız hala düşüb, iki elektrovoz və daha 5 vaqon tamamilə yanıb.
SSRİ ədəbiyyatlarında Ufada qatar fəlakəti olaraq qeyd olunan dəmiryolu qəzası nəticəsində 575 nəfər həlak olub, 623 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.[1]
Arxa plan
redaktəQəzanın səbəb olduğu boru kəməri əvvəlcə neft məhsullarının nəqli üçün nəzərdə tutulub. Kəmər 1970-ci illərin sonlarına yaxın Sovet neft-kimya sənayesi tərəfindən mayeləşdirilmiş neft qazına bənzər yüngül karbohidrogenlərin geniş hissəsini nəql etmək üçün yenidən modifikasiya edilmişdir. 1984-cü ildə Sovet Neft Nazirliyi tərəfindən real vaxtda avtomatik sızma aşkarlama sisteminin quraşdırılması qaydasını ləğv edilməsi barədə qərar qəbul edib.
1985-ci ildə ərazidə aparılan təmir-tikinti işləri zamanı ekskavatorlardan biri boruya toxunub və nəticədə boruda müxtəlif çatlar əmələ gəlib. Bəzi mənbələrdə əmələ gələn çatların bir metrdən çox olduğu iddia olunmuşdur. Digər tərəfdən qəzanın baş verdiyi gecə təbii qaza olan təlabətin yüksək olması, borulardakı qaz miqdarının normadan artıq formada dövr etməsinə səbəb olub və bu hal isə öz növbəsində borulardakı təzyiqi artırmışdır.[2]
Qəza
redaktəQəza 1989-cu ilin 4 iyun tarixində yerli vaxtla saat 1:15 radələrində Çelyabinsk vilayətinin Aşa şəhərindən 11 kilometr məsafədə yerləşən dəmiryolu xəttində baş verib. Qatarlarda olan sərnişinlər əsasən Novosibirsk şəhərinin sakinlərindən ibarət idi və onlar Qara dənizin sahilində yerləşən SSRİ-nin məşhur kurort bölgələrindən biri olan Adlerə istiahət etməyə gedirdilər.[3] Qəza anına qədər baş vermiş qaz sızıntısı heç kim tərəfindən aşkarlanmamışdır.
Hadisə baş verən günki hava şəraiti qaz kütləsinin ovalıqlarda toplanmasına şərait yaratmış və ərazidə yerləşən çay boyunca yanar bulud təbəqəsinin yaranmasına səbəb olmuşdur. Partlayışın baş verməsinə hansısa qığılcım və yaxud siqaret kötüyü səbəb olub. Hər iki sərnişin qatarının lokomotivlərini qidalandıran yerüstü naqillər tez-tez qığılcım saçırdılar və əsas ehtimalda həmin qığılcım anında partlayışın baş verməsi ehtimalıdır.
Nisbətən zəif olan ehtimallardan biri isə partlayışa sərnişinlərin biri tərəfindən çəkilmiş və sonradan çölə atılmış siqaret kötüyünün səbəb olması ehtimalıdır. Baş vermiş partlayışın miqyasınadair müxtəlif versiyalar mövcuddur. Əsas versiyaya görə hadisə anında 250-300 trotil ekvivalenti gücündə partlayış baş verib.[4]
Hadisədən sonra SSRİ rəhbərliyi tərəfindən qəzanın baş verdiyi əraziyə çoxlu sayda texnika, xilasedici qruplar və təcili tibbi yardım briqadaları cəlb edilmişdir. Partlayışın gücü şiddətli olduğundan yaxınlıqda yerləşən meşəlik ərazidə belə axtarış-xilasetmə işləri aparılmışdır. Hadisə yerindən çəkilmiş video görüntülər SSRİ-nin müxtəlif telekanallarında yayımlanmışdır. Zərərçəkənlər ilkin tibbi yardım üçün yaxınlıqdakı şəhərlərə təxliyyə edilib. Təxliyyə zamanı tibbi maşınlardan və helikopterlərdən istifadə olunub və onlar əsasən Ufa və Çelyabinsk şəhərlərinə aparılıblar.
Vəziyyəti nisbətən ağır olan şəxslər isə Aeroflot vasitəsilə Moskvaya göndərilib. Təxliyə, axtarış-xilasetmə prosesi ümumilikdə 16 saat 45 dəqiqə davam edib və nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri almış 806 şəxs SSRİ-nin dörd bir tərəfində yerləşən xəstəxanalara yerləşdiriliblər.[5]
Qurbanlar
redaktə1989-cu ilin 4 iyun tarixində baş vermiş və Sovet Sosialist Respublikaları İttifaqı tarixinin ən dəhşətli dəmiryolu qəzası kimi tarixə keçmiş qəza nəticəsində həlak olan şəxslərin mütləq əksəriyyəti aldıqları ağır dərəcəli yanıq xəsarətləri səbəbindən xəstəxanalarda vəfat etmişdir. Rəsmi rəqəmlərə görə hadisə nəticəsində 575 nəfər həlak olub, 800-dən çox şəxs isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.[6] Hadisə qurbanları ilə bağlı müxtəlif versiyalar da mövcuddur. Belə ki, bir başqa mənbəyə görə qəzada 780 nəfər həlak olub və bu şəxslərin demək olar ki, hamısı partlayış anında həyatlarını itiriblər.
