Ucan Su Selalesi - Wikipedia
Uçan su (ukr. Учан-Су, krımtat. Uçan Suv, Учан Сув) — Krım ərazisində, eyni adlı çay üzərində yerləşən şəlalə. Uçan su Krımın ən hündür şəlaləsidir. O dəniz səviyyəsindən 390 metr yüksəklikdə yerləşir.[1] Şəlalə Yalta yaylasının cənub-qərb ətəyində yerləşir. Yalta şəhəri şəlalədən 6 km şərqdə yerləşir. Şəlalənin hündürlüyü 98,5 metrdir.[2]
Uçan su | |
---|---|
ukr. Учан-Су, krımtat. Uçan Suv, Учан Сув | |
| |
Ümumi məlumatlar | |
Hündürlüyü | 98 m |
Su sərfi | 0,05 m³/s |
Çay | Uçan su (çay) |
Yerləşməsi | |
44°29′33″ şm. e. 34°05′32″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adın mənası Krımtatar dilinin cənubsahil dialektində "uçan su" mənasını verir (uçan — uçan, suv — su). Bundan başqa şəlalənin digər adları da mövcuddur: Kremasto-Nero (q.yun. Κρεμαστόν νερόν — «asılan su») və Axar su (krımtat. Aqar Suv — "axan su")[3]. Sovet dövründə şəlaləyə verilən yerli adlar əvəzinə daha çox «Водопадная» adı verilmiş.
Uçan su şəlaləsi daha çox ilin yağışlı dövründə və qar əriyən zamanı bol sulu olur. Yay aylarında demək olar ki, şəlalənin suyu quruyur, sərt qış aylarında isə bəzən donur. Şəlalənin olduğu Uçan su çayı çox qısa olsa da meyilliyi çoxdur. Uzunluğu 7 km, su toplayıcı sahəsi 28,9 км² olan bu çayda astana və şəlalələrə tez-tez rast gəlinir. Orta illik su sərfi 50 l/s-dir. Şəlalə iki hissədən ibarətdir. Yuxarı hissədə su toplayıcı qurğu inşa olunub. Binanın damına isə iri qartal heykəli bərkidilib. Su toplayıcı qurğudan su (300 min m³) Moqabi su anbarına gedir və Yaltanın su təchizatında istifadə edilir.[4]
1947-ci ildə Uçan su ərazisi qoruq elan olunmuş, 1973-cü ildən isə şəlalə Yalta dağ-meşə təbiət qoruğu ərazisinə daxil edilmişdir.[5]
Maraqlıdır
redaktəUçan su ilin isti aylarında bəzən quruyur. Bu da yayda onu görməyə gələn turistlərdə təəssüf hissi yaradır. Bu səbəbdən bəzən şəlaləyə gedən yolda "Şəlalə işləmir" tipli elanlara rast gəlmək olar.[6]
Ədəbiyyat
redaktə- Ена В. Г. Заповедные ландшафты Крыма. — Симферополь: «Таврия», 1989.
- Кёппен, Пётр Иванович О древностях Южного берега и гор Таврических. — СПб., 1837.
- Олиферов А. Н., Тимченко З. В. Реки и озёра Крыма. — Симферополь: Доля, 2005.
- Прусаков А. А., Козлов Е. Д. Крым: Книга рекордов. — Симферополь: Сонат, 1999.
- Тимченко З. В. Водопады Крыма. — Симферополь: Доля, 2005.
İstinadlar
redaktə- ↑ Ена В. Г. Заповедные ландшафты Крыма. — Симферополь: «Таврия», 1989. — С. 70.
- ↑ Прусаков А. А., Козлов Е. Д. Крым: Книга рекордов. — Симферополь: Сонат, 1999. — С. 44.
- ↑ Кеппен П. И. О древностях Южного берега и гор Таврических. — СПб., 1837. — С. 187.
- ↑ Олиферов А. Н., Тимченко З. В. Реки и озёра Крыма. — Симферополь: Доля, 2005.
- ↑ Тимченко З. В. Водопады Крыма. — Симферополь: Доля, 2005.
- ↑ Uçan-Su
Xarici keçidlər
redaktə- Водопад Учан-Су: «летящая вода» Arxivləşdirilib 2018-09-04 at the Wayback Machine
- Водопад Учан-Су. Фото.
- Виртуальный тур по водопаду Учан-Су Arxivləşdirilib 2011-03-19 at the Wayback Machine