Ölənlərin 181 nəfəri uşaqlar idilər. Sağ qalanların çoxu ağır termik yanıq xəsarətləri və beyin xəsarətləri almışdır.[7] Sağ qalanlar arasında 109 nəfəri uşaq idi və onlarda xəstəxanlara yerləşdirilmişdir. Amerika Birləşmiş Ştatları baş vermiş hadisəyə görə Sovet Sosialist Respublikaları İttifaqına ilk yardım göstərən ölkələrdən biri olub. Belə ki, hadisədən bir gün sonra Texas ştatının San-Antonio şəhərindək xəstəxanada fəaliyyət göstərən 17 nəfərdən ibarət, yanıq xəsarətləri üzrə ixtisaslaşmış həkim briqadası Ufa şəhərinə gəlmiş və buradakı qəza qurbanlarına yardım göstərməyə başlayıblar.
Böyük Britaniyada qəza qurbanlarına yardım göstərmək məqsədi ilə 16 nəfərik qrupu Çelyabinskə göndərib.[8][9] Amerikalı həkimlərin Moskvada, qəza qurbanları üzərində apardıqları müayinələr nəticəsində bir çox zərərçəkmiş şəxdə, hepatit, kardiomiopatiya və emosional və davranış pozğunluqları kimi xəstəliklər aşkarlanmışdır.
Araşdırma
redaktə4 iyun tarixində, günortadan sonra SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov və digər yüksək rütbəli SSRİ rəsmiləri hadisə yerinə gəldilər. SSRİ Ali Soveti tərəfindən qəzanın baş vermə vəziyyəti və səbəblərini araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verilmişdir. Yerli əhali arasında partlayışın təxribat nəticəsində törədilməsi barədə müxtəlif şayiələr geniş yayılsa da, rəsmilər qəzanın təsadüf nəticəsində baş verdiyinə inanırdı. Qəzanın araşdırılması üçün yaradılmış hökumət komissiyasının sədri Qennadi Vedernikov idi.
Qəza ilə bağlı məhkəmə altı il davam etdi, doqquz vəzifəli şəxs, əsasən Nefteprovodmontajın (rus. Нефтепроводмонтаж) (nasaz boru kəmərini çəkən trest) üzvləri, o cümlədən Nefteprovodmontazh tikinti-quraşdırma idarəsinin rəisi və fəhlələri ittiham olundu. İrəli sürülmüş ittihamlar üzrə Rusiya Sovet Federativ Sosialist Respublikasının Cinayət Məcəlləsinin 215-ci maddəsinin II hissəsində beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu.
İstinadlar
redaktə- ↑ "Toll up to 645 in Soviet train blast". Chicago Sun-Times. AFP. July 26, 1989. January 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2024.
- ↑ Chernov, Dmitry. Critical Risks of Different Economic Sectors: Based on the Analysis of More Than 500 Incidents, Accidents and Disasters (English). Springer International Publishing. 2019. 40–41. ISBN 9783030250348.
- ↑ Bill Keller. "500 on 2 Trains Reported Killed By Soviet Gas Pipeline Explosion". New York Times. June 5, 1989. June 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2011.
- ↑ "Железнодорожные катастрофы на территории России" [Train Crash in Russia]. Vesti. November 11, 2009. June 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2011. Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value).
- ↑ Herndon, David. Total Burn Care (English). Saunders Elsevier. 2007. 55. ISBN 9781416032748.
- ↑ Joshua Nevett. "How the Ufa train disaster was overshadowed by Tiananmen Square". BBC News. June 5, 2019. July 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2024.
- ↑ Kulyapin, A. V.; Sakhautdinov, V. G.; Temerbulatov, V. M.; Becker, W. K.; Waymack, J. P. "Bashkiria train-gas pipeline disaster: a history of the joint USSR/USA collaboration". Burns: Journal of the International Society for Burn Injuries. 16 (5). October 1990: 339–342. doi:10.1016/0305-4179(90)90005-h. ISSN 0305-4179. PMID 2275763. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
- ↑ Remensnyder, J. P.; Ackroyd, F. P.; Astrozjnikova, S.; Budkevitch, L. G.; Buletova, A. A.; Creedon, C. M.; Lankina, N.; Lybarger, P. M.; Okatyev, V.; Prodeus, P. P. "Burned children from the Bashkir train-gas pipeline disaster. II. Follow-up experience at Children's Hospital 9, Moscow". Burns: Journal of the International Society for Burn Injuries. 16 (5). 1990: 333–336. doi:10.1016/0305-4179(90)90004-g. ISSN 0305-4179. PMID 2275762. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.
- ↑ Becker, W. K.; Waymack, J. P.; McManus, A. T.; Shaikhutdinov, M.; Pruitt, B. A. "Bashkirian train-gas pipeline disaster: the American military response". Burns: Journal of the International Society for Burn Injuries. 16 (5). 1990: 325–328. doi:10.1016/0305-4179(90)90002-e. ISSN 0305-4179. PMID 2275760. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-08.